Petrovsk rayonu[4] (rus. Петровский район) — Rusiya Federasiyası, Stavropol diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Svetloqrad şəhəridir. Əhalisi 71 084 nəfərdir (2020).
Petrovsk rayonu | |
---|---|
45°20′ şm. e. 42°20′ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Svetloqrad[2] |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1924 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 86547 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayon Stavropol diyarının mərkəzi hissəsində yerləşir. Rayon mərkəzi olan Svetloqradan, regional mərkəz, Stavropola qədər olan məsafə 75 km-dir. Qraçovski, Aleksandrovski, İpatovski, Türkmən və Blaqodarnı rayonları ilə həmsərhəddir.
Rayon ərazisində Prikalaus yüksəkliyi yerləşir. Bu yüksəklik Kalaus və Kuma çaylarının suayırıcısı rolunu oynayır. Rayon ərazisindən Böyük Stavropol kanalı keçir.
Petrovsk rayonu 1924-cü ildə qurulmuşdur. Bundan əvvəl onun bir hissəsi olan kəndlər Blaqodarnenski qəzasının Petrovsk volostuna və daha əvvəl isə Stavropol vilayətinin Novoqriqorievsk qəzasınadaxil idi.
19 yanvar 1943-cü ildə Petrovsk rayonu alman faşist işğalçılarından azad edilir[5].
20 avqust 1953-cü ildə Qofitski rayonu ləğv edilir və ərazisi Petrovsk rayonuna verilir.
2 noyabr 1956-cı ildə Türkmən rayonu ləğv edilərək ərazinin bir hissəsi Petrovsk, Blaqodarnenski və Arzgirski rayonlarına verilir
1 fevral 1963-cü ildə mövcud 15 kənd rayonu əvəzinə: Aleksandrovski, Apanasenkovski, Blaqodarnenski, Vorontsovo-Aleksandrovski, Qeorqievski, İzobilnenski, İpatovski, Koçubevski, Krasnoqvardeysk, Kursk, Levokumski, Mineralovodski, Petrovski, Şpakovski rayonları qurulur. 12 yanvar 1965-ci ildə RSFSR Ali Sovetinin Rəyasət Heyəti qərarı ilə[6]:Aleksandrovski, Apanasenkovski, Blaqodarnenski, Vorontsovo-Alexsandrovski, Qeorqievski, İzobilnenski, İpatovski, Koçubevski, Krasnoqvardeyski, Kurski, Levokumski, Mineralovodski, Petrovki, Prikumski və Şapovski rayonları formalaşdırılır.
1 may 2017-ci il tarixindən etibarən Stavropol Bölgəsinin 14 aprel 2017-ci il tarixli 36-kz saylı qanununa uyğun olaraq Petrovski inzibati dairəsinin bütün bələdiyyələri Petrovski şəhər dairəsinə birləşdirilir.
Ərazi vahidi öz statusunu qoruyur[7][8].
2010-cu il Ümumrusiya əhalisinin siyahıyaalınmasının nəticələrinə görə, rayonda 36 043 kişi (46,17 %) və 42 024 qadın (53,83%) yaşayırdı[9].
Milliyyət | sayları | faiz |
---|---|---|
ruslar | 72 806 | 93,26 |
ermənilər | 1009 | 1,29 |
digərləri | 4252 | 5,45 |
Ümumi | 78 067 | 100,00 |
Şəhər şəraitində rayon əhalisinin (Svetloqrad şəhəri) 49,74 % yaşayır.
Rayonun və müvafiq şəhər dairəsinin ərazisi 26 yaşayış məntəqəsini əhatə edir.
Pavel Babenko — Sosialist Əməyi Qəhrəmanı.