Turan Günəş (25 iyun 1921 - 9 aprel 1982) — türk siyasətçisi və alimi.[1]
Turan Günəş | |
---|---|
türk. Turan Güneş | |
Doğum tarixi | 25 iyun 1921 |
Doğum yeri |
|
Vəfat tarixi | 9 aprel 1982 (60 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, universitet müəllimi[d] |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
O, Kipr əməliyyatı zamanı Türkiyə xarici işlər naziri vəzifəsində çalışırdı.
Turan Günəş 25 iyun 1921-ci ildə Kocaelinin Kandıra şəhərində anadan olub. 1941-ci ildə Qalatasaray Liseyini bitirmişdir.[2][3] İstanbul Universitetində hüquq üzrə bakalavr dərəcəsi və Paris Universitetində siyasi elmlər üzrə fəlsəfə doktoru dərəcəsi almışdır.[2] [3]1947-ci ildə Demokratlar Partiyasına qoşuldu.
Evli idir, iki övladı var idi.
Məktəbi bitirdikdən sonra Günəş İstanbul Universitetinin hüquq fakültəsində işləməyə başladı və 1954-cü ildə dosent oldu.[2] Elə həmin il Kocaelidən deputatlığa namizədliyini irəli sürdü və seçkiləri qazanaraq DP-dən millət vəkili oldu.[4] Lakin 1955-ci ildə başqaları ilə birlikdə partiyadan xaric edildi.[4] Günəş 1959-cu ildə CHP-yə üzv oldu[2] və 12 yanvar 1959-cu ildə keçirilən 14-cü qurultayda CHP-dən millət vəkili seçildi.[5] Bu müddət ərzində o, Forum jurnalının müəlliflərindən biri idir.[6]
27 may 1960-cı ildə baş verən hərbi çevrilişdən sonra Günəş 1961-ci ilin yanvarında Konstitusiya Məclisi tərəfindən yaradılmış Konstitusiya komissiyasına təyin edildi.[7]
1965-ci ildə Ankara Universiteti Siyasi Elmlər fakultəsinin inzibati hüquq üzrə professoru oldu. 1965-ci ildən sonra CHP daxilində inkişaf edən sol mərkəz hərəkatının liderləri arasında idi.
1973-cü il seçkilərində Kocaeli millət vəkili olaraq yenidən Türkiyə Böyük Millət Məclisinə daxil oldu. 1974-cü ildə qurulan CHP-MSP koalisiyasında Xarici İşlər Naziri vəzifəsində çalışıb. 20 iyul 1974-cü ildə Kipr əməliyyatından sonra keçirilən Cenevrə danışıqlarında Türkiyəni təmsil etmişdir. 1977-ci ilin iyun seçkilərində Kocaelidən millət vəkili seçilən Günəş etimad səsi almayan CHP azlıq hökumətində dövlət naziri və baş nazirin müavini olub. Turan Günəş eyni zamanda müxtəlif vaxtlarda Avropa Şurası Məşvərət Assambleyasının üzvü və Avropa Şurasının Siyasi Məsələlər Komissiyasının sədri olub.
Ölümündən sonra "Maşın yuvarlanmadan əvvəl", "Sosial Demokratiya hər şeyə rəğmən" və “Türkiyə Demokratiyasının analizi” adlı kitabları nəşr olundu.
Turan Günəş 9 aprel 1982-ci ildə gəmidə, İstanbuldan İzmirə gedərkən Çanaqqala yaxınlığında infarkt keçirərək vəfat edib.[8] Zəncirliquyu qəbiristanlığında dəfn edilmişdir.
Ankarada TRT Ankara administrasiyasının yerləşdiyi bulvar və Bülənd Ecevit və ailəsinin Or-Anda yaşadığı ev onun adını daşıyır.