Azərbaycan İlahiyyat İnstitutu

Azərbaycan İlahiyyat İnstitutu (tam adı: Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu[1]) — Azərbaycan Respublikasında ilahiyyat istiqaməti üzrə ixtisaslaşmış ali təhsil müəssisəsi. Hal-hazırda institutun rektoru Aqil Şirinovdur[2].

Azərbaycan İlahiyyat İnstitutu
Loqonun şəkli
İnstitutun loqosu
Xəritə
40°22′46″ şm. e. 49°48′44″ ş. u.HGYO
Əsası qoyulub 9 fevral 2018
Tip Dövlət
Rektor Aqil Şirinov
Tələbə sayı 103
Şəhər Bakı Bakı
Ölkə
Ünvan AZ1141, Bakı şəhəri, Məhəmməd Naxçıvani 29, AZ 1065
Sayt ait.edu.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İnstitutun yaradılmasında Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi baza rolunu oynayıb. Fakültə 1992/93-cü tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti və Türkiyə Dəyanət Vəqfi arasında bağlanmış müqavilə əsasında təsis olunmuş və 2017-ci ilə kimi Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərmişdir.

Cəmiyyətdə dinə olan marağı, savadlı mütəxəssislərin yetişdirilməsini və ilahiyyat elminin inkişafını təmin etmək üçün müstəqil ali təhsil müəssisəsinin yaradılmasına ehtiyac var idi. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 fevral tarixli 3654 nömrəli "Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında" Sərəncama əsasən, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradıldı.[1]

2018/2019-cu tədris ilində müvafiq Sərəncamla Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin ləğv edilməsi və Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilməsi məsələlərinin icrası Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilmişdir.[3]

8 dekabr 2023-cü ildə Azərbaycan İlahiyyat İnstitutunun yanında Bakı İlahiyyat Kollecinin yaradılması barədə qərar qəbul olunmuşdur.[4] Kollecin 2024–2025-ci tədris ilindən fəaliyyətə başlaması planlaşdırılır.[5]

2018-ci ilin may ayının 31-də Prezident İlham Əliyev tərəfindən verilən sərəncamla Ceyhun Məmmədov instituta rektor təyin edilmişdir[6].

2020-ci ilin may ayının 12-də Prezident İlham Əliyev tərəfindən verilən sərəncamla Aqil Şirinov instituta rektor təyin edilmişdir[2].

İnstitutda təhsil ödənişsizdir, tələbələr bütün fənlər üzrə pulsuz dərsliklərlə təmin edilirlər. İnstitutda İslam dininin tədrisinə dair Quran, Hədis, Təfsir, Fiqh, Kəlam, Təsəvvüf kimi ənənəvi fənlərlə yanaşı, dinləri sosioloji, psixoloji, fəlsəfi və tarixi aspektlərdən tədqiq edən fənlərin də tədrisi təşkil olunub. Eyni zamanda, digər aparıcı dünya dinlərinin – xristianlıq, yəhudilik, hinduizm, buddizmin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları, eləcə də fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm kimi sosial və humanitar elmlər də tədris olunur.[7]

İnstitutda tədris Azərbaycan dilində həyata keçirilir. Gələcəkdə rus, ingilisərəb dilli bölmələrin açılması və dünyanın müxtəlif ölkələrindən tələbələrin institutda təhsilə cəlb olunması nəzərdə tutulur.[7]

Bu ali təhsil müəssisəsində tələbələr həmçinin ingilis, ərəb, klassik ibrani və fars dillərini öyrənmək imkanına malikdirlər. Dərslərdən əlavə, tələbələr üçün ödənişsiz xarici dil kursları təşkil edilir.[7]

Azərbaycan İlahiyyat İnstitutun magistraturasında Dinşünaslıq ixtisası üzrə — Dinin psixologiyası, Dinin sosiologiyası, Dinlər tarixi, İslamşünaslıq ixtisaslaşmaları üzrə təhsil verilir.[7]

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 2019-cu il tarixli, 6 nömrəli Qərarına əsasən İnstitutda fəlsəfə doktoru üzrə doktorantura təhsili həyata keçirilməsi qərara alınmışdır.[8].

  • multikulturalizmi və tolerantlığı əks etdirən loqonun tam mərkəzindəki əlləri səmaya yönələn "insan" simvolu Tanrı ilə ünsiyyəti,
  • "kitab" elmin əsas qaynağını,
  • "zeytun budağı" isə sülhü və mənəviyyatı ifadə edir.

"Din araşdırmaları" jurnalı

[redaktə | mənbəni redaktə et]

"Din araşdırmaları jurnalı" Azərbaycan İlahiyyat İnstitutunun elmi fəaliyyətinin əsas göstəricilərindən biridir[9]. Jurnal ildə iki dəfə dərc olunur[9]. İlk nömrəsi 2018-ci ilin dekabr ayında çıxmışdır[9]. Jurnalın nəşr qaydaları Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi jurnallar qarşısında qoyduğu tələblərə, həmçinin bu sahədəki beynəlxalq standartlara uyğun olaraq hazırlanmışdır[9].

Jurnalın redaksiya heyətinin üzvləri Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, İranİsveçrənin təhsil müəssisələrində çalışan tanınmış alimlərdir[9].

