Vüqar Şəfiyev

Vüqar Şəfiyev[1] (1 yanvar 1989; Bakı, Azərbaycan) — Azərbaycanlı prodüser, təşkilatçı.

Vüqar Şəfiyev
azərb. Vüqar Xaliq oğlu Şəfiyev
Ümumi məlumatlar
Doğum tarixi (34 yaş)
Doğum yeri Bakı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı Səidə Şəfiyeva
Atası Xaliq Şəfiyev
Anası Mehriban Şəfiyeva
Musiqiçi məlumatları
Fəaliyyəti prodüser, təşkilatçı
Fəaliyyət illəri 2006 – h. h.
Təhsili Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Həyatı[redaktə | mənbəni redaktə et]

Şəfiyev Vüqar Xalıq oğlu 1 yanvar 1989-cu ildə Bakı şəhərində anadan olub.

Atası Şəfiyev Xalıq QurbanƏli oğlu 10 Noyabr 2018-ci ildə qaraciyər serrozu xəstəliyindən vəfat edib. Anası Şəfiyeva Mehriban Əsgər qızı evdar xanımdır. Qardaşı Şəfiyev Əli Xalıq oğlu BakuBusda işləyir.

1996-cı ildə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi 80 nömrəli məktəbin 1-ci sinfinə daxil olur. Daha sonra orta təhsilini 12 nömrəli BPL-ndə davam etdirir.

2006-ci ildə məktəbi bitirib Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olur. 2010-cı ildə Universiteti bitirib hərbi xidmətə yollanır.

2014-cü ildə ailə qurmuş[2], həyat yoldaşı isə Medianın İnkişafı Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları departamentinin Kommunikasiya şöbəsinin müdiri (mətbuat katibi) Səidə Şəfiyevadır[3]. Cütlüyün bir qız ovladı var.

Karyerası[redaktə | mənbəni redaktə et]

2006-ci ildə Azərbaycan Dövlət Televiziyasında işə başlayır. 2 ay işlədikdən sonra 2006-cı ilin dekabr ayından Azad Azərbaycan Televiziyasında işinə davam edir. Müxtəlif illərdə Xeyir Ola, LG Bilik Akademiyası, El İçində, Çəkirəm Haa, Free Zone, Arxiv, Şarm, Sağlam Ol, Türkvizyon, Mənim Yarımdan Soruş, Ozünə Bax, Düzünü Desək, Yağ kimi, Atv Səhər, Gün Üzü, Fort Boyard və s. verilişlərinin prodüserliyini edib. Eyni zamanda müğənni Yaşar Yusubla çalışmağa başlayır.

2010-2011 -ci illər hərbi xidmətlə bağlı işinə ara verir. Hərbidən qayıdandan 2015-ci ilə qədər Azad Azərbaycan Televiziyasında çalışır. 2012-ci ildən Cahan qrupuyla əməkdaşlıq etməyə başlayır. 2014-ci ildə "My Name is İntiqam" filminin prodüseri olub. 2016-ci il öz istəyi ilə ATV kanalından ayrılaraq Mədəniyyət Kanalında işini davam etdirir. Həmin ilin ikinci rübündə Xəzər Tv-yə transfer olur. Paralel olaraq Gizlənpaç filminin prodüserliyini edir. Xəzər Tv-də Həkim işi, Nəsib Olsa, Bərk Gedən,Təhsilə Dair, Əlimin Duzu, Şeş Qoşa, Oyan Azərbaycan, 2x2, Nuş olsun, Şən Bazar, Optimal Yay Festivalı, Gün Ortası, Anamın Yeməyindən Yoxdur, Altın Kelebek (2 il) 5də5 və s. verilişərini işləyir. Hal hazırda Xəzər kanalında prodüser olaraq işinə davam edir. Eyni zamanda müğənni Elçin Cəfərovun Prodüseridir.

2018-ci ildə Prezident seçkiləri ərəfəsində Yeni Azərbaycan Partiyası-nın təşkilatı dəstəyi ilə 15 gün ərzində 13 rayonda məşhur sənətçilərin iştirakı ilə konsertlər təşkil edib.

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • 2015 - İlin ən yaxşı TV prodüseri[4]
  • 2016 - İlin ən yaxşı film prodüseri[5]
  • 2016 - İlin ən yaxşı Tv prodüseri [6]
  • 2017- BDU -nin tələbələr arası seçimlərinə görə İlin ən yaxşı Tv prodüseri
  • 2018 - İlin ən yaxşı Tv Prodüseri (Qızıl Pətək)
  • 2019 İlin ən yaxşı Prodüseri (Trend of The Year)

Tv Verilişləri[redaktə | mənbəni redaktə et]

  1. 2006 - Amfiteatr (Aztv)
  2. 2006-2007 - Xeyir Ola (ATV)
  3. 2007-2009 - LG Bilik Akademiyası (ATV)
  4. 2007-2009 - Çəkirəm Haa (ATV)
  5. 2007-2008 - El İçində (ATV)
  6. 2009-2010 - Yağ Kimi (ATV)
  7. 2011 - Arxiv (ATV)
  8. 2012 - Atv Səhər (ATV)
  9. 2012 - Free Zone (ATV)
  10. 2012 - Bizi Barışdırın (Space)
  11. 2013 - Türkvizyon (ATV)
  12. 2013-2014 - Özünə Bax (ATV)
  13. 2014 - Şarm (ATV)
  14. 2014 - Düzünü Desək (ATV)
  15. 2014 - Sağlam Ol (ATV)
  16. 2014-2015 - Gün Üzü (ATV)
  17. 2015 - Mənim Yarımdan Soruş (ATV)
  18. 2016 - Fort Boyard (ATV)
  19. 2016 - Həkim İşi
  20. 2016 - Nəsib Olsa
  21. 2016 - Bərk Gedən
  22. 2017 - Təhsilə Dair
  23. 2017 - Şeş Qoşa
  24. 2017-2018 - Oyan Azərbaycan
  25. 2018 - 2x2
  26. 2017-2018 - Nuş Olsun
  27. 2018 - Əlimin Duzu
  28. 2018-2020 - Altın Kələbək Türkiyə
  29. 2018-2020 - Anamın Yeməyindən Yoxdur
  30. 2019 - Gün Ortası
  31. 2019-2020 - Şən Bazar
  32. 2019 - Optimal Yay Festivalı
  33. 2020 - 5də5
  34. 2020 - Qarabağ Havası

Müğənnilər[redaktə | mənbəni redaktə et]

Filmlər[redaktə | mənbəni redaktə et]

  1. 2014 - My Name İs İntiqam
  2. 2016 - Gizlənpaç

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. - Gün ortası Zümrüdlə (verliş)
  2. "- Telekanal işçiləri ailə qurdular - FOTO". 2014-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-15.
  3. "- Vüqar Şəfiyev evləndi". 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-15.
  4. - Number one Tv
  5. - Xəzər Tv
  6. - Number One Tv Producer 2016

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]