V Filipp (isp. Felipe V) və ya Burbonlu Filipp (isp. Felipe de Borbón; 19 dekabr 1683[1][2][…], Versal[2] – 9 iyul 1746[1][3][…], Madrid[2]) — Burbon sülaləsinə mənsub ilk İspaniya kralı.
V Filipp | |
---|---|
fr. Philippe V | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 dekabr 1683[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 9 iyul 1746[1][3][…] (62 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | insult |
Atası | Burbonlu Lüdovik |
Anası | Bavariyalı Mariya Anna Viktoriya |
Həyat yoldaşları |
|
Uşaqları | |
|
|
Təltifləri | |
Monoqram | |
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
Filipp Fransız monarx ailəsində — Fransa kralı XIV Lüdovikin oğlu və varisi Burbonlu Lüdovikin ikinci oğlu olaraq dünyaya gəldi. Burbonlu Lüdovikin dayısı olan İspaniya kralı II Karl sonsuz idi və fiziki qüsurları səbəbilə olduqca zəif səhhəti var idi. Atasının İspaniya taxt-tacında güclü taxt iddiası olsa da, o bundan istifadə etmədi. Həm atasının, həm də böyük qardaşının Fransa taxt-tacından əl çəkməmək üçün bu təklifi geri çevirməsi nəticəsində Filipp nənəsinin qardaşı olan II Karlın rəsmi varisi elan edildi. Kralın 1700-cü ildə vəfat etməsinin ardından V Filipp adıyla İspaniya taxtına əyləşdi.
Burbon sülaləsinə mənsub ilk İspaniya kralı olan V Filipp taxta çıxması Avropa siyasi meydanında böyük əks-səda doğurdu. Belə ki, Avropanın 2 böyük gücü olan Fransa və İspaniyanın eyni taxt-tac altında birləşmə ehtimalı dövrün digər hegemon dövlətlərinin etirazına səbəb oldu. Səltənətinin ilk 13 ili boyunca davam edən İspaniya vərasət müharibəsi nəticəsində bu 2 taxt-tacın birləşdirilməməsinə qərar verildi və beləcə, V Filippin krallığı digər monarxlar tərəfindən təsdiq edildi.
45 il 21 gün davam edən səltənəti müasir İspaniya tarixində ən uzun səltənət dönəmi olaraq qəbul edilir. 1724-cü ildə böyük oğlu Lüdovikin lehinə taxtdan əl çəksə də, oğlu yalnız 7 ay sonra vəfat etdi və Filipp yenidən hakimiyyəti əlinə aldı. Geri qalan 22 il boyunca xanımı Elizabet Farnesinin təsiri altında ağır depressiv vəziyyətdə qalan V Filipp 1746-cı ildə vəfat etdi və yerinə oğlu VI Ferdinand keçdi.
V Filipp (İspaniya kralı) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
|