Ust-Lena Dövlət Təbiət Qoruğu

Ust-Lena Dövlət Təbiət Qoruğu — Lena çayı Deltasında və Xaraulax silsiləsinin şimal hissəsinin qərb yamacında, Saxa Respublikasının Bulun ulusunun ərazisində yerləşən təbiət qoruğu. 18 dekabr 1985-ci ildə təşkil edilmişdir. Qorunan ərazinin ümumi sahəsi 1.443.000 ha-dır (14.330 km²). Sahələrin sayı 2-dir. "Delta" (Arınskaya və Maçaa-Yuyose qolları arasındakı sahə) sahəsi 1300 min ha, "Sokol" (Xaraulax silsiləsinin şimal hissini tutur) sahəsi isə 133 min ha ərazini əhatə edir. Qoruğun ərazisinin çox hissəsi (13,000 km² və ya 91 %) Lena deltasının payına düşür və ümumi ərazisinin yalnız 9 % (1300 km²) Xaraulax dağlarının şimal qövslərini tutur.

Ust-Lena Dövlət Təbiət Qoruğu
Lena deltası
Lena deltası
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu)
Sahəsi 1 433 000 ha
Yaradılma tarixi 18.12.1985
Yerləşməsi
73°10′52″ şm. e. 125°18′57″ ş. u.
Ölkələr
ustlensky.ru
Ust-Lena Dövlət Təbiət Qoruğu xəritədə
Ust-Lena Dövlət Təbiət Qoruğu
Ust-Lena Dövlət Təbiət Qoruğu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tabeliyindəki ərazilər və mühafizə zonası: mühafizə zonasının sahəsi 1.050.000 ha-dir.

Qoruğun iqlimi dəniz qütblüdür, çox sərtdir. Qar örtüyünün qalma müddəti 250–270 gündür. Qoruğun şimalında orta şaxtasız dövr 40 gün, cənub hissəsində 45 gündür. Orta günlük temperatur 0 ° -dən yuxarı olan isti dövrün müddəti dağlıq hissədə 108 gün, dəniz sahillərində isə 97 gündür. İsti mövsümdə torpağın 10 ilə 120 sm dərinliyə qədər əriməsi mümkün olur.

Lena deltası nadir təbii bir yaradılışdır. Böyük çay burada saysız-hesabsız qollarla axır. Burada 30 mindən çox göl əmələ gətirir. Qoruğun bu hissəsi ərazinin beşdə birini təşkil edir; dörddə birindən çoxu körfəzlər və qollardan ibarətdir. Beləliklə Ust-Lena qoruğu yarım sulu ərazilərlə, Laptevlər dənizinin sahillərinə dopğru uzanır.

Qalan ərazi müxtəlif çəmən, otlu-kollu, yosun, tundra, eləcə də tundra-bataqlıqlar ilə örtülmüşdür. Kanalın sahilləri boyunca enziz ərazidə kolluqlar və çəmənlərin vardır. Sokol adlanan hissədə dəniz səviyyəsindən 500 metr yüksəkliklər vardır[1]..

Fauna və flora

[redaktə | mənbəni redaktə et]

Qoruqda 402 növ damar bitkisi var, bunlardan 20-si Yakutiya üçün, 3-ü isə SSRİ-nin nadir bitkilərinin siyahısına daxil edilmişdir: Qorodkov dəlikçiçəyi, Qorodkov mahmızlaləsi, Ağ-süd rəngli daşdələn. Tit-Arı adası dünyanın ən şimal meşəsi ilə məşhurdur. Adanın qərb hissəsində təxminən 72 ° ş.e-dən aşağı, 6 m uzunluğa qədər böyüyən bilən Larix cajanderi ağacları bitir. Balıqların 32, amfibiyaların 1, quşların 109 növ, məməlilərin 33 növü ərazidə yaşayır. Quşlar arasında — Qazkimilərə, Qağayıkimilərə, Cüllütlərə daxil olan bəzi növlər və Kiçik qu quşu kimi quşlar SSRİ və Rusiyanın Qırmızı Kitablarına daxil edilmişdir. Həmçinin ağ ayı və morjların bir yarımnövü olan Laptev morju qoruma altındadır[1]. Son illərdə XX əsrin 40-cı illərinə qədər bu sularda məhv edilmiş Laptev morjlarının əvvəlki yataqlarına qayıtma faktları müəyyən olunmuşdur. Bu ehtimal ki, ərazidə ümumi daşımaların azalması ilə əlaqədardır. Ancaq mövcud vəziyyət narahat doğurur[2]. Bulun ulusunda yayılmış vəhşi maralıların populyasiyası 70 minə çatır. Burada çox sayda Qütb tülküsü, Kamçatka marmotuqar qoyunları yayılmışdır. 1996-cı ildə Taymır Təbiət Qoruğundan gətirilən Müşk öküzü əraziyə uğurla uyğunlaşmışdır.

  1. 1 2 Дежкин В. В. В мире заповедной природы. — М.: Сов. Россия, 1989. — 256 с.: ил. — С. 180–181.
  2. История // Государственный природный заповедник "Усть-Ленский" — Официальный сайт Arxivləşdirilib 2012-07-12 at the Wayback Machine "(информация из архивированной копии)". 2012-07-12 tarixində arxivləşdirilib.