Ukrayna Üsyan Ordusu

Ukrayna Üsyan Ordusu (Ukr: Ukraїnska povstanska armіya/qısaca: UPA) - İkinci Dünya Müharibəsi zamanı Ukraynada nasistlərin dəstəyi ilə təşkil edilmiş və ölkədəki bütün etnik qruplara qarşı kütləvi qırğınlar və soyqırım hərəkatları ilə məşğul olan millətçi ordudur. 1942-ci ilin oktyabrında təşkil edilən ordu, xüsusilə 1943-cü ildə Ukrayna Reyx Komissarlığı ilə birlikdə ruslara, polyaklara, yəhudilərə və digər etnik azlıqlara qarşı sistemli şəkildə qırğın siyasəti həyata keçirmişdir.

Ukrayna Üsyan Ordusu
Українська повстанська армія
Loqonun şəkli
Daxildir Ukrayna Millətçiləri Təşkilatı
Qərargah
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Ukrayna Üsyan Ordusunun bayrağı

Ukrayna Üsyan Ordusunun ən mühüm təşkilatçılarından biri faşist Almaniyasının maliyyə dəstəyini alan Stepan Bandera idi. Millətçi Stepan Bandera, Taras Borovets (Taras Bulba) və Andrey Melnikin rəhbərlik etdiyi Ukrayna Üsyan Ordusu Ukrayna ərazisində İkinci Dünya Müharibəsi zamanı bir çox soyqırım hərəkatlarında, xüsusilə Volin qırğınında xüsusi rol oynamışdır.

Fəaliyyətləri

[redaktə | mənbəni redaktə et]

1939-cu il sentyabrın 12-də, Varşavanın süqutuna az qalmış Hitler qatarda Polşa xalqı və Ukraynadakı polyakların taleyi haqqında xüsusi görüş keçirmişdir. Hitlerin planı SSRİ-nin sərhədində Asiya ilə Avropa arasında III Reyxə bağlı bir bufer zona yaratmaq idi. Berlinin bu kukla dövlətinin sərhədləri şimalda Litvanın paytaxtı Vilnüsdən başlayıb, cənubda isə Ukraynanın Qalisiya və Volin vilayətlərinə qədər uzanacaqdı. İclasda nasist admiralı və məxfi xidmət olan Abverin rəhbəri Vilhelm Kanaris, Almaniyanın xarici işlər naziri Ribbentropa ukraynalı millətçilərin təşkilatlanması, polyaklara və yəhudilərə qarşı qiyam şəklində yeni qırğın siyasətinin həyata keçirilməsindən danışmışdır. “Kanaris Memorandumu” kimi tanınan bu çıxışın sənədləri və alınan qərarlar 1945-ci ildə Nürnberq məhkəməsində sübut kimi təqdim edilmiş və Kanarisin edamında mühüm rol oynamışdır.

İlk mərhələdə, 1939-cu ilin noyabrında 400 ukraynalı irqçi Komarne, Kirhendorfe Qakeshteyne və Abvera düşərgələrində təlimə başlamışdır. 1939-cu ilin dekabrında hərəkatın Krakov şöbəsinin rəhbəri Stepan Bandera və onun tabeliyində olan Andrey Melnik Ukraynada üsyan hazırlamaq üçün kuryer göndərdilər, lakin bu şəxs NKVD tərəfindən tutulmuşdur.

1940-cı ilin yanvarında Bandera ilk komandanı Ukraynaya göndərə bildi. Lakin bundan sonra göndərilmiş daha bir neçə qrup sovet sərhədçiləri tərəfindən əsir götürülmüşdür. 1940-cı il fevralın 10-da Stepan Bandera Krakovda Ukrayna Millətçiləri Təşkilatını təsis etmişdir. Onun bu təşkilatı yaratmaqda məqsədi sonradan Ukrayna Üsyan Ordusuna rəhbərlik edəcək Adrey Melnikin müstəqil fəaliyyət göstərməsi ehtimalından çəkinməsi idi. 1940-cı ilin martında üsyanı təşkil edə biləcək bir dəstə köçürülmüş və 1940-cı ilin aprel-may aylarında üsyan planlaşdırılmışdı, lakin bu üsyan NKVD tərəfindən başa düşülmüş və dərhal aradan qaldırılmışdır.

1941-ci ilin yazında faşist Almaniyası Sovet İttifaqına hücum planları hazırlayarkən, Stepan Bandera Krakovda millətçi qruplara təlim keçirdi. Nasistlər 1941-ci il iyunun 22-də Sovet İttifaqına hücum etdikdən sonra millətçilər iyunun 30-da qondarma Ukrayna dövlətini elan etmişdirlər. 1942-ci ilin oktyabrında onlar rəsmi olaraq Ukrayna Üsyan Ordusu kimi tanınan Ukrayna Üsyan Ordusunu təşkil etmişdirlər.

