Tulallar

TulallarAzərbaycan Respublikasının Göygöl rayonunun Tulallar kənd inzibati ərazi dairəsində kənd.[1]

Tulallar
40°26′16″ şm. e. 46°14′29″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Tulallar xəritədə
Tulallar
Tulallar

2014-cü il avqustun 13-də AMEA Geologiya və Geofizika İnstitutu və AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İnnovasiya şöbəsinin əməkdaşları Göygöl rayonunun Tülallar kəndi ərazisində aşkarlanmış qızıl yataqlarına ezamiyyətə gediblər. 80 ton qızıl, 250 ton gümüş ehtiyatı hesablanmış ərazidə aparılmış tədqiqatlarda məqsəd təbii resursların tədqiqi və test nümunələrinin aparılması üçün araşdırmaların genişləndirilməsi olub.[2]

Murovdağ silsiləsinin yamacındadır. Əsl adı Tülalılar olan bu yaşayış məntəqəsi keçmişdə bina olmuşdur. Yerli əhalinin məlumatına görə, bina Tül Alı (Tül onun ləqəbi olmuşdur) adlı şəxsə məxsus olmuş, sonralar daimi yaşayış məntəqəsinə çevrilərək Tülalılar adlandırılmışdır. Bu coğrafi ad tədricən təhrif olunaraq Tulalar, Tülallar variantlannda qeydə alınmışdır. Oykonimin dulu tayfa adı ila bağlılığı da mümkündür.[3]

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 207 nəfər əhali yaşayır.[4]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "AMEA əməkdaşları 80 ton qızıl ehtiyatı olan Tülallar yatağında olublar". 2016-03-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-15.
  3. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  4. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629