Vəli Məmmədov (filoloq)

Vəli Muxtar oğlu Məmmədov (1933, Ağdam rayonu2 dekabr 2011, Bakı) — filologiya elmləri namizədi, dosent. Muxtar Məmmədovun oğlu. Nəvai Məmmədovun qardaşıdır.

Vəli Məmmədov
Vəli Muxtar oğlu Məmmədov
Doğum tarixi 1933
Doğum yeri
Vəfat tarixi 2 dekabr 2011(2011-12-02)
Vəfat yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Muxtar Məmmədov
Elm sahəsi filologiya
Elmi dərəcəsi
  • filologiya elmləri namizədi[d]
Elmi adı
Təhsili

Vəli Məmmədov 1933-cü ildə Ağdamın Qaradağlı kəndində anadan olmuşdur.

Vəli Məmmədov 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin Jurnalistika şöbəsini bitirmiş, 1957–1960 illərdə orada nəşr olunan çoxtirajlı qəzetə redaktor təyin edilmişdir.

Vəli Məmmədov 1960–1964 illərdə aspiranturada oxumaqla yanaşı, A. Zeynallı ad. Bakı Musiqi Məktəbində ifaçılıq sənəti üzrə təhsil almışdır

Vəli Məmmədov Azərbaycan Pedaqoji İnstitutunda tədris hissə müdiri (1964–66), Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda baş müəllim, dosent, Azərbaycan dili kafedrasının müdiri (1972–82), dosent (1982–2004) vəzifələrində çalışmışdır. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində "İxtisas kursu" fənnindən dərs demişdir.

Vəli Məmmədov 2 dekabr 2011 ildə Bakıda vəfat etmişdir.

Vəli Məmmədov "Əkinçi qəzeti" mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi olmuşdur.

Vəli Məmmədovun "Əkinçi qəzeti" (Azərbaycan və rus dillərində), "Muğam, söz, ifaçı", "Havalansın Xanın səsi", "Füzulinin musiqi dünyası" və s. kitabları, dil, ədəbiyyat, mətbuat, incəsənət məsələlərinə dair 100-dən artıq məqaləsi çap olunmuşdur.

Vəli Məmmədov bədii yaradıcılıqla da məşğul olur. Bir sıra hekayələri mətbuat səhifələrində dərc olunmuş, "Hübar" (1970) adlı hekayələr kitabçası buraxılmış, "Tək palıd" adlı əsəri çapa hazırdır.

Vəli Məmmədov gənclərin və tələbələrin Moskvada keçirilən ümumittifaq və ümumdünya festivallarında iştirak etmiş, qızıl medallara və laureat adına layiq görülmüş, ifaçılıq sənəti müsabiqələrində fəal iştirakına görə Respublika Ali Sovetinin fəxri fərmanı ilə təltif olunmuşdur. Moskvada 1959 ildə keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünün iştirakçısı olmuşdur

Vəli Məmmədovun lentə və vallara yazılan ifa nümunələri radionun fonotekasında saxlanılır və efirə verilir.

  • Orxan Zakiroğlu (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, 2001.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]