Vilhelm Şikard (22 aprel 1592[1][2][…], Herrenberq[3] – 24 oktyabr 1635[1][2], Tübingen[d][3]) — kalkulyatoru icad etmiş yəhudi əsilli alman alimi, astronom, riyaziyyatçı və şərqşünas. Almaniyanın Tübingen Universitetində Şərq dilləri kafedrasının professoru.[4]
Vilhelm Şikard | |
---|---|
Doğum tarixi | 22 aprel 1592[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 24 oktyabr 1635[1][2] (43 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | taun |
Elm sahələri | riyaziyyat, şərqşünaslıq |
İş yeri | |
Təhsili | |
Elmi rəhbəri | Maykl Myöstlin[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Vilhelm Şikard - 22 aprel 1592-ci ildə alman alimi, astronom, riyaziyyatçı və şərqşünas, mexaniki kalkulyatorun ixtiraçısı, Almaniyanın Tyübingen universitetinin “Şərq dilləri” kafedrasının professoru Vilhelm Şikkard (Wilhelm Schickard) anadan olmuşdur. O, Blez Paskalın (Blaise Pascal) cəmləyici maşını yaratmasından 20 il əvvəl – 1623-cü ildə ədədlər üzərində hesab əməlləri yerinə yetirən qurğunu icad etmişdir, lakin yanğın nəticəsində bu qurğu sıradan çıxmışdır. Ona görə də Paskal Şikkarddan daha çox şöhrət qazanmışdır.
XX əsrin ikinci yarısında İohann Keplerin həyatını tədqiq edən Frans Hammer Şikardın 1623 və 1624-cü illərdə Keplerə yazdığı məktublarda kalkulyatorun iş prinsipini izah etdiyini müəyyən etmiş və bununla da onun Blez Paskaldan 20 il əvvəl kalkulyatoru ixtira etdiyini bəyan etmişdir.[5]
Sonrakı dəqiq araşdırmalar və hesablamalar göstərdi ki, Şikardın kalkulyatoru tamamlanmamışdı və əlavə dişli çarxlara və yaylara ehtiyacı var idi.[6]
Blez Paskal 300 il ərzində kalkulyatorun yaradıcısı hesab edildiyindən, Vilhelm Şikard çox tanınmır.
Tübingen Universitetində təhsil almış, daha sonra bu universitetin akademiki olmuşdur.
Özünün Keplerə yazdığı məktubda qeyd etdiyinə görə, 1623-cü ildə ixtira etdiyi kalkulyator 6 xanaya qədər olan ədədləri toplayıb-çıxa bilirdi. Kalkulyator bacara bilmədikdə səslə bunu istifadəçiyə bildirirdi.