Lüksemburq milli futbol komandası

Lüksemburq milli futbol komandası (lüksemb. Lëtzebuergesch Foussballnationalequipe, fr. Équipe du Luxembourg de football, alm. Luxemburgische Fußballnationalmannschaft‎) — Lüksemburqu futbol üzrə beynəlxalq yarışlarda təmsil edən komanda. Komanda Lüksemburq Futbol Federasiyası tərəfindən idarə olunur.

Lüksemburq
Shirt badge/Association crest
Ləqəbid'Roud Léiwen
Les Lions Rouges
Die Roten Löwen

(Qırmızı aslanlar)
AssosiasiyaLüksemburq Futbol Federasiyası
(Lëtzebuerger Foussballfederatioun)
KonfederasiyaUEFA (Avropa)
Baş məşqçiLüksemburq Lyuk Holts
KapitanLaurent Jans
Ən çox oyun keçirənMario Mutş (102)
Ən çox qol vuranLion Mart (16)
StadionJozi Bartel stadionu
FİFA koduLUX
FİFA reytinqi 96 (12 avqust 2021)[1]
Ən yüksək FİFA reytinqi82 (Sentyabr 2018)
Ən aşağı FİFA reytinqi195 (Avqust 2006)
Elo reytinqi 118 3 (9 sentyabr 2019)[2]
Ən yüksək Elo reytinqi69 (13 may 1945)
Ən aşağı Elo reytinqi190 (12 oktyabr 2005)
Ev forması
Səfər forması
İlk beynəlxalq oyunu
 Lüksemburq 1–4 Fransa 
(Lüksemburq; 29 oktyabr 1911)
Ən böyükhesablı qələbəsi
 Lüksemburq 6–0 Əfqanıstan [[Fayl:{{{flag alias-1930}}}|23x15px|border |alt=|link=]]
(Brayton, Böyük Britaniya; 26 iyul 1948)
Ən böyükhesablı məğlubiyyəti
Üçüncü Reyx Almaniya 9–0 Lüksemburq 
(Berlin, Almaniya; 4 avqust 1936)
 Lüksemburq 0–9 İngiltərə 
(Lüksemburq; 19 oktyabr 1960)
 İngiltərə 9–0 Lüksemburq 
(London, Böyük Britaniya; 15 dekabr 1982)

14 iyun 2019-cu ilə olan məlumata görə Lüksemburq millisi FİFA reytinqində 90-cı[1], 11 oktyabr 2017-ci il məlumatına görə isə UEFA reytinqində 43-cü yerdədir[3]. UEFA Avro 1996-nın seçmə mərhələsindən sonra Lüksemburq millisi 10 ildən çox dünya futbolunun autsayderləri sırasında idi. Amma UEFA Avro 2008-in seçmə mərhələsindən etibarən komanda stabil olaraq hər seçmə mərhələnin qrup oyunlarında ən azı 3 xal toplayır və heç olmasa bir qələbə qazanır. Bəzi mütəxəssislər iddia edirlər ki, UEFA Millətlər Liqası qurulandan sonra Lüksemburq millisini yaxın Avropa çempionatlarının birində görmək mümkün olacaq.

FİFA Dünya Kuboku və UEFA Avropa Çempionatı seçmə mərhələlərində

[redaktə | mənbəni redaktə et]

Lüksemburq millisinin FİFA Dünya Kubokunun final mərhələsinə düşmə cəhdləri 1934-cü ildən başlayaraq uğursuzluğa düçar olmuşdur. Komandanın ən parlaq dövrü 1960-cı illərin birinci yarısına təsadüf edir. Həmin dövrdə Lüksemburq millisinin heyətində Lui Pilo, Adi Şmit və Kamill Dimmer kimi Belçika və Fransa klublarında təmsil olunan futbolçular çıxış edirdilər. 1962 FİFA Dünya Kuboku seçmə mərhələsində Böyük Hersoqluğun komandası sensasiya yaradaraq Portuqaliya millisinə 4:2 hesabı ilə qalib gələ bilmişdir. Bu oyun Eysebionun Portuqaliya millisinin heyətində debüt oyunu idi.

