Bu səhifədə iş davam etməkdədir. |
Cahangirli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Cahangirbəyli kənd inzibati ərazi dairəsində kənd.[1] Kənd Oxçuçay çayının sol sahilində, Zəngilanın cənub-şərqində və Mincivanın şimal-şərqində, dəniz səviyyəsindən 409 metr hündürlükdə yerləşir.
Cahangirbəyli | |
---|---|
39°03′09″ şm. e. 46°44′20″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Zəngilan rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 334 m |
Saat qurşağı | |
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2]
Bu antropotoponimdə əksini tapmış şəxs ilə (Cahangirbəy) həmin kənd əhalisinin heç bir qohumluq əlaqəsi yoxdur. Antroponimə əlavə edilən –li şəkilçisi heç də kənd əhalisinin mənşəcə həmin şəxsin törəməsi olduğunu deyil, onların sözügedən şəxsdən asılılığını, ona inzibati mənsubluğunu bildirir.
Güman edilir ki, Cahangirbəy buraya gələnə qədər də həmin ərazidə əhali yaşayırmış. Belə ki, kəndin kiçik bir hissəsinin Cavadbəyli adlanması, Şahnisə yeri, Şirinbəy arxı kimi mikroobyektlərin mövcudluğu bu fikri söyləməyə əsas verir.
Kəndin yaşlı sakinlərinin söylədiklərinə görə yaşayış məntəqəsinə aid qəbiristanlıqda qoç formalı bir abidə, yanında isə üzərində naməlum yazılar olan daş lövhə mövcud olmuş, sonralar həmin abidələr rayon muzeyinə köçürülmüşdür. Bu qoç formalı abidəyə əsasən kəndin qədim yaşayış məntəqəsi olması fikrini irəli sürmək olar. Belə ki, heyvan formalı abidələr islamdan qabaqkı inancları əks etdirir. Deməli, ən azından kəndin tarixi VII əsrdən əvvələ gedir.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunana qədər kənddə mədəniyyət evi, klub, kitabxana, feldşer məntəqəsi, uşaq bağçası, on bir illik tam orta məktəb və hamam fəaliyyət göstərmişdir.
Oxçu çayının sahilində yerləşir. “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”ndə verilən məlumata görə “yaşayış məntəqəsi XIX əsrdə Tərəkəmə (indiki Məmmədbəyli) kəndindən köçüb gəlmiş Cahangirbəy adlı şəxs tərərfindən salındığı üçün belə adlanmışdır. Oykonim “Cahangirbəyə məxsus kənd” deməkdir” (Azərbaycan toponimlərinin ensiklopedik lüğəti, I cild, Bakı, 2007, səh. 117).
Cahangirbəyli kəndi rayonun aran hissəsində, Bakı-Mincivan magistral yolunun üzərində yerləşir. Yaşayış məntəqəsi üçün əsasən qışda soyuq, küləkli, yayda isə isti hava şəraiti üstünlük təşkil edir. Kənd quru və çılpaq dərələrlə, məskunlaşma nəticəsində sonradan salınmış meyvə bağları ilə əhatə olunmuşdur. Suvarma üçün əsas mənbə Oxçuçaydan ayrılmış Şirinbəy və Qıraq arxlardır.
Kəndin əhalisi azərbaycanlılardan ibarət olmuşdurdir. Son statistik məlumata görə sözügedən oykonimdə qeydiyyatda olan əhalinin sayı 1000 nəfərə yaxınlaşıb.
Kənddə üzümçülük və heyvandarlıq xeyli, taxılçılıq isə qismən inkişaf etmişdi. 1977-ci ilə qədər Cahangirbəyli kəndində pambıq sahələri də mövcud olmuş, həmin ildən sonra ləğv edilərək üzüm sahələri salınmışdır. Kənddə heyvandarlığın inkişafı üçün geniş otlaq sahələri var. Kənd əhalisi baramaçılıqla da məşğul olmuş və bunun üçün yaşayış məntəqəsinin ətrafında tut bağları salınmışdı.
Kənddə şərab zavodu fəaliyyət göstərmişdir.
Zəngilan rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |