Hektor

Hektor (yun. Ἕκτωρ) — (e.ə.270-ci il) yunan mifologiyasına görə qüdrətli sərkərdə, Troyanın qoruyucusu, Troya çarı Pryamın oğlu olmuşdur. Hektor adı ilk olaraq yunan mifologiyasının əsas mənbəyi sayılan Homerin "İliada" dastan poemasında xatırlanır. Poemaya əsasən Troya çarının böyük oğlu olub, Kiçik Asiyada qeyri adi qüvvəyə və ən qüdrətli orduya malik olmuş, onillik Troya müharibəsinin əsas qəhrəmanlarından biridir. O. bütün həyatını Troyanı yadelli düşmənlərdən qorumağa sərf etmişdir.

Hektor
q.yun. Έκτορας
Mifologiya Qədim Yunanıstan dini
Cinsi kişi[d]
Atası Priam[1][2][…]
Qardaşı və bacısı Paris, Kassandra
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hektor Poemada tək cəsur cəngavər kimi deyil eyni zamanda qayğıkeş oğul, qardaş, ata və sevgidolu həyat yoldaşı kimi də təsvir edilmişdir. O, tanrıların qayğıları ilə əhatə olunmuş bir qəhrəmandır. Poemaya əsasən onun həyatı, qələbələri, məğlubiyyəti və ölümü tanrıların vermiş olduqları qərarlara bağlıdır.

Zevsin troyalılara qələbəni hədiyyə etməsindən narahat olan Hera hadisələrin gedişinə mane olmaq qərarına gəlir. Zevsin könlünü aldıqdan sonra onu şirin yuxuya verərək, özü Poseydonun yanına gələrək ondan axeylilərə kömək etməyi tapşırır. Ayaksın atmış olduğu nəhəng daş Hektoru ağır yaralamış olur. Yuxudan ayılan Zevs vəziyyətdən xəbər tutaraq Heranın hadisədən xəbərsiz kimi özünü aparmasına baxmayaraq onu geriyə Olimpə göndərir və qardaşı Poseydondan dərhal Troyadan uzaqlaşmasını tələb edir. Sonra Zevs Apollondan Hektarın gücünü təkrar özünə qaytarmağı tapşırır. Bundan sonra Hektor və troyalılar axeylilərin gəmilərinə hücuma keçmiş olurlar. Patrokol bu an Axillesdən troyalıları geri oturtmaq üçün döyüşə qatılmaq iznini alır. Patrokol Axilles sayağı qiyafətilə döyüşə girərək troyalıları geri çəkilməyə vadar edir, lakin Partokol Axillesin göstərişini unudaraq hücumu davam etdirir və şəhərə daxil olmağa cəhd göstərir. Bu zaman tanrı Apollon onu arxadan vuraraq yerə sərir və bu zaman Hektor ona ölümcül zərbəni endirmiş olur. Hektor onun dəbilqəsini çıxardarkən rəqibinin Axilles olmadığını görüb məyus olur. Axilles Patrokolun qisasını almaq üçün Hektorla təkbətək döyüşdə onu öldürür və cəsədini at arabasına bağlayaraq Troya divarları altinda sürüyür. On iki gün keçdikdən sonra Zevs Fetida vasitəsilə Axillesə onun bu hərəkətinin tanrıları narazı saldığını catdiraraq, Hektorun cəsədinin troyalılara qaytarmasını tələb edir. Bundan sonra Axilles hüzuruna gəlmiş çar Pryama oğlunun cəsədini qaytarmış olur.