Vaqif Vəli oğlu Qocayev (20 iyun 1941, Qax rayonu – 13 noyabr 2000, Qax) — Qax rayonunun icra başçısı (1991–1992-ci illərdə).
Vaqif Qocayev | |
---|---|
Vaqif Vəli oğlu Qocayev | |
1991 – 20 may 1992 | |
Əvvəlki | Vəzifə təsis olundu. |
Sonrakı | Kamal Muxtarlı |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 iyun 1941 |
Doğum yeri | |
Vəfat tarixi | 13 noyabr 2000 (59 yaşında) |
Vəfat yeri | |
Təhsili |
|
Qocayev Vaqif Vəli oğlu 20 iyun 1941-ci ildə Qax rayonu İlisu kəndində anadan olmuşdur.1959-cu ildə İlisu kənd orta məktəini bitirmiş və M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun geoloji-kəşfiyyat fakultəsinə daxil olmuşdur.1966-cı ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakultəsini bitirmişdir.1968-ci ildə Moskva Yeyinti-Sənayesi institutuna daxil olmuş və 1977-ci ildə həmin institutun konserv texnologiyası fakultəsini bitirmişdir.
1966–67-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasında kiçik elmi işçi, 1967–70-ci illərdə Azərbaycan Yeyinti Sənayesi Nazirliyində şöbə müdiri, 1970–72-illərdə Yeyinti Sənayesi Nazirliyinin Balakən Efir yağları və nanə-cövhəri zavodunun istehsalat müdiri, 1972–73-cü illərdə həmin zavodun direktoru, 1973–75ci illərdə Qax konserv zavodunun direktoru, 1975–78 ci illərdə Qax Aqrar-sənaye birliyinin baş direktoru, 1978–81-ci ci illərdə Qax Yerli-Sənaye kombinatının direktoru, 1981–82 ci illərdə Qax Taxıl məhsulları kombinatının direktoru, 1982–83 cü illərdə Qax İstehlak cəmiyyətində tikinti üzrə sədr müavini, 1983–85 ci illərdə Qax Üzümçülük və şərabçılıq sovxozunun direktoru , 1985–86-cı illərdə Şəki İpək birliyi Qax filialının direktoru, 1986–89cu illərdə İliç (İndiki Naxçıvan MR-nin Şərur rayonu) rayonu Konserv zavodunun direktoru, 1989–90-cı illərdə Qax rayon Maddi texniki təchizat və mexanikləşdirmə idarəsinin rəisi, 1990-ci illərdə Qax rayon XDS İcraiyyə komitəsinin sədri vəzifələrində işləmışdir. 1991-ci il 28-noyabrıdan 1992-ci ilin 20 mayına qədər olan müddətdə Qax rayon İcra Hakimiyyətinin başçısı olmuşdur. 1992–1995-ci illərdə Maddi texniki təchizat və mexanikləşdirmə idarəsinin rəisi işləmişdir.
13 noyabr 2000-ci ildə vəfat etmişdir. Üç övladı vardır.