Vüqar Səfərli

Səfərli Vüqar Müzəffər oğlu (19 mart 1958, Tivi, Ordubad rayonu) — Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru (2009–2020); Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işçisi".

Vüqar Səfərli
bayraq
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru
bayraq2
2009 – 2020
Prezidentİlham Əliyev
SonrakıƏhməd İsmayılov
Şəxsi məlumatlar
Doğum tarixi 19 mart 1958(1958-03-19) (66 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 2005 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2015
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1958-ci il martın 19-da Ordubad rayonunun Tivi kəndində ziyalı ailəsində anadan olub[1]. 1965-ci ildə Ordubad rayonunun Tivi kənd orta məktəbinin 1-ci sinfinə gedib və 1975-ci ildə həmin məktəbin 10-cu sinfini bitirib.

1975-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1981-ci ildə həmin fakültəni bitirib.

1977-ci ilin iyul ayından sentyabr ayınadək Culfa Üzümçülük Sovxozunda fəhlə işləyib. 1977-ci ilin sentyabr ayında Bakı poçtamptının Qəzet-Jurnal Ekspedisiyası sexinə çeşidləyici vəzifəsinə işə qəbul olub. 1980-ci ildə həmin sexdə elektrik mexaniki vəzifəsinə keçirilib. 1981-ci ildə Bakı poçtamptının "Oneqa" elektron maşınlarının təmir qrupuna mühəndis vəzifəsinə keçirilib.

1985-ci ildə Moskva Rabitə İnstitutuna daxil olub, 1990-cı ildə həmin institutu bitirib.

Vüqar Səfərli, Tofiq Yusif və Umud Rəhimoğlu

06.02.2006–27.06.2006-cı ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kurslarını bitirib.

1989-cu ilin fevral ayında Bakı Poçt Rabitəsi İstehsalat Birliyinin "İstismar" şöbəsinə 2-ci dərəcəli mühəndis vəzifəsinə keçirilib. 1990-cı ilin iyun aynıda yeni yaradılmış "Müştərilərlə iş qrupu"na 1-ci dərəcəli mühəndis (qrupun rəhbəri) vəzifəsinə keçirilib.

1991-ci ilin mart ayında Qəzet Jurnal Ekspedisiyası İdarəsinə rəis vəzifəsinə təyin olunub.

1996-cı ilin noyabr ayından "Azərmətbuatyayımı" İstehsalat Birliyinin sədri təyin olunub.

Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 20.07.2007-ci il tarixli 221 saylı sərəncamına əsasən "Azərmətbuatyayımı" İstehsalat Birliyinin "Azərmətbuatyayımı" Açıq Səhmdar Cəmiyyətə çevrilməsi ilə əlaqədar olaraq Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 22.08.2007-ci il tarixli MK-60 saylı əmrinə əsasən səhmdarların I ümumi yığıncağı çağırılanadək Cəmiyyətin idarə heyətinin sədri vəzifəsinin icrası həvalə edilib.

2003-cü ildə Rabitənin 85 illiyi münasibətilə "Rabitə ustası", 2005-ci ildə isə Azərbaycan Respublikası Prezindentinin sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adlarına layiq görülüb.

1993-cü ilin fevral ayından 2021-ci ilin fevral ayına qədər Yeni Azərbaycan Partiyasının üzvü olmuş, YAP Nərimanov rayon təşkilatı sədrinin müavini vəzifəsini tutmuşdur.[2]

2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru vəzifəsinə təyin edilib.[3]

2017-ci ildə yenidən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru vəzifəsinə təyin edilib.[4]

2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru vəzifəsindən azad edilib.[5]

14 yanvar 2021-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin "xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə", "cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma", "ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə", "satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə" və "vəzifə saxtakarlığı" maddələrinə əsasən barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.[6][7]

Ailəlidir, iki övladı var.

  1. "Tərcümeyi-hal / Səfərli Vüqar Müzəffər oğlu". 2016-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-22.
  2. "Vüqar Səfərli YAP-dan çıxarıldı". day.az (az.). 15 fevral 2021. 2021-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 avqust 2021.
  3. V. M. Səfərlinin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı [ölü keçid]
  4. "V.M.Səfərlinin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-04.
  5. President.Az. "V.M.Səfərlinin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 04.04.2020. İstifadə tarixi: 2019-04-04.
  6. "KİVDF-nin keçmiş rəhbəri Vüqar Səfərli həbs edilib". aztv.az (az.). AZ Tv. 14 yanvar 2021. 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 avqust 2021.
  7. "Vüqar Səfərli həbs edildi – ŞOK DETALLAR". lent.az (az.). 14 yanvar 2021. 2021-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 avqust 2021.
  8. "Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Sərəncamı" (az.). president.az. 20 iyul 2015. 2015-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-22.