Vyanaya hücum əməliyyatı

Vyana döyüşüİkinci Dünya Müharibəsinin Şərq Cəbhəsində Sovet 3-cü Ukrayna Cəbhəsi tərəfindən Avstriyanın paytaxtı Vyananın işğalı məqsədilə girişilən bir hücumdur. Döyüş 2 aprel 1945-də başlamış, 13 aprel 1945-də sona çatmışdır. Şəhər mühasirəyə alındı və döyüşün böyük hissəsində mühasirə altında qaldı.

Vyana döyüşü
İkinci dünya müharibəsində Şərq cəbhəsinə
Vyana əməliyatı
Vyana əməliyatı
Tarix 2 aprel 1945- 13 aprel 1945
Yeri Vyana
Səbəbi Avstriyanın Nasist Almaniyasının tərkibində olması, Şərq cəbhəsindəki ağır hərbi əməliyyatlar
Nəticəsi Nasist Almaniyasının tam məğlubiyyəti, SSRİ-Bolqarıstan Krallığının qələbəsi
Münaqişə tərəfləri

Nasist Almaniyası

SSRİ, Bolqarıstan Krallığı

Komandan(lar)

Rudolf von Bünau

Fyodor Tolbuxin Vladimir Stoyçev

Tərəflərin qüvvəsi

Panzer Ordusunun 2-ci SS Panzer Korpusu və qarnizondakı xüsusi təyinatlı hava hücumundan müdafiə qüvvələri

4-cü Qvardiya Ordusu, 9-cu Qvardiya Ordusu, 6-cı Qvardiya Tank Ordusu və 6-cı Ordu (644.700 Sovet əsgəri, 100.900 Bolqar əsgəri

İtkilər

19.000 ölü

2.698 ölü, 7.107 yaralı, cəmi 9.805

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Döyüş öncəsi

[redaktə | mənbəni redaktə et]

Stalinin Qərb müttəfiqləri ilə 1945-ci ilin aprel ayı ərəfəsində verdiyi anlaşmalar, ŞərqiMərkəzi Avropada tərəflərin müharibə sonrası nisbi nüfuzuna dair anlaşmalar idi. Amma bu anlaşmalar Avstriyanın gələcəyi haqqında heç bir hökm gətirmirdi. Bundan başqa, Avstriyanın Almaniya tərəfindən ilhaqından sonra Sovetlərin Qərb müttəfiqləri, Avstriyanı az qala rəsmən Almaniyanın təsir sahəsində sayırdı. Bu halda Stalin, əsasən 1945-ci ilin fevral ayında hazır olduğu Berlinə ediləcək ümumi hücumu təxirə salmağa, bu arada hücum tandeminin iki qanadı ilə Avstriya torpaqlarını güvən altına almağa qərar verdi. Beləliklə, Stalin müttəfiqlərlə müharibə sonrası müzakirələrdə dəyərli bir alver obyekti əldə etmiş olacaqdı.[1] Almanlar Balaton gölü əməliyyatının uğursuzluğa uğramasından sonra General Sepp Dietrixin 6-cı SS Panzer Ordusu, mərhələli olaraq Vyana ətrafına çəkilmişdi.[2] Almanlar sürətlə irəliləyən Qızıl Ordu qüvvələrinə qarşı şəhəri müdafiə etmək üçün müdafiə mövqeləri hazırlığına girişdilər. General Fyodor Tolbuxinin 3-cü Ukrayna Cəbhəsi qüvvələri, 1945-ci ilin yaz aylarında Macarıstanın qərb hissəsində, Dunayın hər iki sahilində qüvvələrini cəmləşdirdi. Sovet qoşunları daha sonra 30 martda Macarıstan-Avstriya sərhədini keçdilər. Beləliklə, General Tolbuxin Avstriya içinə gedərək Vyanaya hücum etməyə hazırlaşırdı.

Vyana Radiosu 2 apreldəki yayımında Avstriya paytaxtının açıq şəhər olmaqdan çıxdığını bildirdi. Həmin gün sərhəddən başlayaraq bir neçə şəhər və qəsəbə ələ keçirən Sovet qüvvələri Vyanaya cənubdan yaxınlaşdılar. Qızıl Ordu, iki gün sonra 4 aprel 1945-də BadenBratislava şəhərlərini nəzarət altına aldı. Vyana ətrafına gələn Sovet 3-cü Ukrayna Cəbhəsi qüvvələri şəhəri mühasirəyə aldı və hücuma keçdi. Hərəkata qoşulan Sovet qüvvələri 4-cü Qvardiya Ordusu, 9-cu Qvardiya Ordusu, 6-cı Qvardiya Tank Ordusu və 6-cı Ordundan ibarət idi. Bu arada Vyananın tənəzzülə uğramasını və dağılmasını istəməyən Avstriyalı müqavimət qrupları, Alman müdafiəsini yer yer sabotaj edirdilər. Sovet qüvvələrinin qarşısındakı yeganə əhəmiyyətli Alman qüvvəsi 6-cı Panzer Ordusunun 2-ci SS Panzer Korpusu və qarnizondakı xüsusi təyinatlı hava hücumundan müdafiə qüvvələri idi. Müdafiə zonası elan edilmiş Vyana müdafiəsi, SS Generalı Vilhelm Bittrichnin 2-ci SS Panzer Korpusuna əsaslanırdı və müdafiəyə General Rudolf von Bünau başçılıq edirdi.

Avstriyanın paytaxtındakı döyüşlər yer yer sərt qarşıdurmalara səhnə olub. Buna baxmayaraq Sovet hücumunun zəif müqavimətlə üzləşdiyi bölgələr də var. Şəhərin cənub hissəsi 2-ci və 3-cü Panzer Diviziyaları, Prater Parkı 6-cı Panzer Diviziyası, şimal hissə isə Fürer Mexaniki Diviziyası tərəfindən müdafiə edilirdi.[3] Şəhərə üz tutan Qızıl Ordu hücumları şərq və cənub şəhərətrafı qəsəbələrdə, 4-cü Qvardiya Ordusu ilə 9-cu Qvardiya Ordusuna bağlı qüvvələr tərəfindən aparılmışdır. Alman müdafiəsi Qızıl Ordu birliklərini şəhərin cənub şəhərətrafı qəsəbələrində 7 Aprelə qədər dayandırmağı bacardı. Ancaq şəhərin bu hissəsində bir neçə dayaq nöqtəsi əldə etməyə nail olan Qızıl Ordu, 6-cı Qvardiya Tank Ordusu və 9-cu Qvardiya Ordusunun böyük hissəsi 8 Apreldə şəhərin qərb şəhərətrafı girdi. Qərb şəhərətrafı qəsəbələri Sovet qüvvələri üçün xüsusilə vacib idi. Çünki Vyananın əsas dəmir yolu xətti buradan keçir və bilavasitə baş qatar stansiyası da buradadır. Bu bölgədəki Sovet uğuru, sonrakı bir neçə gün ərzində sürətlə şərq və şimal şəhərətrafı qəsəbələrə sızmalarına imkan verdi. Dunay çayının şimalında Sovet 4-cü Ordusu, Alman müdafiə qüvvələrini Vyananın şimal şəhərətrafı qəsəbələri üzərindən qərbə doğru sıxışdırdı. Bu gedişlə Vyananın mərkəzi mühasirəyə alındı. Şəhərin cənub və qərb şəhərətrafı qəsəbələrində 8 Apreldə küçə döyüşləri hələ də şiddətlə davam edərkən 3-cü Ukrayna Cəbhəsi şəhərin ətrafından keçərək LinzGraz istiqamətində irəli hərəkətə başlamışdı.

