Bu məqaləni vikiləşdirmək lazımdır. |
Troya (ing. Troy) — 2004-cü ildə baş rolu Bred Pittin oynadığı Hollivud filmi. Filmin rejissoru Volfqanq Petersondur. Filmin çəkilişinə 175 milyon ABŞ dolları sərf olunub. Lakin 497 milyon 409 min 852 ABŞ dolları xeyir gətirib.
Troya | |
---|---|
ing. Troy | |
Janr | müharibə filmi, kitablar əsasında film[d], dram filmi, döyüş filmi |
Əsas mövzu | Troya müharibəsi |
Rejissor | |
Baş rollarda | |
Bəstəkar | |
İstehsalçılar | Warner Bros.[6], Plan B Entertainment[d] |
Distribütor | InterCom[d], Netflix |
İlk baxış tarixi | 14 may 2004[7], 14 may 2004[8], 13 may 2004[9], 13 may 2004[10], 2004 |
Müddət | 163 dəq., 155 dəq.[11] |
Büdcə | 175.000.000 $ |
Gəlir | 497.409.852 $[7] |
Ölkələr | |
Dil | ingilis dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Meksika, Malta, Mərakeş, Əlcəzair |
IMDb | ID0332452 |
Vikianbarda əlaqəli mediafayllar |
Köhnə Yunanıstanda Troya Şahzadəsi Paris və Sparta Kraliçası Yelena arasındakı eşq nəticəsində iki ölkə arasında müharibə baş vermişdir. Helenanın əri Kral Menalay çox əsəbiləşmişdir. İntiqam almaq istəyən Menelaus, qardaşı Mikene Kralı Aqamemnonun da köməyi ilə Troyaya hücüm edir. Agamemnonun əsl məqsədi Egey dənizini ələ keçirməkdir. Lakin Troyanı ələ keçirmək asan deyil. Tarix boyunca heç bir ordu Troya divarlarını aşa bilməmişdir. Troya kralı Priam və Şahzadə Hektor şəhərin qorumaq üçün hər şeyi edərlər. Troya döyüşünün açarı isə əfsanəvi döyüşçü Axillesdir. Axilles isə yalnız öz qüruru üçün döyüşməkdədir. Döyüşə qatılmasındakı tək səbəb adını tarixə yazdırmaqdır.
Döyüş başlanır. Elə ilk döyüşdən Hektorun bacısı Briseida əsir düşür. Axilles onu özü ilə çadırına aparır və ona aşiq olur. Bir neçə döyüşdən sonra Axillesin Agamemnon ilə arası dəyir və Axilles döyüşə çıxmaqdan imtina edir. Lakin onun qardaşı Axilles çadırında yatarkən onun paltarlarını geyinib döyüşə çıxır və bu döyüşdə Hektor tərəfindən öldürülür. Bundan acıqlanan Axilles Briseidanı evinə buraxır. Hektoru təkbətək döyüşə çağırır və onu öldürür. Troya yas içində olduğu vaxt yunanlar Troya divarlarını aşmaq üçün planlar hazırlayırlar. Nəhayət, onlar taxtadan böyük bir at heykəli düzəldib üzərinə məktub yapışdırırlar. Məktubda yunanların sülh qəbul etdikləri və bu heykəli sülh nişanəsi kimi troyalılara hədiyyə etdiklərini yazırlar. Troyalılar bu heykəli Troya divarlarından keçirib içəri gətirirlər. Gecə vaxtı məlum olur ki, Yunan ordusu, o cümlədən, Axilles həmin atın içərisindədirlər. Gecə onlar çıxıb Troyanı alov atəşinə tuturlar. Axillesi isə yalnız Briseidanı tapıb onu özü ilə aparmaq maraqlandırır. Axır ki, Axilles qızı tapır, onu döyüşçülərin əlindən qurtarır. Qaçmaq istəyərkən Paris ox ilə Axillesi dabanından vurur. Troya əhalisi arxa yolla qaçaraq canlarını qurtarır.
Anası Axillesə demişdir: "Əgər sən döyüşə getməsən, ailən olacaq, nəvələrin, nəticələrin səni tanıyacaq. Əgər getsən, öləcəksən. Lakin neçə əsrlər keçsədə səni heç kim unutmayacaq."
Axilles bununla adını tarixə yazdırdı.
"Əgər hekayəmi danışmalı olsan, hər şeyi olduğu kimi danış. Bu adlar əbədi yaşayacaq: Axillesin dövründə yaşamışam, Hektorla bir döyüşmüşəm!"
Axillesədən soruşurlar: "Nə vaxta qədər insanlar bir-birinin qanına susuyacaqlar, nə vaxta qədər dava edəcəklər?"
Cavabında: "Bu həmişə olacaq."