Toson Şimazaki (島崎 藤村, Şimazaki Toson?, 25 mart 1872[1], Maqome-cuku[d], Gifu prefekturası – 22 avqust 1943[1][2], Oiso[d][3]) və ya doğum adı ilə Haruki Şimazaki – Yaponiya yazıçısı. Yapon naturalizminin əsas müdafiəçilərindən biri olmuşdur.
Toson Şimazaki | |
---|---|
yap. 島崎藤村 | |
Doğum adı | 島崎 春樹 |
Doğum tarixi | 25 mart 1872[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 22 avqust 1943[1][2] (71 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | beyin qansızması[d] |
Dəfn yeri |
|
Uşaqları | |
Atası | Masaki Şimazaki[d] |
Təhsili | |
Fəaliyyəti | şair, roman yazıçısı, yazıçı, söz yazıçısı[d] |
Fəaliyyət illəri | 1897–1943 |
Əsərlərinin dili | yapon dili |
İstiqamət | naturalizm |
Tanınmış əsərləri | |
Üzvlüyü | |
Toson Şimazaki Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
1872-ci ildə Naqano prefekturasının Maqome şəhərində doğulmuşdur. Doğum adı Harukidir. Yaponiya klassiklərinin tədqiqatçısı olmuş Masaki Şimazakinin dördüncü oğlu idi.[4] Şimazaki ailəsi fermer sinfinə mənsub olsa da, regionun aparıcı ailələrindən biri olmuşdur.[5]
1881-ci ildə təhsil almaq məqsədilə Tokioya köçmüşdür. 1887-ci ildə Meyci Qakuin məktəbinə daxil olmuş, 1891-ci ildə məzun olmuşdur. 1893-cü ildə "Bungakukai" ədəbi jurnalını təsis edən şəxslərdən biri olmuşdur. 1896-cı ildə müəllim kimi işləmək üçün Tokiodan Sendaya köçmüşdür.[5] Bir il Tohoku Qakuin məktəbində dərs demişdir.[4] 1897-ci ildə "Gənc bitkilər kolleksiyası" adlı ilk şeir kolleksiyasını nəşr etmişdir. Romantik üslubda yazılmış bu şeir kolleksiyası gənc oxucular tərəfindən bəyənilmişdir.[5] 1899-cu ildə Naqano prefekturasının Komoro şəhərinə köçmüş və Komoro Qicuku məktəbinin müəllimi olmuşdur. 1900-cü ildə növbəti şeir kolleksiyası nəşr olunmuşdur. [4]
Tokioya qayıtdıqdan sonra roman yazmağa qərar vermişdir. "Sulu boya rəssamı" onun ilk roman işi olmuşdur.[4] 1906-cı ildə "Pozulmuş əmr" adlı əsas romanı nəşr olunmuşdur. Yaponiya ədəbiyyatının ilk naturalist romanı hesab olunan bu romanın baş qəhrəmanı burakumin olduğunu gizlətməyə çalışan məktəb müəllimidir.[5]
Toson növbəti illərdə avtobioqrafik romanlar yazmağa üslünlük vermişdir. 1908-ci ildə yazdığı ikinci romanı "Bahar" onun gənclik illərindən bəhs edir. 1910–1911-ci illərdə yazdığı "Ailə" romanı yapon naturalizminin klassik əsərlərindən biri hesab olunur. Roman yazıçının qohumluq əlaqələri olduğu iki ailənin zəifləməsindən bəhs edir. Toson 1929–1935-ci illərdə yazdığı əsas tarixi romanı olan "Şəfəqdən öncə" romanında Meyci islahatını atasının prespektivindən təsvir etmişdir.[5]
Toson 1935-ci ildə yaradılmış Yaponiya PEN Klubunun ilk prezidenti olmuşdur.[6] Gi de Mopassanın hekayələrini yapon dilinə tərcümə etmişdir.[7]
Tosonun doğulduğu ev bərpa olunaraq 1952-ci ildə Toson Memorial Muzeyi kimi açılmışdır.[8]