Tufan Minnullin (tam adı: Tufan Abdulla oğlu Minnullin, rus. Туфа́н Абдуллович Минну́ллин, tatar. Туфа́н Габдулла́ улы Миңну́ллин; 25 avqust 1935, Olı Mərətxuca[d] – 2 may 2012, Kazan) — tatar əsilli SSRİ və Rusiya dramaturqu, nasiri, publisisti və ictimai xadimi, Kazan şəhərinin fəxri sakini.
Tufan Minnullin | |
---|---|
Doğum tarixi | 25 avqust 1935 |
Doğum yeri |
|
Vəfat tarixi | 2 may 2012 (76 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Milliyyəti | Tatar |
Həyat yoldaşı | Nəsibə İhsanova |
Uşağı | Alfiya Minnullina-Yunisova |
Təhsili |
|
İxtisası | Dramaturgiya, ədəbiyyat |
Fəaliyyəti | Yazıçı, şair, dramaturq, ssenarist, aktyor |
Fəaliyyət illəri | 1961–2012 |
Əsərlərinin dili |
tatar dili rus dili |
İstiqamət | Sosialist realizmi |
Janrlar | Pyes, şeir, hekayə |
Üzvlüyü | |
Mükafatları | |
TufanMinnullin.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Tufan Abdulla oğlu Minnullin 25 avqust 1935-ci ildə SSRİ-nin RSFSR-nın Tatarıstan MSSR-nin Kama Tamağı rayonunun ərazisinə daxil olan Olı Mərətxuca kəndində anadan olmuşdur.
1952-ci ildə o, orta məktəbdən məzun olmuş, 1956–1961-ci illərdə M. S. Şepkin adına Moskva Ali Teatr Məktəbində təhsil almışdır.
Tufan Minnullin 1961–1964-cü illərdə Menzelinski Akademik Teatrında işləmişdir. Eyni zamanda o, dram ilə peşəkarcasına maraqlanmağa başlamışdır.
1962-ci ildə Menzelinski Akademik Teatrı onun komediya janrında yazdığı «Kəndimizin əhalisi» (rus. «Люди нашего села») əsərini tamaşaya qoymuşdur. Həmin il onun «Azat» (tatar. «Азат», azərb. «Azad»). pyesi Əliəsgər Kamal adına Tatar Dövlət Akademik Teatrında tamaşaya qoyulmuşdur.
Tufan Minnullin 1964–1967-ci illərdə Kazan Telestudiyasının redaktoru kimi çalışmış, eyni zamanda «Çayan» (tatar. «Чаян», azərb. «Skorpion») jurnalında redaksiya vəzifələrini icra etmişdir.
1968-ci ildən o, ədəbi fəaliyyətlərlə məşğul olmuşdur.
1975–1977-ci illərdə Tufan Minnullin Moskva şəhərində ədəbiyyat üzrə ali ixtisaslı kurslara getmişdir. 1984–1989-cu illərdə idarə heyəti sədri kimi çalışmışdır.
1989–1991-ci illərdə SSRİ-nin Xalq Deputatı, SSRİ Ali Sovetinin üzvü olmuşdur.
Tufan Abdulla oğlu Minnullin 2 may 2012-ci ildə Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində ürəktutmasına görə Respublika Kiliniki Xəstəxanasına aparılmış, həmin gün 76 yaşında vəfat etmişdir. Onun meyiti Kazan şəhərindəki tatar qəbiristanlığında dəfn edilmişdir.
Həyat yoldaşı Nəsibə İhsanova (d. 1938) teatr aktrisası, qızı Alfiya Minnullina-Yunisova isə jurnalistdir.
Onun müəllifi olduğu pyesləri Tatarıstanın teatr cəmiyyətində populyardır. Bunlara «Kəndimizin əhalisi» (rus. «Люди нашего села»; 1961), «Bizim seçdiyimiz tale» (rus. «Судьбы, избранные нами»; 1972), «Biz gedirik, siz qalırsınız» (rus. «Мы уходим, вы остаетесь»; 1986), «Əlvida» (rus. «Прощайте», tatar. «Хушыгыз»; 1993), Yemelyan Puqaçov və Bəxtiyar Kankayevin yoldaşlığı barədə tarixi dram janrıda yazılmış «Bəxtiyar Kankayev» (rus. «Бахтияр Канкаев»; 1974), «Diləfruz üçün dörd bəy» (rus. «Четыре жениха для Диляфруз»), «Aldermeş kəndindən olan qoca» (rus. «Старик из деревни Альдермеш»), «İlgizar + Vera» (rus. «Ильгизар + Вера»), «Mənim qəlbim» (rus. «Душа моя»), «Ulduz ay olmadan bizə işıq saçır» (rus. «Без луны звезда нам светит», tatar. «Ай булмаса йолдыз бар»), «Layla» (rus. «Колыбельная», tatar. «Әниләр һәм бәбиләр») və başqaları aiddir.
Kazan şəhərində onun adını daşıyan bir küçə var.