Valeri Alekseyeviç Leqasov (rus. Вале́рий Алексе́евич Лега́сов; 1 sentyabr 1936[1], Tula, RSFSR, SSRİ – 26 aprel 1988[1], Moskva, RSFSR, SSRİ[1]) — SSRİ qeyri-üzvi kimyaçısı, SSRİ Elmlər Akademiyasının həqiqi üzvü (1981), Rusiya Federasiyasının Qəhrəmanı (ölümündən sonra; 1996).
Valeri Leqasov | |
---|---|
rus. Вале́рий Алексе́евич Лега́сов | |
Doğum tarixi | 1 sentyabr 1936[1] |
Doğum yeri | |
Vəfat tarixi | 26 aprel 1988[1] (51 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | asılma[d][2] |
Dəfn yeri | |
Milliyyəti | rus |
Atası | Aleksey Leqasov |
Elm sahəsi | Qeyri-üzvi kimya |
Elmi dərəcələri |
|
Elmi adları | professor (1978), SSRİ Elmlər Akademiyasının akademiki (1981) |
İş yerləri |
|
Təhsili | MFTİ |
Tanınır | Çernobıl faciəsi |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Valeri Alekseyeviç Leqasov 1 sentyabr 1936-cı il tarixində SSRİ respublikalarından olan Rusiya SFSR-nın Tula şəhərində, vəzifəli ailəsində anadan olmuşdur.
O, 1949–1954-cü illərdə Moskva şəhəri 56 nömrəli məktəbdə təhsil almış, oradan qızıl medalla məzun olmuşdur. Hal-hazırda həmin məktəb onun adını daşıyır. Əlavə olaraq, məktəbin girişində onun bürüncdən hazırlanmış heykəli var.[3]
Leqasov 1961-ci ildə Dmitri Mendeleyev adına Moskva Kimya Mühəndisliyi İnstitutundan məzun olmuşdur. O, D. Mendeleyev adına Moskva Kimya Mühəndisliyi İnstitutunun Komsomol Komitəsində katib kimi çalışmışdır. Leqasov 1962-ci ildə Kurçatov adına Atom Enerjisi İnstitutunun Molekulyar Fizika Kafedrasından məzun olmuş, orada kiçik və böyük tədqiqatçı, laboratoriya rəhbəri kimi işləmişdir. O, 1967-ci ildə təsirsiz qazlarınbirləşmələrinin sintezi və onların xüsusiyyətlərinin öyrənilməsi üzrə dissertasiyasını müdafiə etmişdir. Leqasov 1972-ci ildə o, öz doktorluq dissertasiyasını (kimya elmləri doktoru) qorumuş, İ. Kurçatov adına Atom Enerjisi İnstitutunun elmi işi üzrə direktor müavini təyin olunmuşdur. O, 1984-cü ildən İ. Kurçatov adına Atom Enerjisi İnstitutunun direktorunun birinci müavini kimi çalışmışdır. Leqasov 1978–1983-cü illərdə Moskva Fizika və Texnologiya İnstitutunun professoru olmuş, 1983-cü ildən ölümünə qədər M. Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya Fakültəsində işləmiş, radiokimya və kimya texnologiyası departamentinin başçısı olmuşdur.[4] O, 1976-cı ildə SSRİ Elmlər Akademiyasının korrespondent üzvü seçilmişdir. Leqasov 1981-ci ildə SSRİ Elmlər Akademiyasının Fiziki Kimya və Qeyri-Üzvü Maddələr Texnologiyası Departamentinin həqiqi-üzvü seçilmişdir. O, 1983-cü ildən İ. Kurçatov adına Atom Enerjisi İnstitutunun direktorun birinci müavini kimi çalışmışdır.
27 aprel 1988-ci ildə, Çernobıl faciəsinin ikinci ildönümündə o, öz mənzilində asılmış vəziyyətdə tapılmışdır. Onun şəxsi pistoleti masasının üzərində qalmışdı, ancaq akademik özünü asmağı seçmişdir. Akademik Leqasov ölümündən bir gün sonra Çernobıl faciəsinin səbəblərini açıqlayacaqdı.
Ölümündən əvvəl, o, faciənin az bilinən faktları barədə lent yazmışdır.[a]
Onun meyiti Moskva şəhərində yerləşən Novodeviçye qəbiristanlığında dəfn edilmişdir.
Valeri Leqasov çoxlu elmi sənəd və publikasiya məqalələrin müəllifi olmuşdur. Onlardan ən tanınmışı: