Vaqif Bayramov (jurnalist)

Vaqif Binyat oğlu Bayramov (16 fevral 1959, Ağudi kəndi, Zəngəzur mahalı) — jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Vaqif Bayramov
Vaqif Binyat oğlu Bayramov
Doğum tarixi (64 yaş)
Doğum yeri Ağudi
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Pedaqoji İnstitutu
İxtisası Filologiya
jurnalistika
Mükafatları "Tərəqqi" medalı[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Vaqif Bayramov 1959-cu il fevralın 16-da Zəngəzur mahalının (Ermənistan Sovet Sosialist Respublikası, Sisyan rayonu) Ağudi kəndində ziyalı ailəsində anadan olub. 1976-cı ildə həmin kənddəki orta məktəbi bitirdikdən sonra Sumqayıt şəhərindəki 71 saylı texniki peşə məktəbində oxuyub və boru-prokat zavodunda fəhlə işləyib.

1977-1981-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indi Azərbaycan Pedaqoji Universiteti) filologiya fakültəsini və Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu bitirib.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1981-1984-cü illərdə Astara rayonunun Kakalos, 1984-1987-ci illərdə Sisyan rayonunun Ağudi kəndlərində Azərbaycan dili və ədəbiyyatı fənlərini tədris edib.

1987-1993-cü illərdə “İnşaatçı”, “İnşaatçı sözü”, "Həyat", "Respublika" qəzetlərində müqaviləli xüsusi müxbirlikdən ən müxtəlif vəzifələrdə (müxbir, baş müxbir, şöbə müdiri) çalışıb.

1994-cü ildən indiyədək "Xalq qəzeti"nin əməkdaşıdır.

Sosial-iqtisadi mövzularda yüzlərlə məqalənin müəllifidir.

Kitabları[redaktə | mənbəni redaktə et]

Erməni işğalçılarının azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərlə bağlı 3 kitabın müəllifidir.

  • “Yurd ağrısı”
  • “SİSYAN- qovğalarda qovrulan torpaq”
  • “Bilməz idim ayrılıq var”

Məqalələri[redaktə | mənbəni redaktə et]

  • “Bir uşaq ağlayır çay qırağında...”
  • “Bilməz idim, döngələr var, dönüm var...”
  • “Ürəyimdir yazanım”
  • “...Bir də gəlişimə zəmanət olsa, Gəlməzdim mən belə dünyaya, tövbə!”
  • “Ya rəbbim, sən qaytar bizi bizlərə...”
  • “Zaman qapımızda əlində qayçı...”
  • “Mistik varlıq, sehrbaz və ovsunçu…”

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 15 iyul tarixli sərəncamı ilə mətbuatın inkişafında göstərdiyi xidmətlərə görə "Tərəqqi" medalı ilə təltif edilib.[1]
  • 2015-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi mükafatına, 70-dək yaradıcılıq müsabiqəsinin mükafatlarına layiq görülüb.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Prezident mətbuat nümayəndələrini təltif etdi". lent.az. 28 aprel 2020 tarixində arxivləşdirilib.