UEFA Avro 1964-ün seçmə mərhələsində Lüksemburq millisi 1/8-də Hollandiya millisini 1:1, 2:1 hesabı ilə məğlub edərək, 1/4-də 3:3 və 2:2 hesablı bərabərliklərdən sonra yenidən oynanan oyunda Danimarka millisinə 0:1 hesabı ilə məğlub olmuşdur. 1974 FİFA Dünya Kuboku seçmə mərhələsində isə lüksemburqlular 1972-ci ilin oktyabrında Türkiyə millisinə 2:0 hesabı ilə qalib gəlmişlər.

UEFA Avro 1996-nın seçmə mərhələsi də komanda üçün kifayət qədər uğurlu olmuşdur. Lüksemburq millisi 10 oyundan 10 xal toplaya bilmişdir. Bu seçmə mərhələdə komanda Malta millisini hər iki oyunda udmuş, sensasiyalı bir şəkildə Lüksemburqda çempionatın gələcək finalçısı Çexiya millisini məğlub etmişdir. Bundan başqa lüksemburqlular Belarus millisi ilə də oyunu heç-heçə başa vura bilmişlər.

UEFA Avro 2008-in seçmə mərhələsində Lüksemburq millisi 12 illik fasilədən sonra rəsmi oyunlarda nəhayət ki, qələbə qazana bilmiş və səfərdə Belarus millisini məğlub etmişdir. Bundan başqa lüksemburqlular bu seçmə mərhələdə Hollandiya millisinə kifayət qədər ləyaqətlə, əzmlə müqavimət göstərərək məğlub olmuşlar: 0:1 — evdə və 0:1 — səfərdə.

2010 FİFA Dünya Kubokunun seçmə mərhələsində komanda sensasiya yaradaraq İsveçrə millisini məğlub etmiş və Moldova millisi ilə hər iki oyunda heç-heçə etmişdir.

UEFA Avro 2012-nin seçmə mərhələsində lüksemburqlular 4 xal qazana bilmişlər (Albaniya millisini 2:1 hesabı ilə məğlub etmiş və Belarus millisi ilə oyundan sülhlə ayrılmışlar).

Lüksemburq millisinin seçmə mərhələlərdəki nəticələri

[redaktə | mənbəni redaktə et]

Olimpiya oyunlarında iştirakı

[redaktə | mənbəni redaktə et]

Uğursuzluqlarına baxmayaraq Lüksemburq millisi 1924-1952-ci illər arasında keçirilən Yay Olimpiya Oyunlarının futbol turnirində iştirak etmişdir. 1952 Yay Olimpiya Oyunlarında komanda sensasiyaya imza ataraq Böyük Britaniya milli futbol komandasına 5:3 hesabı ilə qalib gələrək onu turnirdən uzaqlaşdırmışdır. Sonrakı mərhələdə o gərgin keçən oyunda Braziliya milli futbol komandasına 1:2 hesabı ilə məğlub olmuşdur.

Komandanın hazırkı heyəti

[redaktə | mənbəni redaktə et]
Oyunlar və qollar haqqında məlumatlar 17 noyabr 2020-ci ildə Azərbaycan millisi ilə oyundan sonra yenilənmişdir:
Mövqe Oyunçu Doğum tarixi Oyunlar Qollar Klub
1 1GK Antoni Moris 29.4.1990 34 0 Belçika Yunion
12 1GK Ralf Şon 20.1.1990 13 0 Lüksemburq Vilts 71
23 1GK Tim Kips 1.11.2000 0 0 Lüksemburq F91 Düdelanj
7 2DF Lars Jerson 5.2.1990 82 4 İsveç Norrçöpinq
18 2DF Loran Yans İdman kapitanı 5.8.1992 72 1 Belçika Standard Lyej
13 2DF Dirk Karlson 1.4.1998 30 0 Almaniya Karlsrue
3 2DF Enes Mahmutoviç 22.5.1997 13 0 Ukrayna Lvov
22 2DF Marvin Martins 17.2.1995 12 1 Portuqaliya Kasa Pia
5 2DF Vahid Səlimoviç 3.4.1997 7 1 Yunanıstan OFİ
17 2DF Mika Pinto 4.6.1993 5 0 Niderland Sparta Rotterdam
2 2DF Seid Koraç 20.10.2001 1 0 Almaniya Nürnberq
11 3MF Vensan Till 4.2.2000 36 3 Portuqaliya Nasyonal Funşal
9 3MF Danel Sinani 5.4.1997 29 6 Belçika Vasland-Beveren
16 3MF Leandru Barreyru 3.1.2000 24 1 Almaniya Maynz 05
19 3MF Aldin Skenderoviç 28.1.1997 20 0 Lüksemburq Proqres Niderkorn
6 3MF Florian Bonert 9.11.1997 19 1 Almaniya Maynts 05
15 3MF Sebastyen Till 29.12.1993 10 1 Moldova Şerif Tiraspol
8 3MF Timote Rupil 12.6.2003 1 0 Almaniya Maynts 05 II
4 3MF Matias Olesen 21.3.2001 0 0 Almaniya Köln
14 4FW Stefano Bensi 11.8.1988 55 5 Lüksemburq Fola Eş
21 4FW Moris Devill 31.7.1992 47 3 Almaniya Saarbrükken
10 4FW Jerson Rodrigeş 20.6.1995 31 5 Ukrayna Dinamo Kiyev
20 4FW Edvin Muratoviç 15.2.1997 5 1 Lüksemburq F91 Düdelanj
İllər Geyim istehsalçısı
1908—1980 Almaniya Erima
1980—2000 Almaniya Adidas
2000—2003 Almaniya Puma
2003—2005 Almaniya Adidas
2005—2008 İtaliya Erreà
2008—2014 Almaniya Jako
2014—2018 Almaniya Adidas
2018—h.h. İtaliya Macron

Heyətində ən çox oyun keçirən futbolçular

[redaktə | mənbəni redaktə et]
Oyunlar haqqında məlumatlar 17 noyabr 2020-ci ildə Azərbaycan millisi ilə oyundan sonra yenilənmişdir:
# Oyunçu Oyun İllər
1 Mario Mutş 102 2005–2019
2 Daniel da Mota 99 2007–
3 Jeff Ştrasser 98 1993–2010
4 Rene Peters 93 2000–2013
5 Jonatan Juber 90 2006–2017
6 Erik Hoffmann 89 2002–2014
7 Karlo Ueys 87 1978–1998
8 Lars Jerson 82 2008–
9 Orelyen Joakim 80 2005–2019
10 Fransua Konter 77 1955–1969

Heyətində ən çox qol vuran futbolçular

[redaktə | mənbəni redaktə et]
Qollar haqqında məlumatlar 17 noyabr 2020-ci ildə Azərbaycan millisi ilə oyundan sonra yenilənmişdir:
# Oyunçu Qol İllər
1 Lion Mart 16 1933–1945
2 Qusti Kemp 15 1938–1945
2 Orelyen Joakim 15 2005–2019
4 Kamill Libar 14 1938–1947
5 Nikolas Kettel 13 1946–1959
6 Fransua Müller 12 1949–1954
7 Leon Letş 11 1947–1963
8 Jilber Dussye 9 1971–1978

Göstəriciləri

[redaktə | mənbəni redaktə et]

FİFA Dünya Kuboku

[redaktə | mənbəni redaktə et]
FİFA Dünya Kuboku göstəriciləri FIFA Dünya Kuboku seçmə mərhələsi göstəriciləri
İl Mərhələ Mövqe O Q B* M Vq Bq O Q B M Vq Bq
Uruqvay 1930 İştirak etməyib İştirak etməyib
İtaliya 1934 Seçmə mərhələni keçməyib 2 0 0 2 2 15
Fransa 1938 2 0 0 2 2 7
Braziliya 1950 2 0 0 2 4 8
İsveçrə 1954 4 0 0 4 1 19
İsveç 1958 4 0 0 4 3 19
Çili 1962 4 1 0 3 5 21
İngiltərə 1966 6 0 0 6 6 20
Meksika 1970 6 0 0 6 4 24
Qərbi Almaniya 1974 6 1 0 5 2 14
Argentina 1978 6 0 0 6 2 22
İspaniya 1982 8 0 0 8 1 23
Meksika 1986 8 0 0 8 2 27
İtaliya 1990 8 0 1 7 3 22
ABŞ 1994 8 0 1 7 2 17
Fransa 1998 8 0 0 8 2 22
Cənubi Koreya (1997)
Yaponiya 2002
10 0 0 10 4 28
Almaniya 2006 12 0 0 12 5 48
Cənubi Afrika Respublikası 2010 10 1 2 7 4 25
Braziliya 2014 10 1 3 6 7 26
Rusiya 2018 10 1 3 6 8 26
Qətər 2022 Müəyyənləşməyib Müəyyənləşməyib
Kanada Meksika ABŞ 2026
Cəmi 0/21 134 5 10 119 69 433

