Volter Hartvell Vayt (ing. Walter Hartwell White Sr.), həmçinin Heyzenberq kimi tanınır — ABŞ drama serialı "Breaking Bad"in baş qəhrəmanı, aktyor Brayan Krenston canlandırmışdır.
Volter Hartvell Vayt | |
---|---|
Breaking Bad personajı | |
İlk görünmə |
"Pilot" (2008)
|
Son görünmə |
El Kamino (2019)
|
Yaradan | Vins Qilliqan |
Canlandıran | Brayan Krenston |
Məlumat | |
Ləqəb(lər)i | Heisenberg |
Cinsi | kişi[d] |
Peşə |
|
Həyat yoldaşı | Skayler Vayt |
Uşaqlar |
Volter Vayt Cuniyor (oğlu) Holli Vayt (qızı) |
Qohumlar |
Henk Şreyder (bacanağı) Mari Şreyder (baldızı) |
Milliyyəti | Amerikalı |
Evi |
|
Doğum tarixi | 7 sentyabr 1958 |
Ölüm tarixi | 7 sentyabr 2010 (52 yaşında) |
Volter Vayt təcrübəli kimyaçı olmuşdur. Müəllim kimi işə başlamazdan qabaq yoldaşı Eliot Şvarts ilə birlikdə “Gray Matter Technologies” şirkətini təsis etmişdir. Şirkətin adında olan “Boz maddə” onların hər ikisinin soyadının birləşməsindən yaranmışdır. İngiliscə “Ağ” və almanca qara mənasına gələn “Şvars” — ikisi bir araya gələndə boz rəng əmələ gəlir. O vaxtlar bu şirkətin laboratoriyasında imkanlı ailədən olan Qretçen adlı xanım da işə düzəlmişdi. Çox keçmir ki, Volter işlərində yardım edən bu xanıma aşiq olur. İkisi bir-birini sevir və sonralar nişanlanırlar. Qretçen dörd iyul bayramının birində Volteri valideynləri ilə tanış etmək üçün onların evinə qonaq çağırmışdı. Volter bu var-dövlət sahibi olan ailənin süfrəsində çörək yeyərkən özünü “aşağılıq” və “sınmış” kimi hiss edirdi. O, özünü Qretçenə yaraşdırmırdı. Sonda heç bir açıqlama vermədən şirkətdə sahib olduğu səhmlərini Eliota cəmi 5000 dollara sataraq ayrılır. Volter gör necə “bədbəxt” adamdır ki, gələcəkdə milyard dollar dəyərində olacaq bu şirkəti qədrini bilməyən adamların əllərinə əmanət edib gedir. Elliot və Qretçen baş verənlərin ardınca münasibət qurub ər-arvad olurlar. İkisi şirkət sayəsində milyardlarla dollar gəlir əldə edirlər. Bəlkə də deyə bilərik ki, onlar hər şeylərini Volterin kimya sahəsində apardığı tədqiqatlara borclu idilər. Volter onlarla mehriban münasibətini saxlamışdı, içdən isə hər ikisinə kin bəsləyirdi. Volter özündə noqsan görmürdü, düşünürdü ki, Eliot və Qretçen onu şirkətdən məqsədyönlü şəkildə qovub ki, araşdırmalarını oğurlayıb sərvət qazansınlar.
Cənab Vayt həyat yoldaşı Skayleri (Anna Qann) və oğlu balaca Volteri (Ar Cey Mitt) çətinliklə dolandırarkən 50-ci ad gününün ertəsi ağciyər xərçənginə tutulduğunu öyrənir. Sağalmaz xəstəliyə düçar olan Volter yaxında öləcəyini bilir və bu səbəbdən ölümündən sonra ailəsi üçün pul qoymağa qərar verir. Kimya biliklərinə sahib olan Volter keçmiş şagirdi Cessi Pinkman (Aaron Pol) ilə bir araya gəlir və ikisi metamfetamin istehsal edib satmağa başlayır.
Volter serial davam etdikcə qəddarlaşmağa doğru gedir, sonralar narkobarona çevrilir və kimliyini gizlətmək üçün "Heyzenberq" ləqəbindən istifadə edir. Volter törətdiyi bu çirkin əməllərdən Skaylerin bacısı əri DEA (Narkotiklə Mübarizə İdarəsi) əməkdaşı Henk Şreyderin (Din Norris) xəbərdar olmasını istəmir.
"The Sopranos" serialından ilham alan Vins Qilliqan istəyirdi ki, "Breaking Bad"in baş qəhrəmanı Toni Soprano kimi yaxşı adamdan pis adama çevrilsin.[1] Soprano rolunun ifaçısı Ceyms Qandolfini vəfat edəndə Qilliqan demişdi ki, "Soprano olmasa idi Volter Vayt da olmazdı".[2] Vins Qilliqan "Breaking Bad"i yaratmazdan əvvəl uzun illər televiziya sənayesində çalışmışdı. O, "Məxfi materiallar" serialında senaristlik etmiş və sonralar bu şounun prodüser olmuşdur. Məhz bu serialda işlədiyi müddət zamanı o, həmkarı Tomas Şnauzla birlikdə RV sürən iki oğlanın met hazırlaması haqqında zarafatla bir konsepsiya ortaya atmışdı. Bu ideyanı sonralar reallaşdırmaq qərarına gəlirlər. Qilliqan baş qəhrəman olan Volter Vaytı orta yaş böhranından əziyyət çəkən, bu səbəbdən pis işlərə baş vuran və cinayətə yönələn personaj edir.
Qilliqan "Məxfi materiallar" serialının "Drive" seriyasında Brayan Krenston ilə birlikdə işləmişdi. O, Volter Vayt personajını Krenstonun canlandırmasını istəyirdi, AMC rəsmiləri isə aktyoru çəkmək niyyətində deyildilər, Krenston o vaxtlar "Ortancıl Malkolm" komediya serialı ilə tanınırdı.[3] Prodüserlər Krenstonun "Məxfi materiallar"dakı performansına nəzər saldıqdan sonra onu serialın çəkilişlərinə hazırlamışdılar.
Volter Vayt 7 sentyabr 1958-ci ildə anadan olmuşdur. Valideynlərinin yeganə övladıdır. Nyu-Meksiko ştatının Albukerke şəhərində boya-başa çatıb. Atası Hantinqton xəstəliyindən dünyasını dəyişəndə onun cəmi altı yaşı var idi. Mərhum atasının xəstəxanada nələr çəkdiyini görmək ona uzun müddət çox pis təsir etmişdi. Kiçik bir uşaq ikən xəstəxana otağındakı “kimyəvi” maddələrin xoşagəlməz qoxusu hələ də yadında idi. Volter Vayt Kaliforniya Texnologiya İnstitutunda kimya üzrə ali təhsil almışdır. İnstitutda tanış olduğu tələbə yoldaşı Eliot Şvarts ilə dostluq edirdi. Volter özünü parlaq bir kimyaçı kimi sübut etmişdi. Bu sahədə olan biliyi və istedadı ilə seçilirdi. 1985-ci ildə 27 yaşlı Volterin foton radioqrafiyası ilə bağlı apardığı mühüm tədqiqatı sayəsində İnsititutun bir layihəsi kimya üzrə "Nobel" mükafatı qazanır.[4][5] Volter təhsilili başa vurduqdan sonra yaxın dostu Eliot Şvartz (Adam Godley) ilə birlikdə "Gray Matter Technologies" şirkətini təsis edir.[6] Təxminən şirkətdəki bu vaxtlarda Volter laboratoriya köməkçisi Qretçen Şvartz (Jessica Hecht) ilə münasibət qurur. Volt sonralar "Gray Matter Technologies" şirkətindəki səhmlərini 5000 dollara sataraq ayrılır.[5][7] Qretçen və Elliot sonralar evlənirlər və var-dövlət qazanırlar, bunu Volterin apardığı araşdırmalara borclu idilər.[7][8] Volter bu səbəbdən onların hər ikisindən inciyir.[8][9]
50 yaşlı Volter Nyu-Meksiko ştatının Albukerke şəhərində yerləşən məktəblərin birində kimya müəllimi işləyir.[4][10] Volter bununla yanaşı gəlirini artırmaq üçün yerli avtoyuma məntəqəsində də çalışır.[11] Onun serebral iflicdən əziyyət çəkən Volter Cuniyor (R. J. Mitte) adlı yeniyetmə oğlu var. Volter və Skaylerin ikinci mövsümdə Holli adlı qızları dünyaya gəlir.[12] Volterin qohumları; Skaylerin bacısı Mari Şreyder (Betsy Brandt), onun əri DEA əməkdaşı Henk Şreyder (Din Norris) və Volterin heç vaxt görünməyən anasıdır.[13]