Mübariz Əhmədzadə

Mübariz Cuma oğlu Əhmədzadə (15 yanvar 1947, Qaxmuğal, Qax rayonu) — Zaqatala Rayon İcra Hakimiyyətinin Başçısı.

Mübariz Əhmədzadə
bayraq
Zaqatala Rayon İcra Hakimiyyətinin Başçısı
bayraq2
Vəzifədədir
1 sentyabr 2009-cu ildən
ƏvvəlkiAsif Əsgərov
bayraq
Qax Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
27 dekabr 2007 – 1 sentyabr 2009
ƏvvəlkiAbbas Göyüşov
SonrakıTelman Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi 15 yanvar 1947(1947-01-15) (77 yaş)
Doğum yeri

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Mübariz Əhmədzadə 15 yanvar 1947-ci ildə Qax rayonunun Qaxmuğal kəndində anadan olmuşdur. Qax şəhər 1 saylı orta məktəbini, 1970-ci ildə isə Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsini mühəndis-mexanik ixtisası üzrə bitirmişdir.

Əmək fəaliyyətinə 1970-ci ildə Zaqatala maşın-melorasiya stansiyasında sahə mühəndisi kimi başlamışdır. 1976–1979-cu illərdə Qax rayon Yol İstehsalat Dairəsində rəis vəzifəsində çalışmışdır. 1979–1984-cü illərdə Qax rayon Təsərrüfatlararası Tikinti İdarəsində rəis olmuşdur. 1985–1989-cu illərdə Qax rayonundakı 94 №-li Səyyar mexanikləşdirilmiş dəstənin rəisi, 1989–2007-ci illərdə Qax "Avtonəqliyyat" müəssisəsinin rəhbəri vəzifəsində çalışmışdır.

27 dekabr 2007-ci ildən 1 sentyabr 2009-cu ilədək Qax rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsini icra etmişdir. Hazırda Zaqatala rayonu İcra Hakimiyyətinin Başçısıdır.

Ailəlidir. 3 övladı var.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]