Vilhelm Bitrix

Vilhelm Bitrix (26 fevral 1894[1], Verniqerode, Saksoniya-Anhalt19 aprel 1979),İkinci Dünya müharibəsi zamanı Alman SS Obergruppenführer və Waffen-SS generalı olmuşdur.

Vilhelm Bitrix
Şəxsi məlumatlar
Doğum tarixi 26 fevral 1894(1894-02-26)[1]
Doğum yeri
Vəfat tarixi 19 aprel 1979(1979-04-19) (85 yaşında)
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Üçüncü Reyx
Xidmət illəri 1932-ci ildən
Rütbəsi general
Döyüşlər
Təltifləri German Cross in Gold Knight's Cross of the Iron Cross with Oak Leaves and Swords
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bitrix (sağda) Heinrich Himmler (ortada) ilə bərabər Mauthausen-Gusen konsentrasiya düşərgəsini ziyarət edərkən, 1941-ci ilin iyun ayı

Almaniyanın Harz dağlarında yerləşən Verniqerode şəhərində anadan olmuş olan Bitrix Birinci Dünya müharibəsi zamanı zabithərbi pilot kimi xidmət etmiş və eyni zamanda Fraykorun üzvü olmuşdur. 1939-cu ildə 1-ci SS Panzer Diviziyası "Leibstandarte SS Adolf Hitler" diviziyasına və 1934-cü ildə isə SS-Verfügungstruppeyə qoşulmuşdur. 1939-cu ildə baş vermiş olan Polşa yürüşündə və 1940-cı ildəki Fransa yürüşündə Deutschland Alayına (Almaniya alayı) komandirlik etmişdir.

Daha sonralar isə 2-ci SS Panzer Diviziyası "Das Reich" diviziyasının komandanlığına gətirilmişdir. 1944-cü ilin sentyabr ayında Niderlandda baş tutmuş olan Niderland əməliyyatı zamanı (Market Garden əməliyyatı kimi də adlandırılır) həyata keçirilmiş olan hava hücumlarında Müttəfiqlər tərəfindən yaxşı xatırlanır. O, həmçinin 2-13 aprel 1945-ci il tarixləri arasında baş tutmuş olan Vyanaya hücum əməliyyatı zamanı şəhərin müdafiəsinə cəlb edilmiş olan Alman korpusuna komandanlıq etmişdir.

8 may 1945-ci ildə Waffen-SS zabiti kimi həbs edildikdən sonra o, Fransaya ekstradisiya edilmiş və burada 5 il həbs cəzasına məhkum edilmişdir. 1953-cü ildə isə ikinci dəfə mühakimə olunsa da, 1954-cü ildə Bordo Fransa məhkəməsi tərəfindən bəraət almışdır.

19 aprel 1979-cu ildə isə Bavariyanın Volfratshauzen şəhərində yerli xəstəxanada vəfat etmişdir.

  1. 1 2 Dienstaltersliste der Schutzstaffel der NSDAP, Stand vom 1. Dezember 1936. 1936.