Bu məqaləni vikiləşdirmək lazımdır. |
Vaqif İbrahim oğlu Hüseynov (17 may 1936, Lənkəran – 10 iyul 1985) – şair, jurnalist
Vaqif Hüseynov | |
---|---|
Vaqif İbrahim oğlu Hüseynov | |
Təxəllüsü | Vaqif İbrahim |
Doğum tarixi | 17 may 1936 |
Doğum yeri | |
Vəfat tarixi | 10 iyul 1985 (49 yaşında) |
Milliyyəti | Azərbaycanlı |
Atası | İbrahim |
Təhsili | |
Fəaliyyəti | jurnalist, publisist |
Əsərlərinin dili | Azərbaycan dili |
İstiqamət | jurnalistika |
Janrlar | şeir, nəsr |
Mükafatları |
|
1936-cı ildə Lənkəranda doğulub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. İlk mətbu şeiri 1958-ci ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunub. Bir müddət şeirlərini və poemalarını Vaqif İbrahim təxəllüsü ilə çapa verib. "Leninçi" adlı Lənkəran rayon qəzeti redaksiyasında şöbə müdiri, məsul katib (1958–1965), "Çağırış" adlı Masallı rayon qəzeti redaksiyasında şöbə müdiri, məsul katib, sonra redaktor olub (1965–1977). Sosial yüklü məqalə və felyotonları, dövrün ədalətsizliklərinə qarşı sərt şeirləri, redaktor kimi prinsipial mövqeyi onun qısa bir zaman ərzində tanınmasına və nüfuz qazanmasına zəmin yaradıb. Rəhbərlik etdiyi qəzetdə ən müxtəlif sahələrdəki problemləri işıqlandırması, rayon rəhbərliyinin təzyiqlərinə boyun əyməməsi "Çağırış" qəzetinin redaktorluğundan getməsi ilə nəticələnib. 1978-ci ildə doğulduğu Lənkərən rayonuna qayıdıb və omrünün sonunadək radio verilişləri redaksiyasının redaktoru vəzifəsində çalışıb.
Vaqif Hüseynov
|
Şair haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |