Ramiz Həsənov (icra başçısı)

Ramiz Şamil oğlu Həsənov (7 aprel 1960, Böyük Mərcanlı, Cəbrayıl rayonu) — Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı.

Ramiz Həsənov
bayraq
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
Vəzifədədir
26 aprel 2021-ci ildən
Şəxsi məlumatlar
Doğum tarixi 7 aprel 1960(1960-04-07) (64 yaş)
Doğum yeri

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

1960-cı ilin aprel ayının 7-də Azərbaycanın Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdur.[1] 1977–1979-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1982-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş, 1988-ci ildə ali təhsilini başa vurmuşdur.

Ailəlidir, 2 övladı var.

Azərbaycan Respublikası Baş nazirinin sabiq müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənovun qardaşıdır.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2001-ci ilin oktyabrında Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini təyin olunmuş, 2011-ci ilin aprel ayınadək bu vəzifədə çalışmışdır.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 26 aprel 2011-ci il tarixli Sərəncamı ilə Zəngilan rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.[2][3]

  1. Sobulu, Əli. Rusiya işğalları və Zəngilan. Bakı: Avropa. 2013. səh. 434. ISBN 978-9952-8032-5-9.
  2. "Ramiz Şamil oğlu Həsənov". 2021-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-18.
  3. Prezidentin sərəncamı ilə 5 rayonun icra başçısı dəyişdirilib. [ölü keçid]