Viktor Fet — əqrəblər və hörümçəklər üzrə tədqiqatçı, 1955-ci ildə Rusiyada anadan olmuşdur.[1] 1976-cı ildə Novosibirsk şəhərində Novosibirsk Dövlət Universitetini bitirmiş, 1984-cu ildə Sankt Peterburq şəhərində Rusiya Elmlər Akademiyasının Zooloji İnstitut bölməsinin məzunu olmuşdur. 1988-ci ildə ABŞ-yə köçmüş və hal-hazırda Vircinya əyalətinin Huttington şəhərindəki Marşall Universitetində Bioloji Elmlər Müəssisəsinin müəllim üzvüdür. Viktor Fet hörümçək və əqrəblər üzərində apardığı tədqiqatlar nəticəsində onların bu günə kimi 42 növündən 6-sına ad vermişdir.[1]
Viktor Fet | |
---|---|
Victor Fet | |
Doğum tarixi | |
Doğum yeri | Rusiya |
Vətəndaşlığı | Rusiya, ABŞ |
Milliyyəti | rus |
Təhsili | Novosibirsk Dövlət Universiteti |
Fəaliyyəti | şair, bioloq |
Elmi dərəcəsi |
|
Elmi adı |
|
science.marshall.edu/fet… |
Viktor Fet elmi fəaliyyətində bu günə kimi əqrəblər üzərində araşdırmalar aparmaqla yanaşı, hörümçəklər üzərində də tədqiqatlar aparmışdır. Türkmənistan Milli Parkında müdir vəzifəsində çalışarkən Türkmənistan başda olmaqla, Orta Asiya və İranda 26 hörümçək növünü araşdıraraq 1 hörümçək növünü adlandırmışdır.[1] Biocoğrafiya sahəsində bir çox işlər görmüş və 1994-cü ildə "Türkmənistan Biocoğrafiyası və Ekologiyası" (ing. Biogeography and Ecology of Turkmenistan[2]) ilə 2007-ci ildə "Bolqarıstan Bicoğrafiyası və Ekologiyası" (ing. Biogeography and Ecology of Bulgaria[3]) adlı kitabları nəşr olunmuşdu.
1984-cü ildə kəşf edilənlər:
1985—ci ildə kəşf edilənlər:
1986-cı ildə kəşf edilənlər:
1993-cü ildə kəşf edilənlər:
2000-ci ildə keşf edilənlər:
2001-ci ildə kəşf edilənlər:
2003-cü ildə kəşf edilənlər:
2004-cü ildə kəşf edilənlər:
2005-ci ildə kəşf edilənlər:
2006-cı ildə kəşf edilənlər:
2008-ci ildə kəşf edilənlər:
2009-cu ildə kəşf edilənlər:
1996-da kəşf edilənlər: Grosphus feti Lourenço (1996);
2000-də kəşf edilənlər: Scorpiops feti Kovarik (2000);
2003-də kəşf edilənlər: Paracedicus feti Marusik & Guseinov (2003);
2004-də kəşf edilənlər: Alayotityus feti Teruel (2004), Orthochirus feti Kovarik(2004);
2007-də kəşf edilənlər: Vaejovis feti Graham (2007);
Bioloq biocoğrafiyanı da dərindən mənimsəmiş və 1994-cü ildə Türkmənistanın Biocoğrafiyası və Ekologiyası adlı kitablarını nəşr etdirmişdir. Bioloji tətqiqatlar aparmaqla bərabər şair kimi də özunu təsdiqləmişdi. Şeirləri ABŞ, Almaniya və Rusiyada bir çox jurnallarda dərc olmuşdu. Amerikada yaşayan yazıçı olduğuna görə 2007-ci ildə ”Общая тетрадь. Из современной русской поезии Северной Америки” adlı əsərini yazmışdır.[4]