UEFA Avropa Çempionatı

[redaktə | mənbəni redaktə et]
UEFA Avropa Çempionatı göstəriciləri UEFA Avropa Çempionatı seçmə mərhələsi göstəriciləri
İl Mərhələ Mövqe O W D* L Vq Bq O Q B M Vq Bq
Fransa 1960 İştirak etməyib İştirak etməyib
İspaniya 1964 Seçmə mərhələni keçməyib 5 1 3 1 8 8
İtaliya 1968 6 0 1 5 1 18
Belçika 1972 6 0 1 5 1 23
Yuqoslaviya 1976 6 0 0 6 7 28
İtaliya 1980 6 0 1 5 2 17
Fransa 1984 8 0 0 8 5 36
Qərbi Almaniya 1988 8 0 1 7 2 23
İsveç 1992 6 0 0 6 2 14
İngiltərə 1996 10 3 1 6 3 21
Belçika Niderland 2000 8 0 0 8 2 23
Portuqaliya 2004 8 0 0 8 0 21
Avstriya İsveçrə 2008 12 1 0 11 2 23
Polşa Ukrayna 2012 10 1 1 8 3 21
Fransa 2016 10 1 1 8 6 27
Avropa İttifaqı 2020 8 1 1 6 7 16
Almaniya 2024 Müəyyənləşməyib Müəyyənləşməyib
Cəmi 0/16 111 8 11 98 51 319

UEFA Millətlər Liqası

[redaktə | mənbəni redaktə et]
UEFA Millətlər Liqası göstəriciləri
İl Diviziya Qrup Möv. O Q B M Vq Bq Y/D Üd
Portuqaliya 2018–19 D 2 2-ci 6 3 1 2 11 4 Şablon:Yüksəliş 44-cü
İtaliya 2020–21 C 1 2-ci 6 3 1 2 7 5 Şablon:Eyni mövqe 39-cu
2022–23 C TBA Müəyyənləşməyib
Cəmi 2/2 12 6 2 4 18 9 39-cu

Olimpiya Oyunları

[redaktə | mənbəni redaktə et]
Hectic phase during the goal-rich Olympic defeat against Belgium in 1928 (5–3)
Olympiya Oyunları göstəriciləri
Edition Mərhələ O Q B M Vq Bq
Belçika 1920 Mərhələ 1 1 0 0 1 0 3
Fransa 1924 Mərhələ 2 1 0 0 1 0 2
Niderland 1928 Mərhələ 1 1 0 0 1 3 5
Almaniya 1936 Mərhələ 1 1 0 0 1 0 9
Böyük Britaniya 1948 Mərhələ 1 2 1 0 1 7 6
Finlandiya 1952 Mərhələ 1 2 1 0 1 6 5
Cəmi 8 2 0 6 16 30

Kiçik turnirlər

[redaktə | mənbəni redaktə et]
Kiçik turnirlərdəki göstəriciləri[4]
İl Mərhələ Möv. O* Q B M Vq Bq
İndoneziya 1980 Marah Halim Kuboku Semi-finals 4-cü 7 3 1 3 8 11
*Two of these seven matches, played against the Indonesian clubs Pardedetex and NIAC Mitra (that ended in 1–0 and 2–1 wins for Luxembourg, respectively) are not regarded as full internationals by the Luxembourg Football Federation.

