Vüsalə Mahir qızı Abışova[1] və ya Vüsalə Mahirqızı (5 avqust 1979, Lək, Ucar rayonu) — Azərbaycan jurnalisti, "APA-Holding" MMC-nin prezidenti, əməkdar jurnalist.
Vüsalə Mahirqızı | |
---|---|
Vüsalə Mahir qızı Abışova | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 avqust 1979 (45 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | jurnalist |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
1979-cu ildə avqustun 5-də Azərbaycan Respublikasının Ucar rayonun Lək kəndində anadan olmuşdur. 1985-ci ildə Rafiq Abbasov adına Ucar rayon, Lək kəndi 1 saylı orta məktəbinə daxil olmuş, 1996-cı ildə həmin məktəbi fərqlənmə attestatı ilə bitirmişdir. 1996-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 2000-ci ildə həmin ali məktəbin bakalavr pilləsini, 2002-ci ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. İxtisası folklorşünas-mifoloqdur.[2]
Ailəlidir, bir övladı var.[1]
1996-cı ildən mətbuatda əmək fəaliyyətinə başlamışdır. İlk iş yeri kimi "Bakı Universiteti" qəzetində müxbir kimi fəaliyyət göstərmişdir.[1] 1998–2000-ci illərdə "Bu gün" qəzetində müxbir vəzifəsindən baş redaktorun birinci müavini vəzifəsinə qədər çalışmışdır. 2000–2001-ci illərdə "Məkan" qəzetində baş redaktor müavini işləmişdir. 2001–2003-cü illərdə "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru kimi fəaliyyət göstərmişdir. 2004-cü ilin noyabr ayında "Azəri-Press" İnformasiya Agentliyini (APA) təsis etmişdir.[2]
Vüsalə Mahirqızı Azərbaycanda ilk onlayn media resurslarının yaradıcılarından biridir. Onun təsisçiliyi ilə 2007-ci ildə Azərbaycanın ilk idman agentliyi olan "APASport" agentliyi yaranmışdır.[3] 2008-ci ildən etibarən "Lent. Az" İnformasiya Agentliyini, 2009-cu ildən isə "Vesti.az İnformasiya Agentliyini, 2010-cu ildən isə rus dilində fəaliyyət göstərən "APA-Ekonomist" jurnalını təsis etmişdir. 2011-ci ildə "kulis.az" ədəbiyyat portalını yaratmışdır. 2012-ci ildə APA TV onlayn televiziyasını yaratmışdır.[2] Beynəlxalq Jurnalistlər Federasiyasının təsis etdiyi beynəlxalq media vəsiqəsinə layiq görülmüşdür.[4]
Vüsalə Mahirqızı bir müddət Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin media üzrə köməkçisi olmuşdur.[5] O, həmçinin Azərbaycan Jurnalistlərinin III (I) qurultayında Mətbuat Şurası İdarə Heyətinin üzvü seçilib. Hal-hazırda Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvüdür.[2]
İdeya müəllifi olduğu və rəhbəri olduğu "APA Group"un sponsorluğu ilə dərc olunmuş kitablar: