Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir.
Səhifəyə yenilənmiş məlumatlar əlavə etməklə Vikipediyanı zənginləşdirməyə kömək edə bilərsiniz.
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Vidadi Muradov.
Vidadi Aydın oğlu Muradov (5 mart1956, Bərdə – 4 noyabr2021, Bakı) — xalçaçı-ekspert, tarix elmləri doktoru, professor, "Azərbaycan xalçaları" elmi-publisistik jurnalının baş redaktoru, YUNESCO-nun Mənəvi ənənələr, mədəni xüsusiyyətlər və Şimali Qafqazda dinlərarası dialoq üzrə komparativ tədqiqatlar Kafedrasının professoru, Beynəlxalq Muzeylər Şurasının (ICOM) üzvü olmuşdur.
5 mart 1956-cı ildə Azərbaycan Respublikasının Bərdə şəhərində anadan olmuşdur. 1974–1980-ci illərdə Moskva Kooperativ İnstitutunun İqtisadiyyat fakültəsində "İqtisadiyyatın təşkili" ixtisası üzrə təhsil almışdır. 1980-ci ildən etibarən 1994-cü ilədək respublikanın müxtəlif müəssisələrində iqtisadçı kimi fəaliyyət göstərmişdir. 1994-cü ilin oktyabrında məramı unudulmuş çeşnilərin bərpası, yüksək keyfiyyətli xalçaların istehsalı, bir çox şəxsi kolleksiyaları və dünya muzeylərini bəzəyən Azərbaycan xalçalarının təbliği olan "Azər-ilmə" elmi tədqiqat və istehsalat mərkəzini təsis edib.
9 yanvar 2021-ci ildə külli miqdarda mənimsəmə ittihamı ilə həbs olunmusdur. 31 oktyabrda səhhəti ilə əlaqədar həbsdən azad edilmişdir. 4 noyabr 2021-ci ildə xərçəng xəstəliyindən vəfat etmişdir.[1]
Xalçaçılıq sənətinin tarixi köklərinin araşdırılması, qədim ənənələrinin təhlili və müqayisəsi, Azərbaycan xalçaçılığının əhali tarixi aspektində öyrənilməsi, xalça qruplarının təsnifatı prinsiplərinin təkmilləşdirilməsi, dünya muzeylərində və şəxsi kolleksiyalarda saxlanılan milli xalçaların üzə çıxarılması və obyektiv ünvanlandırılması və s.