Vaqif Mürsəl oğlu Süleymanov (3 noyabr 1946, Hacalıkənd, Göyçay rayonu) — həkim, bəstəkar.
Vaqif Süleymanov | |
---|---|
Vaqif Mürsəl oğlu Süleymanov | |
Doğum tarixi | |
Doğum yeri |
Göyçay rayonu, Hacalıkənd, Azərbaycan SSR |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | Tibb |
İş yeri | Azərbaycan Tibb Universiteti |
Təhsili | Azərbaycan Tibb Universiteti |
Tanınır | Fizioterapevt həkim, bəstəkar |
1946-cı ildə Göyçay rayonu Hacalı kəndində anadan olmuşdur. Musiqi təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində almışdır. 1963-cü ildə Azərbaycan Tibb Universisetinin müalicə profilaktika fakültəsinə qəbul olmuşdur. 1969-cu ildə universiteti bitirmişdir. 1972-ci ildən tibb universisetinin fizioterapiya kafedrasında müəllim kimi fəaliyyət göstərir. Ailəlidir, 3 övladı, 7 nəvəsi var.
1969–72-ci illərdə Azərbaycan Elmi Tədqiqat Kurortologiya və Fizioterapiya institutunun əməkdaşları ilə birlikdə elmi ekspedisiyada iştirak etmişdir. Ekspedisiya zamanı böyrək daşı xəstəliklərində Qalaaltı mineral suyunun müalicəvi təsirini araşdırmış və öyrənmişlər. Onun və elmi ekspedisiyadakı həmkarların elmi tapıntıları nəticəsində bu illər ərzində minlərlə insan bu şəfalı sulardan istifadə etmiş və müsbət müalicəvi effektini müşahidə etmişlər. 1972-ci ildən tibb universisetinin fizioterapiya kafedrasında müəllim kimi fəaliyyət göstərir. Kafedraların əməkdaşları ilə birgə bir sıra tibbi məqalənin müəllifi olmuşdur.
Musiqi yaradıcıllığına 18 yaşında başlamışdır. İlk əsəri 1968-ci ildə respublikanın xalq artisti İslam Rzayevin ifasında İslam Səfərlinin sözlərinə bəstələdiyi Göyçay mahnısı olmuşdur. Bu illər ərzində onlarla mahnıların müəllifi olmuşdur. Bəstəkarın mahnılarını İlhamə Quliyeva, İslam Rzayev, Əli Mirəliyev, Yaşar Səfərov, Zöhrə Abdullayeva, Elmira Rəhimova, Ramil Qasımov, Almaz Orucova, tarzən Zamiq Əliyev, Zabitə Alıyeva, Mehman Hacıbəyov, Nərgiz Mehdiyeva kimi sənətkarlar ifa etmişdir.