Vilayət Hacıyev

Vilayət Tapdıq oğlu Hacıyev (1 aprel 1950, Sofulu, Qazax rayonu4 aprel 2023[1], Bakı) — Azərbaycan filoloqu, dosent, tərcüməçi, Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin dekanı vəzifəsində çalışıb. Daha sonra Azərbaycan Dövlət Tərcümə Mərkəzində idarə heyətinin sədr müavini vəzifəsində işləmişdir, Azərbaycan Dillər Universitetindəki Avstriya Kitabxanasının elmi rəhbəri vəzifəsində işləyib.

Vilayət Hacıyev
Vilayət Tapdıq oğlu Hacıyev
Vilayət Hacıyevin fotosu (24 sentyabr 2020-ci il)
Vilayət Hacıyevin fotosu (24 sentyabr 2020-ci il)
Doğum tarixi 1 aprel 1950(1950-04-01)
Doğum yeri
Vəfat tarixi 4 aprel 2023(2023-04-04)[1] (73 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xərçəng xəstəliyi
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili
Fəaliyyəti tərcüməçi
Fəaliyyət illəri 1970–2023

1950-ci il aprelin 1-də Qazax rayonunun Sofulu kəndində anadan olmuşdur. 1966-cı ildə Qazax şəhər 1 saylı orta məktəbini bitirmiş və elə həmin ildə M. F. Axundov adına APDİ-nin Avropa Dilləri fakültəsinin alman dili şöbəsinə daxil olmuşdur. İnstitutu 1971-ci ildə bitirdikdən sonra bir il Daşkəsən rayonunda alman dili müəllimi işləmişdir. 1973-cü ildən, 2017-ci ilə qədər Azərbaycan Dillər Univesitetində (SSRİ-nin 50 illiyi adına APXDİ) işləmişdir. Daha sonra Azərbaycan Dövlət Tərcümə Mərkəzində idarə heyətinin sədr müavini vəzifəsində çalışıb. Filologiya elmləri namizədi, dosentdir. 1987-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi.

Vilayət Hacıyev 4 aprel 2023-cü ildə 73 yaşında vəfat edib.[2]

Tərcüməçilik fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Alman dilindən Azərbaycan dilinə və əksinə bədii tərcümə fəaliyyəti ilə tələbəlik illərindən məşğul olur. 70-ci illərin əvvəllərindən başlayaraq Azərbaycan mətbuatında tərcümələri nəşr olunur. Azərbaycan oxucuları "Azərbaycan", "Ulduz", "Xəzər" jurnallarında, eləcə də "Ədəbiyyat və incəsənət" qəzetində V. Borxert, Z. Lents, Haynrix Böll, Stefan Sveyq, Frans Kafka və s. kimi görkəmli alman və Avstriya yazıçılarının yaradıcılığından nümunələrlə onun tərcüməsində tanış olmuşlar.

Tərcümə etdiyi əsərlər

[redaktə | mənbəni redaktə et]

Müxtəlif antologiya və toplularda, eləcə də dövri mətbuatda, jurnallarda çap olunan tərçümələrindən əlavə aşağıdakı tərcümə kitablarının müəllifidir:

