UEFA Avro 1992-nin seçmə mərhələsində yeddi qrupa bölünmüş (beş komandanın yarışdığı altı, dörd komandanın yarışdığı bir qrup) 34 milli yığma komanda mübarizə aparmışdır. Qrup qalibləri turnirin final mərhələsinə vəsiqə qazanmışlar. İsveç milli futbol komandası turnirin ev sahibi kimi final mərhələsinə birbaşa vəsiqə əldə etmişdir.
Farer adaları və San-Marino milliləri futbol üzrə Avropa çempionatının seçmə mərhələsinə ilk dəfə qatılmışlar.
Çempionatın püşkatması 2 fevral 1990-cı ildə baş tutmuşdur.
Turnir başlayandan az sonra Şərqi Almaniya milli futbol komandası Almaniya birləşdiyi üçün (3 oktyabr 1990-cı il) turnirdə iştirakını dayandırmışdır. 12 sentyabr 1990-cı ildə keçirilən Şərqi Almaniya-Belçika oyunu yoldaşlıq oyunu statusu almış, Şərqi Almaniyanın digər oyunları ləğv edilmişdir. Beləcə, turnir 33 millinin iştirakı ilə davam etdirilmişdir.
Bu, qalib gələn komandaya 2 xal verildiyi sonuncu futbol üzrə Avropa çempionatı olmuşdur. 1996-cı ildə keçirilən 10-cu çempionatdan başlayaraq komandalar hər qələbəyə görə 3 xal almışlar.
Qrupda çempionatın final turnirinə vəsiqəni Fransa millisi əldə etmişdir. Fransızlar keçirdikləri bütün oyunlarda qələbə qazanaraq rəqiblərinin qapısına 20 qol vurmuş və 16 xalq toplamışlar. Qrupda 2-ci yeri tutan Çexoslovakiya millisi Fransa millisindən 6 xal, digər komandalar isə daha çox geri qalmışlar.
Şotlandiya millisi çətin mübarizədə final turnirinə vəsiqə əldə etmişdir (qrupda birinci və dördüncü yeri tutan komandalar arasında cəmi iki xal fərqi olmuşdur). Qrupdakı ən zəif komanda 33 top buraxıb, cəmi 1 top vuran (evdə Rumıniya millisinin qapısına) San-Marino millisi olmuşdur. Seçmə mərhələsində keçirdiyi oyunlardan sadəcə birini uduzan Şotlandiya millisi qrupda birinci yeri tutmuşdur.
SSRİ milli futbol komandası oyunlarının yarısını heç-heçə bitirən əsas rəqibi İtaliya milli futbol komandasını qabaqlayaraq 13 xalla qrupda birinci yeri tutmuşdur. SSRİ millisi heç bir oyunda məğlub olmamış və onun İtaliya millisi ilə keçirdiyi hər iki oyun heç-heçə (0 : 0) nəticələnmişdir.
#
|
Komanda
|
O
|
Q
|
B
|
M
|
T
|
±
|
Xallar
|
1 |
SSRİ |
8 |
5 |
3 |
0 |
13 − 2 |
+11 |
13
|
2 |
İtaliya |
8 |
3 |
4 |
1 |
12 − 5 |
+7 |
10
|
3 |
Norveç |
8 |
3 |
3 |
2 |
9 − 5 |
+4 |
9
|
4 |
Macarıstan |
8 |
2 |
4 |
2 |
10 − 9 |
+1 |
8
|
5 |
Kipr |
8 |
0 |
0 |
8 |
2 − 25 |
−23 |
0
|
|
|
|
|
|
|
|
SSRİ
|
|
0 : 0
|
2 : 0
|
2 : 2
|
4 : 0
|
İtaliya
|
0 : 0
|
|
1 : 1
|
3 : 1
|
2 : 0
|
Norveç
|
0 : 1
|
2 : 1
|
|
0 : 0
|
3 : 0
|
Macarıstan
|
0 : 1
|
1 : 1
|
0 : 0
|
|
4 : 2
|
Kipr
|
0 : 3
|
0 : 4
|
0 : 3
|
0 : 2
|
|
|
Yuqoslaviya milli futbol komandası qrupda 1-ci yeri tutub final turnirinə vəsiqə əldə etsə də, siyasi səbəblərdən (BMT Təhlükəsizlik Şurasının 30 may 1992-ci il tarixli və 757 saylı qətnasməsi) çempionatda iştirakdan uzaqlaşdırılmışdır. Qrupda ikinci yeri tutan Danimarka milli futbol komandası final turnirinə vəsiqə qazanmış və sonra çempionatın qalibi olmuşdur. Bu qrupda ən gözlənilməz nəticələr qrupun Farer adaları və Avstriya milliləri arasında keçirilən ilk oyununda farerlilərin qələbə qazanması və Şimali İrlandiya ilə Farer adaları millilərinin oyununun heç-heçə nəticələnməsi olmuşdur.
