Viktor Tsoy

Viktor Robertoviç Tsoy (rus. Виктор Робертович Цой; 21 iyun 1962[1][2], Leninqrad[4]15 avqust 1990[1][2]) — sovet rok musiqiçisi, koreya (ata) və rus (ana) mənşəli şair, rəssam, "Kino" rok-qrupunun yaradıcısı və rəhbəri. Bir neçə filmdə aktyor kimi rol alıb.

Viktor Tsoy
rus. Виктор Робертович Цой
Ümumi məlumatlar
Doğum tarixi 21 iyun 1962(1962-06-21)[1][2]
Doğum yeri
Vəfat tarixi 15 avqust 1990(1990-08-15)[1][2] (28 yaşında)
Vəfat səbəbi yol-nəqliyyat hadisəsi[5]
Dəfn yeri
  • Boqoslovskoye qəbiristanlığı[d][6]
Vətəndaşlığı
Uşağı 1
Musiqiçi məlumatları
Fəaliyyəti şair, aktyor, müğənni, gitaraçı, bəstəkar, mahnı yazarı[d], kino aktyoru, rəssam, müğənni-mahnı yazarı, söz yazıçısı[d], rok musiqiçisi
Fəaliyyət illəri 1978–1990
Janrlar rok, yeni dalğa, Postpank, pank rok[7][8][…], indi-rok[7][8][…]
Musiqi alətləri gitara, bas-gitara
Səs tembri bariton
Üzvlüyü
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Viktor Tsoy bədən tərbiyəsi müəlliməsi Valentina Vasilyevna Tsoy və koreyamənşəli mühəndis Robert Maksimoviç Tsoyun ailəsində dünyaya gəlmişdir. 1974–1977-ci illərdə incəsənət məktəbinə getmişdir. Bu illərdə Palata №6 adlı qrupda bas-gitarist kimi fəaliyyət gostərmişdir. İncəsənət məktəbindən davamiyyət səbəbinə görə xaric edildikdən sonra texniki-peşə məktəbində ağacoyma sənəti üzrə oxumuşdur. Gəncliyində Vladimir Vısotski, Mixail BoyarskiBrüs Linin fanatı olmuşdur. Sonralar onun imicində Brüs Linin təsiri hiss olunurdu. Şərq əlbayaxa döyüş növləri ilə maraqlanır, netsuke adlanan yapon fiqurlarını düzəldirdi.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

1970-ci illərin sonu, 1980-ci illərin başlanğıcında həvəskar rok qrupu olan "Piliqrim"-in üzvü Aleksey Rıbin və "Palata № 6" qrupunun bas-gitaristi Viktor Tsoy arasında davamlı danışıqlar başladı. Onlar Mayk Naumenko (Zoopark) və ya Andrey Panovun (Svin) mənzillərində görüşərək "Автоматические удовлетворители" pank qrupunun ərsəyə gətirmək üçün hazırlıqlar həyata keçirirdilər.

Viktor Tsoy 15 avqust 1990-cı il 12:28 radələrində avtomobil qəzasında həlak olub. Qəza Latviyada Sloka-Talsi yolunun 35-ci kilometrliyində rəsmi versiyaya görə sükan arxasında yatıb və özünə məxsus Moskviç-2141-də İkarus markalı avtobusla toqquşub. Tsoy 19 avqust 1990-cı ildə Boqoslovskoe məzarlığında dəfn edilib.

Ölümün səbəbləri haqqında başqa versiyalar da vardır. Belə ki, "Sledstvie veli…" sənədli filmlərini hazırlayanlar təxmin edirlər ki, Tsoy sərt döngəni dönərkən maqnitofonundakı kasetin üzünü dəyişməyə çalışıb ki, bu da fikrinin yayınmasına və nəticədə qəzaya səbəb olub.

"Rusiya estradasının populyar müğənniləri" seriyasından Viktor Tsoya həsr olunmuş poçt markası, 2 rubl (1999)
  • 1982 — "45"
  • 1983 — "46"
  • 1984 — "Начальник Камчатки"
  • 1985 — "Это не любовь"
  • 1986 — "Ночь"
  • 1988 — "Группа крови"
  • 1989 — "Звезда по имени Солнце"
  • 1989 — "Последний герой"
  • 1990 — "Чёрный альбом"
  1. 1986 — "Ya-Xxa" (rus. «Йа-Хха») (sənədli video). Rejissor Raşid Nuqmanov
  2. 1986 — Tətilin sonu (rus. «Конец каникул»). Rejissor Sergey Lısenko
  3. 1987 — Rok (sənədli kadrlar). Rejissor Aleksey Uçitel
  4. 1988 — "Assa". Rejissor Sergey Solovyov
  5. 1988 — "İynə" (rus. «Игла»). Rejissor Raşid Nuqmanov
  6. 1992 — "Sonuncu qəhrəman" (rus. «Последний герой»). Rejissor Aleksey Uçitel