Univiziya

Birinci Beynəlxalq Univision Mahnı Müsabiqəsinin rəsmi loqosu

Univiziya (Univision) — tələbə mahnı müsabiqəsi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin (ARGİN) dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən reallaşdırılan irimiqyaslı layihə.

Ali təhsil müəssisəsələrində seçimləri aparılan "Univiziya" müsabiqəsinin yarımfinal mərhələsi 2012-ci il mayın 15-də, "Birinci ol!" devizi altında Heydər Əliyev adına Sarayda keçirilib. 17 may tarixində isə Heydər Əliyev adına Sarayda müsabiqənin final mərhələsi keçirildi. Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva "Univiziya" tələbə mahnı müsabiqəsinin iştirkaçıların çıxışlarının hazırlanmasında yaxından iştirak edirdi.

"Univiziya"da müxtəlif ali təhsil müəssisələrinin təmsilçiləri öz performanslarını nümayiş etdirdilər. Hər bir iştirakçıın çıxışından öncə onun gündəlik həyatı, musiqi maraqları haqda fraqmentlərdən bəhs edən video-çarxlar təqdim edildi. Final konsertində bütün iştirkaçıların mahnıları dinlənildikdən sonra 15 dəqiqəlik səsvermə mərhələsinə start verildi. Tamaşaçılan ali təhsil müəssisələrinin gizli şuralarının iştirakçılara verdikləri səsləri ekranda canlı olaraq izləyirdilər. Ən yüksək (8, 10 və 12) balları isə hər bir ali təhsil müəssisəsinin Tələbə Gənclər Təşkilatlarının (TGT) sədrləri açıqlayırdı. Səsvermənin nəticələrinə görə 197 balla Bakı Musiqi Akademiyasının təmsilçisi Kənan Qədimov ilk "Univiziya" (Univision) tələbə mahnı müsabiqənin qalibi oldu. Qalibə 3000 manat pul mükafatı təqdim edildi.

Konsert proqramı ilk dəfə ATGTİ-nin himninin oxunması ilə başa çatdı.

"Univision" mahnı müsabiqəsində paytaxt və regionlarda yerləşən 21 ali təhsil müəssisəsinin təmsilçiləri iştirak edirdi. Müsabiqənin ilk dəfə keçirildiyini nəzər alan münsiflər heyəti bu ali təhsil müəssisələri arasından finala 10 deyil, 13-nün vəsiqə qazanmasına qərar vermişdi.

Univiziya II tələbə mahnı müsabiqəsi[redaktə | mənbəni redaktə et]

2013-cü il 3-5 may tarixlərində Heydər Əliyev adına Sarayda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ATGTİ “Univiziya” II tələbə mahnı müsabiqəsini reallaşdırmışdır.

Mayın 3-də müsabiqənin yarımfinal mərhələsi keçirilmiş və bu mərhələdə 19 ali və orta ixtisas təhsili müəssisəsinin təmsilçiləri iştirak etmişdir. Qeyd edək ki, yarımfinal mərhələsinin iştirakçıları müsabiqəyə qatılmaq üçün müraciət etmiş 35 təhsil müəssisəsi arasından Əməkdar artist Tünzalə Ağayevanın sədrliyi ilə ATGTİ-nin sədri Şahin İsmayilov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Elnur Abdullayev, modelyer-dizayner Gülnarə Xəlilova, prodüser Yalçın Cabbarov və xoreoqraf Nailə Məmmədzadədən ibarət münsiflər heyəti tərəfindən seçilmişdi. Ötən ilki müsabiqədən fərqli olaraq bu müsabiqədə musiqi ixtisaslı təhsil müəssisələrinin iştirakı nəzərdə tutulmamışdı. 5 may tarixində Heydər Əliyev Sarayında baş tutmuş final mərhələsində yarımfinaldan keçən 12 iştirakçı çıxış etmişdir. Müsabiqənin nəticələrinə görə, I yerə Qafqaz Universitetinin tələbəsi Zərrin Mahmudzadə, II yerə Bakı Slavyan Universitetinin tələbəsi Ozal Rəhimov, III yerə Azərbaycan Dövlət Neft Akademiyasının musiqi qrupu - “Old Academy Group” layiq görülmüşdü. Birinci yerin qalibinə mikrofon formasında “Univision” kuboku3000 manat pul mükafatı, ikinci yerə layiq görülən iştirakçıya 2000, üçüncü yerin sahibinə isə 1000 manat pul mükafatı təqdim olunmuşdu.

Müsabiqənin yekununda Gənclər və İdman Naziri Azad Rəhimov qalibləri təbrik edərək, bu tədbirin əhəmiyyətini yüksək qiymətləndirmiş və bildirmişdir ki, tələbələrin “Univiziya” II mahnı müsabiqəsinin qalibi iyunda Bakıda keçiriləcək “Univiziya” tələbələrin I beynəlxalq mahnı müsabiqəsində ölkəmizi təmsil etmişdir.

Univiziya tələbələrin I beynəlxalq mahnı müsabiqəsi[redaktə | mənbəni redaktə et]

21 iyun 2013-cü il tarixində Azərbaycan Respublikası Gənclər və İdman NazirliyiATGTİ-nin birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev adına Saraynda “Univiziya” tələbələrin I Beynəlxalq (The First International Student Song Contest) mahnı müsabiqəsi keçirilmişdir. Müsabiqədə Azərbaycan daxil olmaqla Avropadan (Rusiya, Belarus, Gürcüstan, Rumıniya, Almaniya, Polşa, Litva, Moldova, Türkiyə, Estoniya, Yunanıstan, Albaniya), Asiyadan (İndoneziya, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Pakistan) Şimali Amerikadan (Meksika) və Cənubi Amerikadan (Braziliya) 20 ölkənin ali təhsil müəssisələrinin bakalavr və magistr pillərində təhsil alan tələbə ifaçı və jurilər iştirak etmişdir. Müsabiqədə hər ölkəni təmsil edən juri öz ölkəsi istisna olaraq, digər ölkələrin təmsilçilərinin hər birinə müvafiq olaraq - 1, 2, 3, 4, 5, 6, 7, 8, 10, 12 bal verməklə qalibi müəyyən etmişdir. Ən yüksək bal toplayan iştirakçı – Monika Linkte (Litva) müsabiqənin qalibi adını almış, Rumıniya təmsilçisi Klaudiya-Mariya Popina və Rusiya təmsilçisi Anastasiya Merişan isə müvafiq olaraq 2 və 3-cü yeri tutmuşlar. İlk üç yerin qalibi pul mükafatı və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. Müsabiqənin ümumi mükafat fondu 6000 AZN təşkil etmişdir. Bu müsabiqədə ölkəmizi Qafqaz Universitetinin tələbəsi Zərrin Mahmudzadə təmsil edirdi.

Müsabiqə iştirakçıları layihə çərçivəsində Bakı şəhərinin mədəni-tarixi yerləri ilə də tanış olmuşlar.