Tunisin tutulması, Osmanlı imperiyasının Əlcəzair valisi olan Qılınc Əli Paşanın komandanlığı altındakı əyalət ordusunun 1569-cu ildə Hafsi hökmdarı Mövlay Həmidin hakimiyyəti altındakı Tunisi ələ keçirməsi ilə nəticələnən hərbi əməliyyatdır.
Tunisin tutulması | |||
---|---|---|---|
1515-1577 Osmanlı-İspaniya müharibəsi | |||
Tarix | 1569 | ||
Yeri | |||
Səbəbi | Osmanlı-İspaniya mənafe toqquşması | ||
Nəticəsi |
Osmanlı qələbəsi
|
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
1534-cü ildə Xeyrəddin Barbarossa tərəfindən işğal edildikdən bir il sonra İspaniya imperiyası tərəfindən geri alınmış olan Tunis, Osmanlıların 1551-ci ildə Tripolini işğal etməsindən və 1560-cı ildə Cerbə döyüşündə İspan donanmasının böyük bir məğlubiyyətə düçar olmasından sonra ələ keçirilməsi daha asan olan bir hədəfə çevrilmişdir (həmçinində, ətraf ərazilərdə yerləşmiş olan Mehdiyə (1553), Bicayə (1555) və Bizərtə (1557) adlı ispan qalaları ardıcıl olaraq Osmanlılar tərəfindən işğal edilmişdir).
Qılınc Əli Paşa 5000 tüfəngli əsgər və 6000 milis qüvvəsindən formalaşdırılmış olan hərbi qüvvə ilə Tunis üzərinə yürüşə başlamışdır.[1] Osmanlı hərbi dəstələri Bace döyüşündə Mövlay Həmidin qüvvələrini məğlubiyyətə düçar edərək Tunis şəhərini növbəti dəfə işğal edirlər.[2]
Mövlay Həmid isə öz növbəsində böyük bir ispan qarnizonunun yerləşdirilmiş olduğu Halkulvadi qalasına sığınmağa məcbur olur.
Osmanlı qoşunlarının Tunisi işğal etməsindən qısa bir müddət sonra isə Əl-Qeyrəvan adlı əraizdə kiçik miqyaslı bir üsyan baş verir. Qılınc Əli Paşanın komandanlığı altında olan hərbi dəstə bu üsyanı da çətinlik çəkmədən yatızdırmağa nail olur. 1570-ci ilin əvvəllərində Halkulvadi ərazisi istisna olmaq şərti ilə, yerdə qalan bütün Tunis ərazisində Osmanlı hakimiyyəti yaradılır.[3]
Qılınc Əli Paşa, İstanbula müraciət edərək bildirir ki, Halkulvadidəki İspaniya qarnizonu məhv edilmədiyi müddət ərzində Tunis ərazisində Osmanlı hökmranlığı tam olaraq bərqərar edilə bilməz və bunun üçün də donanma dəstəyi istəyir. Lakin Osmanlı paytaxtı 1570-1571-ci illər arasında Kiprin işğalı ilə, daha sonra isə donanma 1571-ci ildə Lepanto döyüşündə böyük bir məğlubiyyətə düçar olduğu üçün lazım olan dəstəyin göndərilməsi mümkün olmur.
Eyni zamanda, Tunisdəki varlığına böyük əhəmiyyət verən İspaniya imperiyası (1534-1535-ci illərdə olduğu kimi) Osmanlıların bu həmləsinə də cavab verməyi yaddan çıxartmır. 1573-cü ildə Osmanlı donanmasının Apuliya sahillərində olmasından məharətlə istifadə edən Xuan de Avstriyanın komandanlığı altındakı İspaniya donanması 1569-cu ildə Osmanlı işğalına məruz qalmış olan Tunis şəhərini hədəfə alır və 1573-cü il oktyabr ayının 10-da şəhəri ələ keçirdir.
Lakin 1571-1572-ci ilin qışında donanmasını yenidən yaradan Osmanlı imperiyası 1572-ci ildə Aralıq dənizi, 1573-cü ildə isə Pulya səfərləri ilə gücünü nümayiş etdirdikdən sonra 7 mart 1573-cü ildə Venesiya Respublikası ilə sülh müqaviləsi imzaladıqdan sonra bütün diqqətini İspaniya imperiyası ilə mübarizə aparmağa cəmləyir. Bununla da Osmanlı sultanı 1574-cü ildə Tunisi daimi olaraq Osmanlı hakimiyyəti altına alacaq olan ekspedisiyanın hazırlıqlarına başlayır.