Bundan sonra ukraynalı millətçilər mərkəzləri Lvovda yerləşməklə Polşa, Belarus və Ukraynadakı etnik qruplara qarşı sistemli şəkildə soyqırım, zorlama və talanlara başlamışdırlar. Soyqırım hərəkatında irqçilərin ən mühüm hədəfləri polyaklar, yəhudilər, belaruslar və ruslar idi. Ukraynadakı Sovet hökumətini devirmək üçün qanunsuz olaraq sovet partizanlarına, Qırmızı Orduya qarşı da hücumlar təşkil etmişdirlər. Sovet İttifaqı İkinci Dünya Müharibəsi zamanı bir tərəfdən nasist işğalçıları ilə, digər tərəfdən onlarla əməkdaşlıq edən satqın Ukrayna millətçiləri ilə mübarizə aparmalı olmuşdur. Bu üsyançıların qarşısı 1945-ci ildə alınarkən, onların başçılarından bəziləri qaçaraq qərbə sığınmışdırlar.

Ukraynanın UPA-ya münasibəti

[redaktə | mənbəni redaktə et]

Sovet İttifaqı dövründə Ukrayna Üsyan Ordusu (UPA) işğalçı nasistlərlə əməkdaşlıq edərək Sovet hökumətini devirməyə cəhd etdiyi və etnik dinc əhaliyə qarşı qırğınlar törətdiyi üçün terror təşkilatı kimi tanınırdı. UPA-nın inzibati və komanda heyəti də vətən xaini elan edilib, tutulanlar mühakimə olunaraq edam edilmişdir. Lakin Ukrayna Sovet İttifaqından ayrıldıqdan sonra, 1995-ci ildə Lvov Şəhər Şurası ordunun yaranmasının ildönümünün Veteranlar Günü elan edilməsi barədə qərar qəbul etmişdir. Lakin yerli olaraq qəbul edilən bu qərar bütün Ukraynada qəbul edilməmişdir.

Ukraynada 2004-cü il çevrilişindən sonra hakimiyyətə gələn qərbyönlü hökumətlər UPA və onun görkəmli şəxslərinə bəraət qazandırmaq üçün müxtəlif fərmanlar vermişdirlər. 12 oktyabr 2007-ci ildə Ukrayna prezidenti Viktor Yuşşenko UPA komandanlığının şəxslərindən biri olan Roman Şuxeviçə qondarma milli müstəqillik mübarizəsinə verdiyi töhfələrinə görə “Ukrayna Qəhrəmanı” adı vermişdir.

Lakin 2007-ci il dekabrın 3-də Xarkov Şəhər Şurasında çoxluq təşkil edən Regionlar Partiyasının üzvləri “İkinci Dünya Müharibəsində faşist Almaniyası ilə əməkdaşlıq edərək bəşəriyyət və sülhə qarşı ən ağır cinayətləri törədən və Ukraynada kiçik bir azlığın nümayəndəsi olan bu satqın dəstənin qəhrəman elan edilməsi Ukrayna xalqına qarşı ədalətsizlik” olduğunu bəyan edərək, UPA-nın izzətlənməsinə, şöhrətlənməsimə heç bir şəkildə yol verilməyəcəyini və UPA adına ucaldılan abidələrin təşkilat tərəfindən dərhal məhv ediləcəyi bildirilmişdir.

2010-cu il yanvarın 29-da prezident Viktor Yuşşenko Ukrayna üsyançı ordusunun “Ukraynanın müstəqilliyi uğrunda döyüşən döyüşçülər” kimi tanınması haqqında fərman vermişdir. 2010-cu il aprelin 21-də Donetsk İnzibati Məhkəməsi apellyasiya şikayəti vermiş və Roman Şuxeviçə verilmiş olan milli qəhrəman adının ləğv edilməsinə nail olmuşdur. 2 aprel 2011-ci ildə Donetsk rayon məhkəməsi Stepan Banderanın Ukrayna vətəndaşı olmadığını və qanuna müvafiq olaraq yalnız Ukrayna vətəndaşı olanların qəhrəman adını ala biləcəyini bəyan edərək, Yuşşenkonun qərarının etibarsız olduğunu elan etmişdir.

Lakin 2014-cü il çevrilişindən sonra hakimiyyətə gələn AvropaABŞ tərəfdarı hökumətin dəstəyi və UPA komandiri Roman Şuxeviçin oğlu Yuri Şuxeviçin təşəbbüsü ilə bütün UPA üzvlərinə müstəqillik döyüşçüsü statusu verilmişdir.