Ulduz müharibələri (ing. Star Wars; daha sonra Ulduz müharibələri: IV Epizod – Yeni ümid (ing. Star Wars: Episode IV – A New Hope) adı ilə buraxılmışdır)[15][16] — Corc Lukasın ssenaristliyi və rejissorluğu ilə 1977-ci ildə çəkilmiş, "Lucasfilm" tərəfindən istehsal olunmuş və "20th Century Fox" tərəfindən yayımlanan ABŞ epik kosmik operası. Rollarda Mark Hamill, Harrison Ford, Kerri Fişer, Piter Kuşinq, Alek Ginness, Devid Prouz, Ceyms Erl Cons, Entoni Deniels, Kenni Beyker və Piter Mehyü var. Bu, "Ulduz müharibələri" film seriyasındakı birinci epizod və "Skayuolker saqası"nın dördüncü xronoloji epizodudur.
Ulduz müharibələri | |
---|---|
ing. Star Wars[1] | |
| |
Janr | Kosmik opera, elmi-fantastika filmi[2][3][…], döyüş filmi[2][3][…], macəra filmi[2][3][…] |
Rejissor | |
Prodüserlər | |
İcraçı prodüser | Corc Lukas |
Ssenari müəllifi | |
Baş rollarda | |
Bəstəkar | |
Montajçı | Corc Lukas |
İstehsalçı | Lucasfilm |
Distribütor | InterCom[d], MOKEP[d], 20th Century Fox, Netflix, Disney+ |
İlk baxış tarixi | 25 may 1977[7][2][…], 19 oktyabr 1977, 9 fevral 1978[8], 25 may 1977[1], 1977, 25 dekabr 1977[9] |
Filmin digər adı | Ulduz müharibələri: IV Epizod – Yeni ümid |
Müddət | 121 dəq.[10][11][…] |
Büdcə | 11.000.000 $ |
Gəlir | 775.398.007 $[12], 460.998.507 $[13] |
Ölkə | |
Dil | ingilis dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Qvatemala[14], Kaliforniya, Tunis, Arizona |
IMDb | ID0076759 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Corc Lukas 1974-cü ildə Fleş Qordon kimi kosmik operalardan, Edqar Berrouzun Con Karter romanlarından, Akira Kurosavanın samuray filmləri[17] və Cozef Kempbellin "Min üzlü qəhrəman" kitabından[18] ilhamlanaraq "Ulduz müharibələri" üzərində işləməyə başlamışdır. Büdcəsi 11 milyon dollar olan film 25 may 1977-ci ildə nümayiş olunmuşdur və o dövrdə ən populyar filmlərdən birinə çerilmişdir. Film təkcə kinoteatrlarda nümayişi zamanı ABŞ-də 215 milyon dollar,[19] dünya üzrə isə 337 milyon dollardan çox gəlir əldə etmişdir. Bundan əlavə, film 6 Oskar mükafatına layiq görülmüşdür. Film bir neçə dəfə əhəmiyyətli düzəlişlərlə yenidən buraxılmışdır. Film sonuncu dəfə 2011-ci ildə dəyişdirilmişdir.