Vaxtanq Vukoloviç Beridze (gürc. ვახტანგ ვუკოლის ძე ბერიძე;30 may 1914[1], Kutaisi, Rusiya imperiyası – 21 dekabr 2000[2], Tbilisi) — gürcü sovet sənətşünası, sənətşünaslıq doktoru, Gürcüstan Milli Elmlər Akademiyasının akademiki (1974), professor, Georgi Çubinaşvili adına İnstitutun direktoru. Tiflisin fəxri vətəndaşı (1986).
Vaxtanq Beridze | |
---|---|
gürc. ვახტანგ ვუკოლის ძე ბერიძე | |
Doğum tarixi | 30 may 1914[1] |
Doğum yeri | |
Vəfat tarixi | 21 dekabr 2000[2] (86 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | sənətşünas[d] |
Mükafatları |
Vaxtanq Beridze 30 may 1914-cü ildə dilçi alim, daha sonra Tbilisi Universitetinin professoru və Gürcüstan SSR Elmlər Akademiyasının müxbir üzvü Vukol Mixayloviç Beridze və müəllim Elizabet Çxeidzenin ailəsində anadan olub. Ailənin yeganə övladı olan Vaxtanqın xaç atası yaxın ailə dostu, məşhur gürcü alimi Dmitri Uznadze idi.
1918-ci ildən Beridze ailəsi Tiflisdə yaşayırdı. Burada Vaxtanq fransız məktəbinə getmiş və əlavə təhsil almışdır. Üçüncü sinifdə isə gürcü məktəbinə keçmişdir. O, "Pələng dərisindəki cəngavər"in fransız dilinə tərcüməsinin müəllifi Elizabet Orbelianidən (qız soyadı Baqrationi) fransız dilini öyrənmişdir. Konservatoriya müəllimi Yevgeniya Çernyavskayadan musiqi təhsili almışdır.
1936-cı ildə Zaqafqaziya Sənaye İnstitutunun Memarlıq fakültəsini bitirmişdir.
V.Beridze 1936-cı ildən Tbilisi Dövlət Rəssamlıq Akademiyasıda dərs demişdir.
Georgi Çubinaşvilinin dəvəti ilə Veridze Gürcüstan İncəsənət Tarixi İnstitutunun yaranması ilə (1941), 1 dekabr 1956-cı ildən — direktor müavini olaraq İnstitutda şöbələrdən birinin müdiri olaraq işləməyə başlamışdır. 1959-cu ildə Sənətşünaslıq doktoru elmi dərəcəsinə yiyələnmişdir. Vaxtanq Beridze 1973–2000-ci illərdə İncəsənət Tarixi İnstitutuna rəhbərlik etmişdir.
V.Beridze Gürcüstan Ensiklopediyası Baş Elmi Şurasının sədri olmuşdur.
Beridzenin əsərləri erkən feodal dövründən Gürcüstan tarixinə həsr edilmişdir.
Beridzenin tənqidi məqalələrində müasir tikinti, köhnə şəhər rayonlarının qorunması, tarixi irs və müasir milli memarlıq, məşhur gürcü rəssamlarının əsərləri müzakirə olunur.[3] Əsərləri alman, italyan, ingilis və rus dillərində nəşr edilmişdir. Dəfələrlə Avropada elmi məzuniyyətlərdə olmuş, gürcü mədəniyyəti, incəsənəti və memarlığı haqda mühazirələr oxumuşdur.
Tiflis şəhərində Vaxtanq Beridzenin adına küçə vardır.[4]