Vüqar Əyyub oğlu Nəsibov (1975 – 26 noyabr 2015, Sabunçu rayonu) — Azərbaycanın Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçısı, polis serjantı, kikboksinq üzrə Azərbaycan çempionu.
Vüqar Nəsibov | |
---|---|
Vüqar Əyyub oğlu Nəsibov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Vəfat yeri | Nardaran, Sabunçu rayonu, Azərbaycan |
Vəfat səbəbi | Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı şəhid olmuşdur. |
Dəfn yeri | II Fəxri Xiyaban |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Uşağı | 2 |
Atası | Əyyub Nəsibov |
Anası | Dilarə Nəsibova |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi |
Rütbəsi | polis serjantı |
Vəzifəsi | əməliyyatçısı |
Təltifləri |
Vüqar Əyyub oğlu Nəsibov 1975-ci ildə anadan olmuşdu[1]. Atasının adı Əyyub, anasının adı isə Dilarədir[2]. Kikboksinq üzrə dəfələrlə Azərbaycan çempionu idi. İki övladı vardı[1].
26 noyabr 2015-ci il tarixində Vüqar Nəsibov Daxili İşlər Nazirliyinin Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı ayağının şah damarından yaralanaraq qan itkisindən dünyasını dəyişib[2]. Əməliyyat zamanı daha bir polis serjantı İsmayıl Tağıyev dünyasını dəyişmiş və 4 silahlı zərərsizləşdirilmişdir.
27 noyabr tarixində Vüqar Nəsibov ölmündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyin qorunmasında xüsusi xidmətlərinə və göstərdikləri cəsarətə görə Azərbaycan Bayrağı ordeni[3] və "İgidliyə görə" medalı[4][5] ilə təltif edilib. Həmin gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Vüqar Nəsibovu və İsmayıl Tağıyevi şəhid elan edib[6].
Vüqar Nəsibov II Fəxri Xiyabanda dəfn olunub. Dəfn mərasimində daxili işlər naziri Ramil Usubov, milli təhlükəsizlik nazirinin müavini Mədət Quliyev, baş prokuror Zakir Qaralov, müdafiə naziri Zakir Həsənov, Yol Polisinin rəisi Ramiz Zeynalov, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov və DİN Baş Mühafizə İdarəsinin rəisi Yaşar Əliyev, eləcə də bir çox dövlət rəsmiləri iştirak ediblər. Dəfn zamanı dövlət himni çalınıb[7] və yaylım atəşi açılıb[5].