Validə Əlizadə

Validə Əlizadə (tam adı: Validə Mövsüm qızı Əlizadə; 31 yanvar 1946, Bakı) — AMEA Botanika İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin Büro üzvü[1], professor. 2008-ci ildən həmin İnstitutun Eksperimental botanika şöbəsinin müdiri kimi fəaliyyət göstərir.[2]

Validə Əlizadə
Validə Mövsüm qızı Əlizadə
Doğum tarixi (78 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elmi dərəcələri
Elmi adları akademik, AMEA-nın həqiqi üzvü
Alma-mater Azərbaycan Dövlət Universiteti
Təhsili Bakı Dövlət Universiteti
Üzvlüyü Rusiya Bitki Fizioloqları Cəmiyyəti
Azərbaycan Bitki Fizioloqları Cəmiyyəti
Azərbaycan Biofiziklər Cəmiyyəti
Avropa Bitki Bioloqları Cəmiyyətləri Federasiyası
YUNESKO-nun Bioetika, Elm və Texnologiyaların Etikası üzrə Azərbaycan Milli Komitəsi (2010-hazıradək)
Mükafatları "Şöhrət" ordeni "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı

Akademiyanın 2 may 2017-ci il tarixli ümumi yığıncağında AMEA-nın həqiqi üzvü seçilmişdir.[2]

Əlizadə Validə Mövsüm qızı 1946-cı il yanvarın 31-də Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir. 1974-cü ildə namizədlik (Moskva), 1994-cü ildə doktorluq (Bakı) dissertasiyalarını müdafiə etmişdir. 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir. Azərbaycan EA Botanika İnstitutunda baş laborant (1971–1973), kiçik elmi işçi (1973–1980), böyük elmi işçi (1980–1994), aparıcı elmi işçi (1994–1995) kimi fəaliyyət göstərmişdir. V. M. Əlizadə 1980-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən baş elmi işçi, 2012-ci ildə professor elmi adlarına layiq görülmüşdür. 1996–2011-ci illərdə AMEA Botanika İnstitutunun elmi işlər üzrə direktor müavini olmuş, 12.2011–10.2021 illərdə AMEA Botanika İnstitutunun direktoru vəzifəsində çalışıb.

Əsas elmi nəticələri

[redaktə | mənbəni redaktə et]

V. M. Əlizadə tərəfindən ətraf mühitin çirklənməsi şəraitində bitkilərin formalaşması, davamlılığının hüceyrə və molekulyar mexanizmlərinin araşdıırılması, biomüxtəlifliyin qorunması və davamlı inkişafı istiqamətlərində mühüm nəticələr əldə edilmişdir. Yerli və Qafqaz florasının endem və nadir növlərinin müxtəlifliyinin öyrənilməsi, mübahisəli növlərin təhlili, onların statusunun müasir səviyyədə qiymətləndirilməsi nəticəsində V. M. Əlizadənin məsul redaktor kimi fəaliyyəti sayəsində 2013-cü ildə "Azərbaycanın nadir və nəsli kəsilməkdə olan bitki və göbələklərinin Qırmızı Kitabı"nın 2-ci nəşri çap olunmuşdur. O, həmçinin "Qafqazın endem bitkilərinin Qırmızı Siyahısı" sistematik monoqrafiyanın (ABŞ, 2014), "Qafqazın etnobotanikası" ensiklopediyasının (2017), "Böyük Qafqazın bitkiləri" (2018) fundamental əsərlərin həmmüəllifidir. Botanika İnstitutunda ekosistemlərin öyrənilməsi təcrübəsinə populyasiya ontogenezi, etnobotanika, fitososiologiya, biomüxtəlifliyin informatikası kimi yeni yanaşmalar məhz onun tərəfindən daxil edilmişdir. V. M. Əli-zadə bir sıra mühüm beynəlxalq layihələrin (NATO, STCU, CRDF, CEPF, İCBA, İUCN və s.) Azərbaycan üzrə koordinatoru və iştirakçısı olub, inkişaf etmiş Qərb ölkələrinin Qafqaz üzrə bioloji müxtəlifliyin mühafizəsinə yönədilmiş geniş proqramlara hazıradək rəhbərlik edir.