"İlahiyyat" elmi-publisistik jurnal

[redaktə | mənbəni redaktə et]

"İlahiyyat" elmi-publisistik jurnal" 14.03.2019-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən "Mətbu nəşrlərin reyestri"nə (4225) daxil edilmişdir. Təsisçisi Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) olan jurnalın ilk nömrəsi 06 iyun 2019-cu il tarixdə nəşr edilib. Jurnalın sözügedən nömrəsi 15 rubrika və 100 səhifədən ibarət idi. Jurnalın əsas məqsədi milli-mənəvi, dini, əxlaqi və multikultural dəyərləri əks etdirən məlumatları işıqlandırmaq, tolerantlığı, birlik və bütövlüyü təbliğ etməkdir.

Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti, həyata keçirdiyi layihələr barədə ictimaiyyəti məlumatlandırmaq üçün ildə iki dəfə çap olunur.

İlahiyyatçı qəzeti

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: İlahiyyatçı (qəzet)

İnstitutun təsis etdiyi "İlahiyyatçı" qəzetinin ilk nömrəsi 28 dekabr 2018-ci ildə çap edilmişdir[10]. Ayda bir dəfə nəşr olunan "İlahiyyatçı" qəzetində Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti və tələbələrin yaradıcılığı haqqında yazılar dərc edilirdi[10].

Azərbaycan İlahiyyat İnstitutunun müxtəlif elm sahələrini əhatə edən zəngin kitabxanası vardır. İnstitutun kitabxanası açıq rəf sistemi əsasında təşkil olunub. Kitabxanasında 14000-ə yaxın kitab var[11]. Kitabxanada olan kitablar Azərbaycan, rus, ingilis, türk, ərəb və fars dillərindədir[11].

Beynəxalq əlaqələri

[redaktə | mənbəni redaktə et]

2018-ci ilin dekabrın 16-dan 22-dək İnstitutun rəhbərliyi Türkiyənin iki şəhərində — Ankaraİstanbulda işgüzar səfərdə olmuş; həmin səfər çərçivəsində Mərmərə, 29 MayısAnkara universitetləri ilə əməkdaşlıq protokolları imzalanmışdır.

Azərbaycan İlahiyyat İnstitutu öz tələbələrinə beynəlxalq mübadilə proqramları olan "Erasmus", "Mevlana" və digərləri vasitəsilə Avropa, Amerika, Şərq ölkələrində təhsil almaq və yüksək qiymətlərlə məzun olan bakalavrların ixtisasları üzrə magistratura və doktorantura təhsillərini dövlət xətti ilə xarici ölkələrdə davam etdirməyə imkan yaradır.

Bakı İlahiyyat Kolleci

[redaktə | mənbəni redaktə et]

2023-cü ilin dekabrında Azərbaycan İlahiyyat İnstitutu publik hüquqi şəxsin yanında "Bakı İlahiyyat Kolleci" publik hüquqi şəxs yaradılıb.[12]

  1. 1 2 "Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında" Arxivləşdirilib 2018-09-24 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2018-ci il tarixli Sərəncamı. president.az (az.)
  2. 1 2 A. M. Şirinovun Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Arxivləşdirilib 2022-01-01 at the Wayback Machine. president.az, 12.05.2020 (az.)
  3. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 6 noyabr tarixli 356 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilməsi barədə" Arxivləşdirilib 2022-03-26 at the Wayback Machine Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2018-ci il tarixli, 185 nömrəli Qərarı. e-qanun.az  (az.)
  4. "Bu il yeni yaradılmış Bakı İlahiyyat Kollecinə qəbul aparılacaq". Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi. 28 fevral 2024. İstifadə tarixi: 23 may 2024.
  5. "Bakı İlahiyyat Kollecinə qəbul olan tələbələr harada yerləşəcəklər?". Oxu.az. 22 may 2024. 23 May 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 may 2024.
  6. C. V. Məmmədovun Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Arxivləşdirilib 2018-09-24 at the Wayback Machine. president.az, 31.05.2018 (az.)
  7. 1 2 3 4 "Prezident İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirak edib". azertag.az. 11 aprel 2022. 18 aprel 2023 tarixində arxivləşdirilib.
  8. "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı"nın təsdiq edilməsi haqqında Arxivləşdirilib 2022-07-06 at the Wayback Machine Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 dekabr 2010-cu il tarixli, 235 nömrəli Qərarı. e-qanun.az  (az.)
  9. 1 2 3 4 5 İlahiyyat İnstitutunun "Din araşdırmaları" jurnalı çapdan çıxıb Arxivləşdirilib 2022-03-26 at the Wayback Machine. az.trend.az, 03.01.2019 (az.)
  10. 1 2 "İlahiyyatçı" qəzeti nəşrə başlayıb Arxivləşdirilib 2021-10-27 at the Wayback Machine. scwra.gov.az, 04.01.2019 (az.)
  11. 1 2 Emin Orucov. "Kitabxanamız". "İlahiyyatçı" qəzeti, 28.12.2018, № 01, səh. 16. (az.)
  12. "Bakı İlahiyyat Kolleci yaradılıb". Report İnformasiya Agentliyi (az.). 2023-12-11. 2023-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]