Results and forthcoming fixtures

[redaktə | mənbəni redaktə et]
Nəticələr 17 noyabr 2020-ci ildə Azərbaycan millisi ilə oyundan sonra yenilənmişdir.
Oyun Qələbə Bərabərlik Məğlubiyyət Vurduğu qollar Buraxdığı qollar
411 39 50 322 258 1115

Recent results and fixtures are as follows:

14 noyabr 2019
20:45 CET
Serbiya  3 : 2
Hesabat
 Lüksemburq
A.Mitroviç Qol 11' (43)
Radoniç Qol 70'
Qollar Rodrigeş Qol 54'
Türpel Qol 75'
Rayko Mitiç stadionu, Belqrad, Serbiya
Tamaşaçı: 500
Hakim: Sərdar Gözüböyük (Niderland)
17 noyabr 2019
15:00 CET
Lüksemburq  0 : 2
Hesabat
 Portuqaliya
Qollar Fernandeş Qol 39'
Ronaldo Qol 86'
Jozi Bartel stadionu, Lüksemburq, Lüksemburq
Hakim: Xesus Xil Mansano (İspaniya)
1 sentyabr 2020
19:00 CEST
Lüksemburq  0 : 0
Hesabat
Saarbrükken FK
Jozi Bartel stadionu, Lüksemburq, Lüksemburq
5 sentyabr 2020
20:00 AZT
Azərbaycan  1 : 2
Hesabat
 Lüksemburq
Şeydayev Qol 43' Qollar Krivotsyuk Qol 48' (a.q.)
Rodrigeş Qol 72' (pen.)
Bakcell Arena, Bakı, Azərbaycan
Tamaşaçı: 0
Hakim: Kris Kavana (İngiltərə)
8 sentyabr 2020
20:45 CEST
Lüksemburq  0 : 1
Hesabat
 Monteneqro
Qollar Beçiray Qol 90+3' (pen.)
Jozi Bartel stadionu, Lüksemburq, Lüksemburq
Tamaşaçı: 0
Hakim: Laurens Visser (Belçika)
7 oktyabr 2020
20:15
Lüksemburq  1 : 2
Hesabat
 Lixtenşteyn
Rodrigeş Qol 72' (pen.) Qollar F. Wolfinger Qol 23'
Hasler Qol 62' (pen.)
Jozi Bartel stadionu, Lüksemburq, Lüksemburq
Tamaşaçı: 0
Hakim: Alexandre Boucaut (Belçika)
10 oktyabr 2020
15:00 CEST
Lüksemburq  2 : 0
Hesabat
 Kipr
Sinani Qol 12'26' Qollar
Jozi Bartel stadionu, Lüksemburq, Lüksemburq
Hakim: Don Robertson (Scotland)
13 oktyabr 2020
20:45 CEST
Monteneqro  1 : 2
Hesabat
 Lüksemburq
İvanoviç Qol 34' Qollar Muratović Qol 42'
Sinani Qol 86'
City Stadium, Podgorica, Montenegro
Hakim: Sascha Stegemann (Germany)
11 noyabr 2020
20:30
Lüksemburq  0 : 3
Hesabat
 Avstriya
Qollar Trauner Qol 61'
Grbić Qol 83'
Wiesinger Qol 90+3'
Jozi Bartel stadionu, Lüksemburq, Lüksemburq
Tamaşaçı: 0
Hakim: Amaury Delerue (France)
14 noyabr 2020
21:45 EET
Kipr  2 : 1
Hesabat
 Lüksemburq
Kastanos Qol 34' (pen.)71' Qollar Kousoulos Qol 5' (o.g.)
GSP Stadium, Nicosia, Cyprus
Hakim: Mattias Gestranius (Finland)
17 noyabr 2020
20:45 CET
Lüksemburq  0 : 0
Hesabat
 Azərbaycan
Jozi Bartel stadionu, Lüksemburq, Lüksemburq
Hakim: Felix Zwayer (Germany)

Head to head records

[redaktə | mənbəni redaktə et]
Nəticələr 17 noyabr 2020-ci ildə Azərbaycan millisi ilə oyundan sonra yenilənmişdir.
  1. 1 2 "The FIFA/Coca-Cola World Ranking". FIFA (ingilis). 12 avqust 2021. İstifadə tarixi: 12 avqust 2021.
  2. Elo rankings change compared to one year ago. "World Football Elo Ratings". eloratings.net. 9 sentyabr 2019. İstifadə tarixi: 9 sentyabr 2019.
  3. "National Team Coefficients Overview" (PDF). UEFA.com (ingilis). UEFA-nın rəsmi saytı. 2017-10-11. 2017-11-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-11.
  4. "Marah Halim Cup (Medan, Indonesia)". RSSSF. 20 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 October 2013.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]