Hacalıkənd, Hacılıkənd — Azərbaycan Respublikasının Göyçay rayonunun Qarabakkal inzibati ərazi vahidliyində kənd. Rayon mərkəzindən cənub-şərqdə, Göyçay – Qaraməryəm şose yolu kənarında, Yuxarı Şirvan kanalının sol sahilində, Şirvan düzündə yerləşir.
Hacalıkənd | |
---|---|
40°38′01″ şm. e. 47°48′36″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 101 m |
Saat qurşağı | |
Hacılıkənd oyk., mür. Göyçay rayonunun Qarabaqqal inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Tədqiqatçılara görə, oykonim XVI əsrdə Şirvanda məskunlaşmış qızılbaşların zülqədər tayfasına mənsub hacılar tirəsinin adını əks etdirir. Hacalıkənd variantında da qeydə alınmışdır.[1] Bəzi tədqiqatçılara görə, Hacalıkənd yaşayış məntəqəsini hacalı nəslinə mənsub olan ailələr burada məskən saldıqlarına görə kənd belə adlandırılmışdır. Belə fikir də var ki, Hacıalı kənd toponimi XVI əsrdə Şirvanda məskunlaşmış qızılbaşların zülqədər tayfasından olan hacılar tirəsinin adını özündə əks etdirir. Toponimi vaxtilə Şərqi Anadoluda yaşayan və Qaraqoyunlu dövlətinin siyasi həyatında yaxından iştirak edən türkdilli hacılılar tayfasının adı ilə əlaqələndirənlər də vardır.[2]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1142 nəfər əhali yaşayır.[3]
Əhalisi əsasən taxılçılıq, heyvandarlıq, pambıqçılıq, meyvəçilik, üzümçülük, baramaçılıqla məşğul olur.
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |