Urup çayı

Urup[1] (adıq kab.-çərk. Уэрп, qaraç.-balk. Уруп) — Şimali Qafqazda çay. Kuban çayının sol qolu. Çay Qaraçay-Çərkəz Respublikasının ərazisindən öz başlanğıcını götürərək Krasnodar diyarı ərazisində Kuban çayına birləşir.

Urup
adıq kab.-çərk. Уэрп, qaraç.-balk. Уруп)
Ölkələr
Mənbəyi Urup rayonu
Mənsəbi Kuban çayı
Uzunluğu 231 km
Su sərfi 16,5 m³/s
Su hövzəsi Kuban→Azov dənizi
Hövzəsinin sahəsi 3220 km²
DSR[ru] 06020000512108000002710 06020000512199000000060, 06020000512108000002710
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Eimologiyası[redaktə | mənbəni redaktə et]

Hidronimin mənşəyi haqqında dəqiq bir fikir yoxdur. A.V.Tverdıy və X.İ.Xajıbaev bildirir ki, sözün adıge dilindən tərcüməsi "gür, sürətli"[2] deməkdir. "-P" sonluğu isə mənsəb mənasını veriri[3]. Qısaca çayın adı belə səslənir:"gür çayın mənsəbi". M. A. Хаbiçev bildirir ki, adıq ур "çay", adıq уп isə — "su" deməkdir[2]. V. N. Koveşnikov isə hidronimin skif mənşəli olması fikrindədir: "" (avar. ор, ур — "çay", oset. орд — "dərin", türk dillərində ор, ур — "quyu, çuxur" deməkdir[4]). Abazinlər çayı Uarp adlandırır. Eləcə də onların folklorunda adıq Uarpıj[5]. Bundan başqa adıq Uarpıps[6] sözü var.

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Çayın uzunluğu — 231 km, su toplayıcı hövzənin sahəsi — 3220 km²-dir. Urup dağının (3232 m) yamaclarından öz başlanğıcını götürür. Yuxarı axarlarında çay dağ çayı xüsusiyyətlərini daşıyır. Udobnıy qəsəbəsində düzənlik ərazisinə şıxır.[7] Çayın ən böyük qolları — Kuva, Böyük Teqin, Kiçik Teqin və Jeltmes. Armavir yaxınlığında Kuban çayına birləşir.

Qaraçay-Çərkəz Respublikası ərazisində çay kənarında Urup və Mednoqorski qəsəbələri yerləşir. Bu ərazidə mis yataqları var və dağ-mədən kombinatı fəaliyyət göstərir. Krasnodar vilayəti ərazisində çay kənarında daha çox yaşayış məntəqələri var.

Çayın qidalanması qarışıqdır. Əsasən yağış suları ilə qidalanır. İllik su sərfi — 16,5 m³/saniyədir. Dekabr-Fevral aylarında çayın bəzən donması qeydə alınır.[7]

Urup çayı dərəsində, Qamovskoy stansiyası yaxınlığında Üçbucaq mağarası yerləşir. Mağarada tapılan heyvan sümüklərinə və çaxmaq daşı tipli alətlər tapılmışdır. Bu arxeloji tapıntılara əsasən deyə bilərik ki, mağara qədim yaşayış məskəni olmuşdur. Mağara Mustye mədəniyyəti epoxasına daxildir[8][9][10]. Bəzi mütəxəssilər isə yaşayış məskənini daha qədim olduğunu düşünür — 600 min il əvvəl.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Словарь названий гидрографических объектов России и других стран — членов СНГ / под ред. Г. И. Донидзе. — М.: Картгеоцентр — Геодезиздат, 1999. — С. 401. — ISBN 5-86066-017-0.
  2. 1 2 А. В. Твердый. Кавказ в именах, названиях, легендах. — Краснодар, 2008. — С. 230. — 42 с.
  3. Кумахов М. А. Адыгская (черкесская) энциклопедия. — Москва: ФОНД им. Б. Х. Акбашева, 2006. — С. 719. — 1066 с. — ISBN 5-99003-371-0.
  4. В. Н. Ковешников. Очерки по топонимике Кубани. — Краснодар: Мир Кубани, 2006. — С. 18. — 249 с. — ISBN 5-00-000578-3.
  5. К. Х. Меретуков. Уарп // Адыгейский топонимический словарь. — 3-е изд., доп. — Майкоп : ООО "Качество", 2003. — С. 255. — ISBN 5-901701-43-7.
  6. Коков Дж. Н. Адыгская (черкесская) топонимия. — Нальчик: Эльбрус, 1974. — С. 11. — 243 с.
  7. 1 2 Уруп (река) // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969–1978.
  8. Треугольная пещера. Ранний палеолит Кавказа и Восточной Европы // Дороничев В. Б. и др.; Под ред. Головановой Л. В. и Дороничева В. Б. — СПб: Изд-во "Островитянин", 2007. — 270 с. с иллюстрациями. ISBN 978-5-98921-009-1
  9. Анисюткин Н. К., Коваленко С. И., Бурлаку В. А., Очередной А. К., Чепалыга А. Л. "Байраки — новая стоянка раннего палеолита на Нижнем Днестре" (PDF). kunstkamera.ru (rus). 2015-03-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-19.
  10. Минаева Т. М. "Очерки археологии Ставрополья. Каменный век". www.1777.ru (rus). 2015-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-19. // Ставрополь в описаниях, очерках, исследованиях за 230 лет / Под ред. проф. В. А. Шаповалова, проф. К. Э. Штайн. — Ставрополь: Издательство Ставропольского государственного университета, 2007. — 1344 с.