Viktor Bunyakovski

Viktor Yakovleviç Bunyakovski (16.12.1804, Podolsk quberniyası, Mogilyov qəzasının Bar şəhəri, indiki Ukrayna – 12.12. 1889, Sankt-Peterburq) — rus riyaziyyatçısı, Peterburq Elmlər Akademiyasının akademiki. (1830; 1864–89-cu illərdə vitse-prezident).[1]

Viktor Bunyakovski
ing. Viktor Bunyakovski, rus. Ви́ктор Я́ковлевич Буняко́вский
Viktor Bunyakovski 1888-ci ildə
Viktor Bunyakovski 1888-ci ildə
Doğum tarixi
Doğum yeri Bar şəhəri
Vəfat tarixi (84 yaşında)
Vəfat yeri Sankt-Peterburq
Dəfn yeri
  • Smolensk qəbiristanlığı[d]
Vətəndaşlığı Rusiya İmperiyası
Milliyyəti rus
Elm sahələri riyazi analiz, ədədlər nəzəriyyəsi, ehtimal nəzəriyyəsi
Elmi dərəcələri
  • bakalavr[d] (1824),
  • elmlər doktoru[d] (1825)
İş yerləri
Alma-mater Fransa Politexnik Məktəbi
Təhsili
Elmi rəhbəri Auqusto Koşi
Üzvlüyü
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təhsilini Koburqda, Lozannada, Parisdə (1820–25) almışdır. Elmi və pedaqoji fəaliyyətinə Sankt-Peterburqda başlamış (1826), 1846–59-cu illərdə Sankt-Peterburq Universitetinin professoru olmuşdur.[1]

Bunyakovskinin tərtib etdiyi “Sırf riyazi və tətbiqi riyaziyyat leksikonu” (1839) elmi terminologiyanın yaradılmasında böyük əhəmiyyət kəsb etmişdir. Onun “Ehtimal nəzəriyyəsinin  riyazi əsasları”nda (1846) həm ehtimal nəzəriyyəsinin, həm də onun sığortaya və demoqrafiyaya tətbiqinin orijinal şərhləri vardır. Riyazi analizdə Bunyakovski bərabərsizliyi məlumdur. Həndəsi tədqiqatlarında Evklidin paralellik haqqında aksiomuna böyük diqqət yetirmişdir. 1878-ci ildə Peterburq Elmlər Akademiyası Bunyakovski adına mükafat təsis etmişdir.[1] 

  1. 1 2 3 Bunyakovski// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 77. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]