Uçida Roan

Uçida Roan (内田魯庵?, 27 aprel 1868, Edo[d], Tokaydo[d]29 iyun 1929) və ya əsl adı ilə Uçida Mitsuqi (内田貢?)Yaponiya tənqidçisi, tərcüməçisi və romançısı. Yaponiyanı Lev Tolstoyun əsərləri ilə tanış edən və Fyodr Dostoyevskinin "Cinayət və cəza" romanını yapon dilinə tərcümə edən ilk şəxs kimi tanınır.

Uçida Roan
yap. 内田魯庵
Doğum tarixi 27 aprel 1868(1868-04-27)
Doğum yeri
Vəfat tarixi 29 iyun 1929(1929-06-29) (61 yaşında)
Təhsili
Fəaliyyəti ədəbiyyat tənqidçisi, roman yazıçısı, tərcüməçi, yazıçı

Uçida Roan 1868-ci ildə Yaponiyanın Tokio şəhərində doğulmuşdur.[1] Uşaq yaşlarından etibarən xristianlığın təsiri altında böyümüş[1] və ingilis dilini özü öyrənmişdir.[2] 1890–91-ci illərdə "Kokumin Shimbun" qəzeti üçün işləmişdir.[3] Yaponiyanın ilk qadın jurnalı olan "Jogaku zasshi" jurnalı üçün yazılar yazmışdır.[1] 1901-ci ildə xarici ədəbiyyat üçün nəzərdə tutulmuş "Maruzen" kitab evinin məsləhətçisi olmuşdur.[3]

Uçida 1889-cu ildə Fyodor Dostoyevskinin "Cinayət və cəza" romanını oxumuş[1] və 1892-ci ildə bu əsəri yapon dilinə tərcümə edən ilk şəxs olmuşdur.[4] O, Rusiya ədəbiyyatının digər tərcüməçisi olan Futabatey Şimeydən xeyli təsirlənmişdir.[3] Uçidanın bu tərcüməsi Kitamura TokokuToson Şimazakiyə təsir göstərmişdir.[4] Uçida Yaponiyanı Lev Tolstoyn yaradıcılığı ilə tanış edən şəxs kimi də tanınır.[4] O, 1905-ci ildə Tolstoyun "Dirilmə" romanını yapon dilinə tərcümə etmişdir.[4]

Uçida yaşadığı dövrün populyar üslubuna qarşı olan əsas polemiklərdən biri olmuşdur.[5] O, sosial məsələləri gündəmə gətirməklə populyar ədəbiyyatın gündəmini genişləndirməyi müdafiə etmişdir.[5] Onun yazılarına esselər və müasir Avropa ədəbiyyatının tərcümələri aid idi.[5] Onun tərcümələri XX əsrin əvvəllərində naturalist məktəbin yayılmasında rol oynamışdır.[5]

  • "Bunqakuşa to naru ho" (1894, esse)
  • "Kure no nicuhaçiniçi" (1898, roman)
  • "Omoydasu hitobito" (1925, memuarlar)
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VIII cild (Temp–Z). Tokio: Kodansha. 1983. səh. 123-124. ISBN 0-87011-628-2. İstifadə tarixi: 15 oktyabr 2022.
  • The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961. səh. 1769-1770. İstifadə tarixi: 15 oktyabr 2022.