Qızıl Ordu hissələri 9 Apreldən etibarən şəhərin mərkəz hissəsinə daxil olmağa başladılar. Lakin şəhər ətrafında küçə döyüşləri bir neçə gün daha davam etdi. 4-cü Qvardiya Ordusu ilə 20-ci Qvardiya Piyada Korpusu, 11 Aprel axşamı Dunay kanallarına gözlənilməz bir basqın təşkil etdi. Eyni zamanda 1-ci Mexaniki Korpus da Reichsbrücke körpüsünə doğru irəlilədi. Alman müdafiəsi üçün ani bir zərbə də 13 Apreldə baş verdi. 80-ci Qvardiya Piyada Diviziyası və 7-ci Qvardiya Desant Diviziyası əsgərləri, katerlərlə körpünün iki yanında quruya çıxarıldılar. Bu birliklər körpünün məhvi üçün hazırlanmış dinamitlərin kabellərini kəsərək körpünü nəzarət aldılar. Ancaq Dunay üzərindəki digər mühüm körpülər, Alman müdafiəçilər tərəfindən vaxtında partladıldı. Eyni gün 13 aprel 1945 tarixində şəhəri müdafiə edən son Alman qoşunlarının təslim olması ilə şəhərdə Qızıl Ordu vəziyyətə hakim oldu.[4] Ancaq General Bittrichin 2-ci SS Panzer Korpusu, 13 Aprel axşamı şəhərin qərb hissəsindən tərk etmişdir. Yenə 13 Apreldə Sovet 46-cı Ordusu Esslinqi aldı və Sovet Dunay Flotiliyası dəniz piyadalarını Vyananın şimalında Klosterneuburqda quruya çıxartdı.

Əməliyyat iştirakçılarından birinə Stalinin təşəkkürü

3-cü Ukrayna Cəbhəsinə aid qüvvələr 15 Apreldə Avstriyanın içərilərinə doğru hücumlarını davam etdirdilər. 6-cı SS Panzer Ordusunun tamamilə tükənmiş olan qalıqları, Linz-Vyana xətti üzərindən geri çəkilməyə məcbur oldular. Bu birlikləri, dərhal arxalarından Qızıl Ordunun 9-cu Qvardiya Ordusu və 46-cı Ordu birlikləri təqib edirdilər. Sovet 26-cı və 27-ci Orduları, geri çəkilməkdə olan Alman 6-cı Ordusu hissələrinin arxasınca Grazın şimalı istiqamətində irəlilədi. Sovet 57-ci Ordusu ilə Bolqarıstan 1-ci Ordusu, geri çəkilən digər alman birliyi 2-ci Panzer Ordusunu Grazın cənubu istiqamətində təqib etdi. Bu Alman birlliklerinin heç biri Sovet irəliləyişini müvəqqəti dayandırmaqdan başqa bir şey edəcək vəziyyətdə deyildi.

Vyananın ən məşhur binalarından bəziləri döyüş nəticəsində dağılmış vəziyyətdə idi. Şəhərdə müharibə görən bütün şəhərlərdə olduğu kimi, elektrik, qaz və su yox idi. Digər tərəfdən, təhlükəsizlik qüvvələrinin dağılmış olması üzündən həm Sovet ordusu, həm də avstriyalılar talanlara və hücumlara başladılar. Sovet ordu qüvvələri şəhərdə olarkən dinc əhaliyə qarşı adətən pis münasibət tətbiqi görülmədi. Ancaq ikinci dalğada gələn Sovet qüvvələrinin nizam-intizamı düzgün deyildi və onlar bir neçə həftə boyunca yağmalama və təcavüz vasitələrinə əl atdılar. General Bittirich və General Von Bünau, Sovet qüvvələrinin əlinə keçməzdən əvvəl şəhərdən ayrıldılar. Avstriyalı siyasətçi Karl Renner, qalib Sovet qüvvələrinin razılığı ilə Vyanada Aprel ayında müvəqqəti bir hökumət qurdu və Avstriyanın Üçüncü Reyxdən(Nasist Almaniyası) ayrıldığını elan etdi.

  1. The Soviet — German War 1941–45 — David M. Glantz. Sh: 93
  2. The Decline and Fall of Nazi Germany and Imperial Japan — Hans Dollinger, Hans Adolf Jacobsen. Sh: 199
  3. Endkampf an der Donau 1944/45 — Peter Gosztony. Sh: 261
  4. Geschichte des Zweiten Welt Krieges — D. F. Ustinov, Sh: 238–239.