VALL-İ (ing. WALL-E) — "Pixar" studiyası tərəfindən istehsal olunmuş və "Walt Disney Pictures" tərəfindən buraxılmış 2008-ci il istehsalı elmi-fantastik, romatik animasiya filmi.[5] Endrü Stentonun rejissorluğu və Cim Morrisin prodüserliyi ilə çəkilmiş filmin ssenari müəllifi Stenton və Cim Rerdondur. Filmdə 2805-ci ildə yaşayış üçün yararsız, kimsəsiz Yer kürəsində zibilləri təmizləmək üçün tərk edilmiş VALL-İ adlı tənha robotdan bəhs edilir. O, Aksiom ulduz gəmisindən göndərilən İV adlı robota aşiq olur.
VALL-İ | |
---|---|
ing. WALL-E | |
Janr | romantik komediya, macəra filmi, fleşbək filmi[d], uşaq filmi[d], romantik film, antiutopiya filmi[d], elmi-fantastika filmi, komediya filmi, fantastika filmi, macəra, melodram, Apokaliptika və postapokaliptika |
Əsas mövzu | Təklik[d], Konsyumerizm, Mühitin antropogen amilləri |
Rejissor | Endrü Stenton |
Prodüserlər |
Cim Morris Con Lasseter |
Ssenari müəllifləri |
Endrü Stenton Pit Dokter |
Bəstəkarlar |
Tomas Nüman Piter Qebriel |
İstehsalçılar |
Walt Disney Pictures Pixar Animation Studios |
Distribütor | Walt Disney Studios Motion Pictures[d], Disney+ |
İlk baxış tarixi | 27 iyun 2008[1][2], 5 oktyabr 2008[3][2], 21 iyun 2008[2], 25 sentyabr 2008[4], 3 iyul 2008[4], 18 iyul 2008[4] |
Filmin növü | Cizgi filmi |
Müddət | 98 dəq. |
Büdcə | 180 milyon $ |
Gəlir | 521,311,860 $ |
Ölkə | ABŞ |
Dil | İngiliscə |
İl | 2008 |
Rəng | rəngli |
IMDb | ID0910970 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
"VALL-İ" filmi çox az dialoqlara malikdir və filmdəki xeyli sayda personaj ünsiyyət qurmaq üçün bədən dilindən və ya robotik səslərdən istifadə edir. Filmdə insanın dünyaya verdiyi zərər, ətraf mühitin çirklənməsi, pis həyat tərzi və s. bir sıra mesajlar verilir.[6] "VALL-İ" filminin büdcəsi o dövrdə bir animasiya filmi üçün rekord qıran məbləğdə idi, film 180 milyon dollar büdcə ilə çəkilmişdi. "Pixar" ənənəsinə sadiq qalaraq filmi "Presto" adlı qısametrajlı filmlə yanaşı yayımlandı.