Vüqar Yapon oğlu İskəndərov (30 dekabr 1972, Şəki) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin VI və VII çağırış deputatı (2020-ci ildən).
Vüqar İskəndərov | |
---|---|
Vəzifədədir | |
10 mart 2020-ci ildən | |
Seçki dairəsi | VI çağırış — 113 saylı Şəki şəhər VII çağırış — 114 saylı Şəki şəhər |
Şəxsi məlumatlar | |
Doğum adı | Vüqar Yapon oğlu İskəndərov |
Doğum tarixi | 30 dekabr 1972 (51 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
|
Vüqar Yapon oğlu İskəndərov 30 dekabr 1972-ci ildə Şəki şəhərində anadan olmuşdur. Şəki şəhər 17 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, həmin məktəbin X sinfini bitirmiş, hərbi xidmətdə olmuşdur.
Vüqar İskəndərov Gürcüstan Respublikası Elm-Tədris İnstitutunun hüquq fakültəsinə daxil olmuş, həmin institutu hüquqşünas ixtisası üzrə bitirmişdir. ABŞ-də dövlət idarəetməsi üzrə xüsusi təhsil almışdır. Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuş, həmin universiteti iqtisadçı ixtisası üzrə bitirmişdir.
Ailəlidir. 2 övladı var.
Vüqar İskəndərov 1990-cı ildən taekvondo şərq döyüş növü ilə, 1992-ci ildən isə karate-do döyüş növü ilə məşğul olmuşdur. 1993–1995-ci illərdə karate-do üzrə məşqçi-müəllim çalışmış, 1995-ci ildə Azərbaycan karate-do Federasiyasının Assosiasiyasının şimal-qərb regionun sədri vəzifəsinə təyin edilmişdir. 1999-cu ilin 1 aprelindən 2000-ci ilin 3 yanvarına kimi Şəki rayon Kooperativlər İttifaqında aparıcı hüquqşünas, 2001-ci ilin 7 fevralından 2005-ci ilin 26 dekabrına kimi Şəki MRX-nın hüquq məsləhətçisi vəzifələrində çalışmışdır.
2001-ci ildə isə Azərbaycan Taekvondo Federasiyasının şimal-qərb regionunun sədri vəzifəsinə təyin olunmuşdur. "Liderlik" və "Vaxtın idarə olunması" proqramları üzrə təlimçi olmuşdur. Həmin ildən Azərbaycan karate-do üzrə yığma komandasının üzvü olmuşdur. Vüqar İskəndərov 2001-ci ildə respublika rayonları arasında ilk dəfə olaraq şərq döyüşü növləri üzrə xüsusi məktəb yaratmışdır.
Vüqar İskəndərov 2005-ci il 29 dekabr tarixindən Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi təyin olunmuşdur. O, Yeni Azərbaycan Partiyasının Şəki Təşkilatı sədrinin müavini, Şəki şəhər İcra Hakimiyyəti başçısı yanında şuranın üzvü, 2010–2015-ci ildə Şəki Pedaqoji Kollecin Dövlət İmtahan Komissiyasının sədri olmuşdur.
2020-ci ildə VI çağırış, 2024-cü ildə isə VI çağırış Milli Məclisin deputatı seçilmişdir.[1]
"Karyera planlaşdırma" proqramları üzrə beynəlxalq təlimçi, 1998-ci ildən Karate üzrə beynəlxalq dərəcəli hakimdir. Azərbaycan Respublikasının əməkdar məşqçisidir. 30 aprel 2024-cü ildə Türk Dövlətləri Autizm Federasiyasının fəxri prezidenti seçilib.
Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvüdür. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və Gənclər və idman komitəsinin üzvüdür
Vüqar İskəndərov həmçinin aşağıdakı parlamentlərarası işçi qruplarının da üzvüdür: