Azərbaycanda kikboksinq —
Kikboksinq üzrə ilk qızıl medal Azərbaycana kikboksinqin WAKO versiyası üzrə 1995-ci il noyabr ayının 25-dən 28-dək Ukraynanın Kiyev şəhərində keçirilən Dünya Çempionatında - 81 kq çəki dərəcəsində döyüşən təmsilçimiz Roman Tağıyev tərəfindən əldə edilmişdir. Həmin yarışda digər iki təmsilçimiz Canpolad Budaqov və Ceyhun Şadlinski vətənə medallar qazandırdılar. Bu ilk nəticələrdən kikboksinq üzrə milli komandamızın beynəlxalq arenada qazandığı nailiyyətlərinə start verilmişdir[1].
2000-ci il tarixdən etibarən kikboksinqin inkişafı və beynəlxalq arenada milli komandanın uğurlarının əldə edilməsi daha sürətli və keyfiyyətli həyata keçirilməyə başlanıb. Qısa bir müddətə kikboksinq üzrə Azərbaycan milli komandası dünyanın ən güclü yığma komandalarının birinə çevrilmişdir. Bu uğurlar Azərbaycan Kikboksinq Federasiyasının işini düzgün və effektiv şəklində qurulmasının nəticəsidir[1].
Roman Tağıyev, Canpolad Budaqov, Ceyhun Şadlinski, Zaur Məmmədrəhimov, Eduard Məmmədov, Əli Orucov, Fariz Məmmədov, Bəxtiyar Axundov, Etibar Məmmədov, Zaur Hadiyev, Araz Ələsgərov, Aqşın Mehdiyev, Anar Lalayev, Ehram Məcidov, Rizvan Şərifov, Güloğlan Cabbarov, Vüqar Nəsibov, İlkin Babayev, Emil Kərimov, Seyran Qurbanov, Elman Mirzəyev, Araz Musayev, Xafiz Baxşəliyev, Kanan Sadıxov, Rüstəm Səmədov, Vüsal Babayev, Emin Suleymanov, Vüqar Qasımov, Eldar Qazıbəyov, Elman Qazıbəyov, Kamil Şərifov.
Azər Həsənsoy, Çinqiz Eyvazov, Zahid Əliyev, Elşən Əbdurəhmanov, Fəxrəddin Quliyev, Ceyhun Abbasov Həsən Oğlu, İlqar Alıyev, Rəhim Allahverdiyev, Hikmət Hacıyev...
Gənclər və yeniyetmələrdən ibarət olan Milli komandamızdan beynəlxalq arenada ilk qızıl medalı Fariz Məmmədov qazanmışdır.
Gənclər və yeniyetmələr arası ilk WAKO Dünya Çempionları (24-27 sentyabr 2008, Neapol, İtaliya) “Qızıl Əlcək” idman klubunun təmsilçiləri Şaban Şahpələnqov (-51 kq ful-kontakt) və Elçin Bayramovdur (-51 kq loukik).