2 fevral 1990-cı ildə keçirilən püşkatmada qrupda 5 ölkənin komandası (AFR və Şərqi Almaniya milliləri də daxil) təmsil olunmuşdur. 3 oktyabr 1990-cı ildə Almaniya birləşəndən sonra 12 sentyabrda artıq baş tutmuş Belçika−Şərqi Almaniya oyunu yoldaşlıq qarşılaşması statusu almış, Şərqi Almaniyanın sonrakı bütün oyunları isə ləğv edilmişdir. Almaniya millisi Uels millisinə qarşı rəqib meydanında keçirdiyi oyunu 1 : 0 hesabı ilə uduzsa da, digər bütün oyunlarda qələbə qazanaraq turnirin final mərhələsinə vəsiqə əldə etmişdir.
#
|
Komanda
|
O
|
Q
|
B
|
M
|
T
|
±
|
Xallar
|
1 |
Almaniya |
6 |
5 |
0 |
1 |
13 − 4 |
+9 |
10
|
2 |
Uels |
6 |
4 |
1 |
1 |
8 − 6 |
+2 |
9
|
3 |
Belçika |
6 |
2 |
1 |
3 |
7 − 6 |
+1 |
5
|
4 |
Lüksemburq |
6 |
0 |
0 |
6 |
2 − 14 |
−12 |
0
|
|
|
Niderland milli futbol komandası 16 oktyabr 1991-ci ildə Portuqaliya milli futbol komandasına qarşı keçirdiyi həlledici oyunda 1 : 0 hesablı qələbə qazanmaqla qrupda 1-ci yeri tutmuş və final mərhələsinə vəsiqə əldə etmişdir. Digər komandalar liderdən çox geri qalmışlar.
İngiltərə milli futbol komandası 9 xal toplayaraq İrlandiya milli futbol komandasını 1, Polşa milli futbol komandasını isə 2 xal qabaqlamış və qrupda birinci yeri tutmuşdur. Bu 3 komandanın öz aralarında oynadıqları bütün oyunlar heç-heçə nəticələnmişdir. Sadəcə açılış oyununda İngiltərə millisi Polşa millisinə 2 : 0 hesabı ilə qalib gəlmişdir. Qrupda keçirdiyi heç bir oyunda uduzmayan İrlandiya millisi hamıdan çox qol vurmasına, ən yaxşı top fərqi nəticələrinə malik olmasına baxmayaraq final mərhələsinə vəsiqə əldə edə bilməmişdir. İrlandlar üçün Poznanda Polşa millisinə qarşı keçirdikləri oyun həlledici olmuşdur. Bu oyunda onlar oyunun bitməsinə 15 dəqiqə qalmış 3 : 1 hesabı ilə irəlidə olsalar da, bu üstünlüklərini qoruyub saxlaya bilməmişlər və oyun heç-heçə başa çatmışdır.
UEFA Avropa Çempionatı |
---|
|
| |
Turnirlər | |
---|
Finallar | |
---|
Heyətlər | |
---|
Seçmə mərhələ | |
---|