  1. Erix Mariya Remark. Zəfər tağı (roman). Bakı: Yazıçı, 1986.
  2. Herman Hesse. Yalquzaq (roman). Bakı: Yazıçı, 1990.
  3. Lion Feyxtvanger. Lautenzak qardaşları (roman və hekayələr). Bakı: Yazıçı, 1991.
  4. Haynrix Böll. "Seçıilmiş əsərləri"ndə "Bir təlxəyin düşüncələri" romanı və hekayələri. Bakı: Şərq-Qərb, 2009.
  5. Frans Kafka. "Məhkəmə" (roman), Bakı, "Qanun nəşriyyatı", 2012.
  6. Ziqfrid Lents. "Məhəbbət yuvası" (hekayələr), Bakı, "Qanun nəşriyyatı", 2013.
  7. Haynrix Böll. hekayələr, Bakı, "Qanun nəşriyyatı", 2014.
  8. Ştefan Svayq. "Tarixi miniatürlər", Bakı, "Qanun nəşriyyatı", 2014.
  9. Frans Kafka. "Atama məktub və hekayələri", Bakı, "Qanun nəşriyyatı", 2015.
  10. Haynrix Böll. "İki roman" ("Və bircə kəlmə də demədi" və "Bİr təlxəyin düşüncələri"), Bakı, Azərbaycan Dövlət Tərcümə Mərkəzi, 2017.
  11. Haynrix Böll. "Kişisiz ev" (roman), Bakı, "TEASS-PRESS", 2019.
  12. "Kafkadan Rilkeyə qədər" (Avstriya yazıçılarının hekayələri), Bakı, "TEASS-PRESS", 2020.
  13. Daniel Keelman. "Dünyanın arşını" (roman), Bakı, "TEASS-PRESS", 2021.
  14. Mixael Kumpfmüller. "Həyatın möhtəşəmliyi" (roman), "Xəzər" jurnalı 2020 2-ci və 3-cü, 2021 1-ci saylarında.

Alman dilinə etdiyi tərcümələr:

  1. Jussif Samedoglu. "Der kalte Stein" ("Soyuq daş").
  2. Anar."Die rote Limousine" ("Qırmızı limuzin").
  3. Rafig Taghi. "Der Verrückte" (Divanə). (Sena Doqanla birlikdə). Bu əsərlər Avsrtriyada nəşr olunan "Gruber –Müller (Hg) Verschlossen mit silbernem Schlüssel Literatur aus Armenien, Aserbaidschan, Georgien (1 Auflage. München- Wien ed- KAPPA, 2000) adlı topluda işıq üzü görmüşdür.
  4. Rafig Taghi. "Der beste Krieg der Welt" (Dünyanın ən yaxşı müharibəsi).
  5. Orkhan Fikratoghlu. "Der Nichstuer" ("Veyil") hekayə. Bu hekayələr isə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin H. J. Maurer nəşriyyatı ilə birlikdə ərsəyə gətirdiyi "Sirr Azərbaycan Hekayələri" kitabında Frankfurt am Main 2017 nəşr olunmuşdur.

Vilayət Hacıyev 2012-ci ildə Frans Kafka-nın "Məhkəmə" romanını mükəmməl tərcümə etdiyinə görə, Avstriyanın "Tərcümə Mükafatı"nı, eləcə də Azərbaycan Yazıçılar Birliyinin "Tofiq Bayram" mükafatını alıb[3]. 2019-cu ildə Haynrix Böll-ün "Kişisiz ev" romanının Azərbaycan dilinə uğurlu tərcüməsinə görə "Qızıl Kəlmə" mükafatına layiq görülüb. 2020-ci ildə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin "Fəxri Diplom"u ilə təltif edilmişdir.[4]

Avstriya Federal Prezidenti Avstriyanın federal Elm, Tədqiqat və İqtisadiyyat nazirinin təqdimatı əsasında Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin dekanı, universitetdəki Avstriya Kitabxanasının elmi rəhbəri, dosent Vilayət Hacıyevi Avstriya-Azərbaycan mədəni əlaqələrinin inkişafında, Avstriya ədəbiyyatının tədqiqində və eləcə də onun Azərbaycan dilinə tərcümə işində qazandığı nailiyyətlərə görə "Avstriyanın elm və incəsənət sahəsində I dərəcəli fəxri xaç" ordeni ilə təltif edib.[5]

  1. 1 2 https://oxu.az/society/714386.
  2. "Vilayət Hacıyev vəfat etdi". 2023-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-04.
  3. Mədəniyyət TV. "Filoloq, tərcüməçi Vilayət Hacıyev vəfat edib" (az.). Youtube.com. 05.04.2023. İstifadə tarixi: 2023-04-07.
  4. "Tanınmış tərcüməçi Vilayət Hacıyev dünyasını dəyişib — NEKROLOQ". 2023-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-05.
  5. "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-17.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. [1]
  2. [2]
  3. [3] Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
  4. [4]
  5. [5] Arxivləşdirilib 2013-08-15 at the Wayback Machine
  1. Atama məktub
  2. Yalquzaq