Valter Çandler

Valter Çandler (5 oktyabr 1887[1][2], Cekson[d], Tennessi1 oktyabr 1967[1][2], Memfis, Tennessi) — Tennessi ştatından olan ABŞ siyasətçisi,[3]Nyu-York şəhərindən Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresi nümayəndələr palatasının üzvü.[4][5]

Valter Çandler
ing. Walter Chandler
Doğum tarixi 5 oktyabr 1887(1887-10-05)[1][2]
Doğum yeri
Vəfat tarixi 1 oktyabr 1967(1967-10-01)[1][2] (79 yaşında)
Vəfat yeri
Fəaliyyəti siyasətçi, vəkil
Partiyası

Valter Çandler və Azərbaycan

[redaktə | mənbəni redaktə et]

Baltik ölkələri, AzərbaycanGürcüstanın mənafelərini müdafiə etmək haqqında bu ölkələrin nümayəndələri ilə müqavilələr imzalamışdır. Əlimərdan bəy Topçubaşov bütün nümayəndə heyətinin iştirakı ilə Çandlerlə iki müqavilə imzalamışdı (1919, sentyabr). Birinci müqaviləyə görə, Çandler təbliğat məsələləri ilə bağlı Azərbaycan nümayəndə heyətinə hüquq məsləhətçisi qəbul edilirdi. O, 3 ay müddətonə Azərbaycan respublikasının mənafeyini və müstəqilliyini qorumağı öz öhtəsinə götürürdü. Müqavilədə Çandlerə ödənilməli olan mələğ və müddəti göstərilmişdi. Çandler öz müqavilə öhdəliklərinin icrasına 1919-cu il, oktyabrın 4-də başlamalı idi. Az sonra II müqavilə imzalandı. Müqavilədə göstərilirdi ki, ABŞ Azərbaycanın tam müstəqilliyini tanımaqdan imtina edərsə, Azərbaycan hökuməti tərəfindən Çandlerə heç bir kompensasiya ödənilməyəcəkdir. Əlimərdan bəy Topçubaşovun və Çandlerin imzaladığı müqavilə Azərbaycan Parlamentində təsdiq edildikdən və Azərbaycan hökuməti tərəfindən möhürləndikdən sonra hüquqi cəhətdən qüvvəyə minirdi. Çandler Gürcüstanla da təxminən eyni məzmunda müqavilə imzalamışdı.[6]

Əlimərdan bəy Topçubaşov, 1919-cu ilin, sentyabrın 26-da Çandler vasitəsilə Vudro Vilsona məktub və Azərbaycanın iqtisadi, maliyyə vəziyyətinə dair material və xəritələr göndərmişdi. Çandler 1919-cu il, oktyabrın 18-də Amerikadan Əlimərdan bəyə birinci məktubunu göndərmişdi. Məktubda o, Amerikada ermənilərin Azərbaycan əlaeyhinə geniş təbliğar aparmasından bəhs edir, noyabrın 1-də yazdığı növbəti məktubda isə ABŞ-də ermənilərə münasibətdə xristian həmrəyliyinin xeyli qüvvətləndiyini qeyd edirdi. Çandlerin 1919-cu il, 10 noyabr tarixli məktubu daha konkret məzmuna malik idi.[7] Çandler yeni respublikaların müstəqilliyinin tanınması ilə bağlı ABŞ Dövlət Departamentinə sorğu ilə müraciət etmiş və aldığı cavabda Departamentdə yeni yaranmış respublikaların xeyrinə rəyin dəyişməkdə olduğunu bildirmişdi. Çandler qeyd edirdi ki, kiçik xalqlar öz müstəqilliklərinin tanınmasını bir necə ay, yəni çar generallarının tam məğlubiyyətinədək gözləməli olacaqlar.[6]

Azərbaycan Xalq Cümhuriyyətinin bolşeviklər tərəfindən işğalından sonra bu məsələ də yarımcıq olaraq qaldı.

  1. 1 2 3 4 Walter Chandler // SNAC (ing.). 2010.
  2. 1 2 3 4 Walter Chandler // Find a Grave (ing.). 1996.
  3. [null]CHANDLER, Walter (Clift), Arxivləşdirilib 2012-09-21 at the Wayback Machine (1887 - 1967) Arxivləşdirilib 2012-09-21 at the Wayback Machine
  4. Men of ...
  5. "Rep. Walter "Clift" Chandler". 2019-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-05.
  6. 1 2 Cəmil Həsənli, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920).
  7. "Index to Politicians". 2021-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-05.