Tural Cəlilov (futbolçu)

Tural Alim oğlu Cəlilov (28 noyabr 1986[1], Xaçmaz) — azərbaycanlı futbolçu.[2] Mövqeyi yarımmüdafiəçidir. Azərbaycan milli futzal çempionatında çıxış edən "Premier" Quba komandasının üzvüdür.[3] Azərbaycan milli komandasının keçmiş oyunçusu olmuşdur.[4]

Tural Cəlilov
Ümumi məlumatlar
Tam adı Tural Alim oğlu Cəlilov
Doğum tarixi (36 yaş)
Doğum yeri Xaçmaz, Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Boyu 170
Çəkisi 66 kq
Mövqeyi Yarımmüdafiəçi
Əsas ayağı Sağ
Klub haqqında məlumat
Klub Azərbaycan Premier Quba MFK
Karyerası
Klub karyerası[* 1]
2005–2006 Azərbaycan Ədliyyə Bakı ? (?)
2006–2007 Azərbaycan Gənclərbirliyi 10 (0)
2007–2010 Azərbaycan Simurq 64 (4)
2010–2011 Azərbaycan Xəzər Lənkəran 3 (0)
2011–2013 Azərbaycan Rəvan 27 (0)
2013–2016 Azərbaycan Xəzər Lənkəran 81 (0)
2016–2017 Azərbaycan Zirə 9 (0)
2017–2018 Azərbaycan Kəpəz 8 (0)
2018–2019 Azərbaycan Şahdağ 20 (0)
2019–h.h Azərbaycan Premier Quba 16 (3)
Milli yığma[* 2]
2008–2009 Azərbaycan Azərbaycan 4 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 15 Fevral 2020 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 15 Fevral 2020 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

11 yaşında doğma şəhəri Xaçmazda uşaq futbol məktəbində futbol oynamağa başladı. İlk məşqçisi Zöhrab Mahmudov olmuşdur.

"Ədliyyə" (Bakı) və "Gənclərbirliyi" (Sumqayıt) klublarında çıxış edib.

2007-2010-cu illərdə Azərbaycan Premyer Liqa komandasının - "Simurq" (Zaqatala) klubunun heyətinə cəlb olundu.

"APA-Sport" agentliyinin apardığı hesablamaya görə, Tural Cəlilov 2008/2009-cu il mövsümündə, 17-ci Azərbaycan Futbol Çempionatının 26 oyununun hamısında meydançaya çıxan yeganə yerli oyunçu olub.[5] Cəlilov Zaqatala təmsilçisinin uğuruna 4 qol və 2 ötürməylə töhfə verdi. Xüsusilə ilk dövrədə prinsipial matçda doğma arenada "Karvan"ı 2:0 hesabıyla üstələyən komandasının hər iki qolunun müəllifi olan futbolçunun ulduzu məhz həmin oyundan sonra parladı. Bir müddət sonra Tural Berti Foqtsun da diqqətini çəkərək milliyə çağırıldı.

Bundan başqa, gənc futbolçu çempionatın yekunlarına görə birinciliyin ən yaxşı 5 sol cinah yarımmüdafiəçisindən biridi. Cəlilovun əsas üstünlüyü sürəti və meydanda daim hərəkətdə olmasıdı.

Milli komanda karyerası[redaktə | mənbəni redaktə et]

Azərbaycan milli komandasında debüt 19 noyabr 2008-ci ildə Bakıda, Azərbaycan və Albaniya milli komandaları arasında 1:1 hesablı heç-heçə ilə başa çatan yoldaşlıq oyunu zamanı baş tutub. Albaniyayla görüşün ikinci hissəsində yığmada debüt etmək şansı qazandı. 2009-cu il iyunun 6-da Cəlilov Uels-ə qarşı Dünya çempionatının seçmə oyununda rəsmi debütünü (ehtiyyat oyunçu kimi) keçirdi.[4]

Mükafatları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Tural Jalilov // FBref.com (çd.).
  2. https://int.soccerway.com/players/-/83159/
  3. "Arxivlənmiş surət". 2020-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-15.
  4. 1 2 "Arxivlənmiş surət". 2020-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-15.
  5. https://web.archive.org/web/20090705104455/http://www.football-plus.az/view_post.php?id=873