Əsas elmi fəaliyyətləri

[redaktə | mənbəni redaktə et]

1994-cü ildən V. Əlizadə AMEA-nın Xəbərləri" jurnalının biologiya və tibb elmləri seriyası (hazırda "Həyat elmləri və biotibb" jurnalı) redaksiya heyətinin üzvüdür. Eyni zamanda "Botanika İnstitutunun Əsərləri" jurnalının yeni adla nəşr olunan "Plant and Fungi Research" ("Bitki və göbələk tədqiqatları") jurnalının baş redaktoru qismində fəaliyyət göstərir. 2010-cu ildən hazırkı vaxtadək Botanika İnstitutunun Elmi Şurasının sədri və AMEA-nın Biologiya və Tibb Elmləri Bolməsinin üzvüdür. 1994-cü ildən Botanika İnstitutu nəzdində fəaliyyət göstərən Doktorluq Dissertasiya Müdafiə Şurasının üzvü, 2010-cu ildən hal-hazıra qədər sədridir. Həmçinin 1997–2002-ci illərdə o, Azərbaycan Respublikası Prezidenti yanında Ali Atestasiya Komissiyasının Ekspert Şurasının üzvü olmuşdur. 1996-cı ildən Azərbaycan və Rusiya Botanika və Bitki fizioloqları Cəmiyyətlərinin, 2002-ci ildən Avropa Bitki fizioloqları Cəmiyyətinin üzvü, 2009-cu ildən YUNESKO-nun Azərbaycan Milli Komitəsinin bioetika, etika və elmi bilik və texnologiya üzrə üzvüdür, 2019-cu ildə isə Azərbaycan Botaniklər Cəmiyyəti (ABC) İctimai Birliyinin ilk ümumi yığıncağında ABC-nin presidenti seçilmişdir.[3]

2015-ci ildən Avropa və Mərkəzi Asiya üçün Biomüxtəliflik və Ekosistem üzrə Hökumətlərarası elmi-siyasət Platformasının (İPBES) aparıcı eksperti seçilərək, beynəlxalq səviyyədə fəaliyyət göstərir. Uğurlu elmi-pedaqojı və ictimai-təşkilati fəaliyyətlərinə görə Beynəlxalq Elm Fondunun mükafatı (1993), AMEA Rəyasət Heyətinin Fəxri Fərmanları (2005, 2011, 2016), Bakı Dövlət Universitetinin 100 illik yubiley medalı ilə təltif edilmiş, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 2015-ci ildə "Şöhrət" Ordeninə layiq görülmüşdir.

