Venera Abbasova

Abbasova Venera Vaqif qızı (1 sentyabr 1978, Sumqayıt, Azərbaycan SSR) — Azərbaycan aktrisası.

Venera Abbasova
Venera Vaqif qızı Abbasova
Doğum tarixi (45 yaş)
Doğum yeri Sumqayıt, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktrisa

Həyatı[redaktə | mənbəni redaktə et]

Venera Abbasova 1978-ci il sentyabr ayının 1-də Sumqayıt şəhərində doğulub. 2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Estrada aktyorluğu fakültəsini bitirib.[1] 2000-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa kimi çalışıb. Bir müddət Səməd Vurğun adına Rus Dram Teatrında çalışdıqdan sonra yenidən 2014-cü ildə Gənc Tamaşaçılar Teatrında fəaliyyətini davam etdirmişdir.

Teatrda əsas rolları[redaktə | mənbəni redaktə et]

  1. Rəqqasə - ("Tıq-tıq xanım", Abdulla Şaiq)
  2. Sara - ("Sarıköynəklə Valehin nağılı", İlyas Əfəndiyev)
  3. Rəqqasə - ("Aydın", Cəfər Cabbarlı)
  4. Qaraçı - ("Qaraca qız", Süleyman Sani Axundov, Abdulla Şaiq)
  5. Rəqqasə - ("Ələddinin sehrli çırağı", Ərəb xalq nağılı)
  6. İspan ördəyi - ("Çirkin ördək balası", Hans Xristian Andersen)
  7. Tülkü - ("Biri vardı, biri yox", Əjdər Ol)
  8. Xanım Qrenberq - ("Uzuncorab Peppi", Astrid Lindqren)
  9. Kəniz - ("Leyli və Məcnun", Məhəmməd Füzuli)
  10. Gülşad - ("Məlikməmməd", Azərbaycan xalq nağılı)
  11. Qrafinya Albalı kiçik bacı - ("Çipollino", Canni Rodari)

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Biz qayıdacağıq (film, 2007)
  2. Bir anın həqiqəti (film, 2003)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Kulisin əməkdaşının pyesi tamaşaya qoyulacaq" (az.). 1 sentyabr 2015. İstifadə tarixi: 2016-10-30.[ölü keçid]