Vayfay 7

Wi-Fi nəsilləri
Nəsil IEEE
standartı
Təsdiqlənmə
tarixi
Maksimum
sürət
(Mbit/s)
Radio
tezlik
(GHz)
 Wi-Fi 7 802.11be 21 mart 2019 1376-46120 2.4 5 6
 Wi-Fi 6/6E 802.11ax 27 mart 2014 574-9608 2.4 5 6[1]
 Wi-Fi 5 802.11ac 26 sentyabr 2008 433-6933 [2] 5
 Wi-Fi 4 802.11n 11 sentyabr 2003 72-600 2.4 5
(Wi-Fi 3)* 802.11g 21 sentyabr 2000 6-54 2.4
(Wi-Fi 2)* 802.11a 16 sentyabr 1997 5
(Wi-Fi 1)* 802.11b 9 dekabr 1997 1-11 2.4
(Wi-Fi 0)* 802.11 21 mart 1991 1-2 2.4
*Wi‑Fi 0, 1, 2, və 3 markasız ümumi istifadədədir.[3][4]

IEEE 802.11be, Wi-Fi 7 və ya Extremely High Throughput (EHT)IEEE 802.11 standartının[5] növbəti versiyası.[6][7][8] O, 802.11ax standartına əsaslanaraq, 2.4, 5 və 6 GHz tezlik diapazonlarında stasionar və piyada sürətləri ilə daxili və açıq havada işləyən simsiz lokal şəbəkə olmağı hədəfləyir.[9] Faktiki nəticələr xeyli aşağı olsa da, sürətlərin nəzəri olaraq maksimum 46 Gbit/s-ə çatacağı gözlənilir.[10]

802.11be-nin hazırlanması davam edir. İlkin layihə 2021-ci ilin martında təqdim edilsə də, yekun variantı 2024-cü ilin əvvəlinə gözlənilir.[7][11][12] Buna baxmayaraq, 2022-ci ildə qaralama halında olan standartlar əsasında çoxlu sayda məhsul açıqlanmışdır. Onlar 2023-cü ilin əvvəllərində bazara çıxarılmışdı.

Qlobal Wi-Fi 7 bazarı 2023-cü ildə 1 milyard ABŞ dolları həcmində qiymətləndirilir. 2030-cu ilə qədər bu rəqəmin 24,2 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır.[13]

Əsas xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Aşağıdakılar Qaralama 3.0-da təsdiq edilmiş əsas xüsusiyyətlərdir:

  • 4096-QAM (4K-QAM) hər bir simvolun 10 bit əvəzinə 12 bit daşımasına imkan verir ki, bu da Wi-Fi 6-nın 1024-QAM-dan 20% daha yüksək nəzəri ötürmə sürəti ilə nəticələnir
  • Bitişik və ayrı 320/160+160 MHz və 240/160+80 MHz ötürmə genişliyi
  • Multi-Link Operation (MLO), müxtəlif tezlik diapazonları və kanallar üzrə eyni vaxtda məlumat göndərmək və qəbul etməklə tutumu artıran xüsusiyyətdir. (2,4 GHz, 5 GHz, 6 GHz)
  • MLO-nun istifadəsi sayəsində 1/100-ə qədər gecikmənin olması
  • 16 ötürücü axını və MIMO (ing. Multiple Input Multiple Output; azərb. Çox Giriş Çox Çıxış‎) protokol təkmilləşdirmələri
  • Çevik Kanal İstifadəsi (ing. Flexible Channel Utilization) – kiçik müdaxilələrdən sonra bütün Wi-Fi kanalını bloklaya bilər. Preambula zədələnməsə belə kanalın qalan hissəsini istifadə etməyə davam edir. Lakin müdaxilənin təsirinə məruz qalan bir hissəsi bloklana bilər.

Sürət təyinatı

[redaktə | mənbəni redaktə et]
Modulyasiya və kodlaşdırma sxemləri
MCS indeksi Modulyasiya növü Kodlaşdırma sürəti Məlumat ötürmə sürəti (Mbit/s)
20 MHz kanallar 40 MHz kanallar 80 MHz kanallar 160 MHz kanallar 320 MHz kanallar
3200 ns GI 1600 ns GI 800 ns GI 3200 ns GI 1600 ns GI 800 ns GI 3200 ns GI 1600 ns GI 800 ns GI 3200 ns GI 1600 ns GI 800 ns GI 3200 ns GI 1600 ns GI 800 ns GI
0 BPSK 1/2 7 8 9 15 16 17 31 34 36 61 68 72 123 136 144
1 QPSK 1/2 15 16 17 29 33 34 61 68 72 122 136 144 245 272 288
2 QPSK 3/4 22 24 26 44 49 52 92 102 108 184 204 216 368 408 432
3 16-QAM 1/2 29 33 34 59 65 69 123 136 144 245 272 282 490 544 577
4 16-QAM 3/4 44 49 52 88 98 103 184 204 216 368 408 432 735 817 865
5 64-QAM 2/3 59 65 69 117 130 138 245 272 288 490 544 576 980 1089 1153
6 64-QAM 3/4 66 73 77 132 146 155 276 306 324 551 613 649 1103 1225 1297
7 64-QAM 5/6 73 81 86 146 163 172 306 340 360 613 681 721 1225 1361 1441
8 256-QAM 3/4 88 98 103 176 195 207 368 408 432 735 817 865 1470 1633 1729
9 256-QAM 5/6 98 108 115 195 217 229 408 453 480 817 907 961 1633 1815 1922
10 1024-QAM 3/4 110 122 129 219 244 258 459 510 540 919 1021 1081 1838 2042 2162
11 1024-QAM 5/6 122 135 143 244 271 287 510 567 600 1021 1134 1201 2042 2269 2402
12 4096-QAM 3/4 131 146 155 263 293 310 551 613 649 1103 1225 1297 2205 2450 2594
13 4096-QAM 5/6 146 163 172 293 325 344 613 681 721 1225 1361 1441 2450 2722 2882
14 BPSK-DCM-DUP 1/2 7 8 9 15 17 18 31 34 36
15 BPSK-DCM 1/2 4 4 4 7 8 9 15 17 18 31 34 36 61 68 72


  1. Wi-Fi 6E 6 GHz tezliyində işləyən Wi-Fi cihazlarını müəyyən edən sənaye adıdır. Wi-Fi 6E 6 GHz diapazonuna genişləndirilmiş Wi-Fi 6-nın xüsusiyyətlərini və imkanlarını təklif edir.
  2. 802.11ac yalnız 5 GHz diapazonunda işləməyi müəyyən edir. 2.4 GHz diapazonunda işləmə 802.11n tərəfindən müəyyən edilir.
  3. "Discover Wi-Fi". Wi‑Fi Alliance. 2023. İstifadə tarixi: 2023-08-10.
  4. "Wi-Fi Generation Numbering". ElectronicNotes. İstifadə tarixi: November 10, 2021.
  5. "Wi-Fi 7". Wi-Fi Alliance. 26 January 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 January 2023.
  6. Shankland, Stephen. "Wi-Fi 6 is barely here, but Wi-Fi 7 is already on the way – With improvements to Wi-Fi 6 and its successor, Qualcomm is working to boost speeds and overcome congestion on wireless networks". CNET. 2019-09-03. 2020-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-20.
  7. 1 2 Khorov, Evgeny. "Current Status and Directions of IEEE 802.11be, the Future Wi-Fi 7". IEEE. 8. 2020-05-08: 88664–88688. doi:10.1109/ACCESS.2020.2993448.
  8. "Wi-Fi Generations". Wi-Fi Alliance. 26 January 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 January 2023.
  9. López-Pérez, David. "IEEE 802.11be – Extremely High Throughput: The Next Generation of Wi-Fi Technology Beyond 802.11ax". 12 Feb 2019. arXiv:1902.04320 [cs.IT].
  10. "Wi-Fi 7 Explained: A Solid Upgrade from 6E | Dong Knows Tech". dongknows.com (ingilis). 2023-05-09. 2024-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
  11. "IEEE 802.11, The Working Group Setting the Standards for Wireless LANs". www.ieee802.org. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
  12. "IEEE P802.11 - TASK GROUP BE (EHT) - GROUP INFORMATION UPDATE". www.ieee802.org. 2024-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-12.
  13. "Arxivlənmiş surət". 2024-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-21.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]