Elmi əsərlərinin adları

[redaktə | mənbəni redaktə et]
  1. Yilin Qiao, Manana Khutsishvili, Valida Alizade, Daniel Atha and Robert P. Borris "Labdane and Abietane Diterpenoids from Juniperus oblonga and Their Cytotoxic Activity" . Molecules (2019) 24, 1561 www.mdpi.com/journal/molecules
  2. Yilin Qiao, Nathan KSunada, Alyssa EHatada,, Ingo Lange, Manana Khutsishvili; Valida M Alizade, Daniel Atha, Dana-LynnKo'omoa-Lange. Potential anti-neuroblastoma agents from Juniperus oblonga. Biochemical and Biophysical Research Communications. Elsevier, 516 (2019), p. 733–738
  3. Valida Alizade, Naiba Mehdiyeva, Vugar Karimov, Aida Ibrahimova "Plant of the Greater Caucasus" editor Thomas Borsch, Baku:" Red line" publishing house (2019) 352 p.
  4. Aghayeva P., Garakhani P., Huseynova A., Ali-zade V. Wild ornamental plants of the family Asteraceae from the northeastern part of Azerbaijan. Chornomors’k. bot. z. (2018) 14 (3), p. 204–21
  5. Valida Alizade, Tatyana Shulkina "The flora of Azerbaijan for the world horticulture" Plant & Fungal Research (2018) 1(1), p. 2–8
  6. V. M. Ali-zade, R. A. Salimov Assessment of Biodıversıty and Ecosystem Services in Azerbaijan: Challenges and Experience. Proceedings of ANAS (Biological and Medical Sciences), (2018) vol. 73, No 2, p. 140–150.
  7. Karimov V. N., Ali-zada V. M., Mehdiyeva N. P. Useful features of the species of Boraginaceae Juss. family spread in Azerbaijan. Multidisciplinary Scientific Edition International Academy Journal Web of Scholar. (2018) 2 (20), Vol.2, p. 5–13.
  8. Visconti P., Elias V, Pinto S., Fischer M., Valida Ali-zade et al. Status, trends and future dynamics of Biodiversity and ecosystems underpinning nature`s contributions to people. In: Regional assessment report on Biodiversity and Ecosystem services for Europe and Central Asia. Chapter 3 (2018) p. 187–317 https://www.ipbes.net/assessment-reports/eca
  9. Mехтиева Н.П., Дадашова А.Г., Али-заде В.М. Новый для флоры Азербайджана вид Phalacroloma annuum (Asteraceae). Ботанический журнал (2017) № 5, стр. 689–693
  10. V. Ali-zade, N. Mekhdiyeva, R. Abdiyeva, S. Ibrahimova, R. Salimov. Estimating the risk of extinction of rare and threatened plant species.
  11. Transaction of the Institute of Molecular Biology and Biotechnology, ANAS (2017) v.1, p. 33–37
  12. Naiba P. Mehdiyeva, Ibrahim S. Guliyev, Valida M. Alizade, Esmira H. Alirzayeva,. In: Ethnobotany of the Caucasus, Springer (2017) p. 37–46. Editor Rainer W. Bussmann. 746 p.
  13. Alirzayeva E, Neumann G, Horst W, Allahverdiyeva Y, Specht A, Ali-zade V. Multiple mechanisms of heavy metal tolerance are differentially expressed in ecotypes of Artemisia fragrans. Environmental pollution (2017) v. 220, p. 1024–1035.
  14. Каримов В., Али-заде В., Фарзалиев В. Новые виды сосудистых растений для флоры Кавказа и Азербайджана. Новости систематики высших растений (2016) т.47, стр.122–125.
  15. Alirzayeva E., Ali-zade V., Shirvani T., Toderich T. Evaluation of Wild Halophytes of Aralo-Caspian flora towards Soil Restoration and Food Security Improvement. Chapter 4 In: "Plants, Pollutants and Remediation", M. Öztürk et al. (eds.). Springer Science+Business Media Dordrecht, Chapter 4 (2015) p. 63–98.
  16. Alizade V., Haciev V., Karimov V., Musaev S., Abıeva R., Farzaliev V. Azerbaijan. in book "Red list of the endemic plants of the Caucasus" Editors:Solomon J., Shulkina T., Schatz G. Monografs in Sistematic Botany from the Missouri Botanical Garden. USA Press. Saint Lois: (2014) 451, p. 67–71, 72–108

Elmi Tədqiqatları

[redaktə | mənbəni redaktə et]
  • Elmi əsərlərinin sayı — 230
  • Xaricdə dərc olunan əsərlərinin sayı — 130
  • Beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) dərc olunan əsərlərinin sayı — 15
  • İstinadlarının sayı- Citations — 71, h index — 5, i 10 -index — 2
  • Monoqrafiya və kitablarının sayı- 1 monoqrafiya, 5 kitab fəsli (xaricdə)
  • Müəlliflik şəhadətnaməsi və patentlərinin sayı — 2
  • Elmlər doktorlarının sayı — 1
  • Fəlsəfə doktorlarının sayı — 6
  • Elmi-təşkilati fəaliyyəti — 21 il
  • Elmi-pedaqoji fəaliyyəti — 44 il
  1. "AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb". 2020-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
  2. 1 2 "Validə Mövsüm qızı Əlizadə". 2018-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-30.
  3. "Akademik Validə Əlizadə Azərbaycan Botaniklər Cəmiyyətinin prezidenti seçilib" (az.). https://azertag.az. 22 iyun 2018. 1 mart 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 mar 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]